ETİBAR PİRVERDİYEV VƏZİFƏSİNDƏN AZAD OLUNDU - Prezidentdən gözlənilən təyinat

Prezident İlham Əliyev Etibar Pirverdiyevin “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezident, həmçinin Baba Rzayevin “Azərİşıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında da sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Qeyd edək ki, Mingəçevir İES-də baş verən qəzadan sonra Etibar Pirverdiyevin vəzifəsindən azad olunacağı gözlənilən idi. Dövlət tərəfindən son 15 ildə “Azərenerji”yə milyardlarla manat vəsait ayrılsa da, şirkət tərəfindən xaricdən 100 milyonlarla dollar kredit  götürülərək xərclənsə də, ölkənin enerji təhlükəsizliyi təmin olunmayıb. Mingəçevir İES-də baş verən qəza göstərdi ki, bu sahəyə ayrılan pullar böyük ölçüdə mənimsənilib.

Təsadüfi deyil ki,  qəza ilə bağlı keçirilən iclasda “Azərenerji” rəhbəri Etibar Pirverdiyev hadisənin səbəbi kimi enerjiyə olan tələbatın artmasını göstərməyə çalışsa da, ölkə başçısı bununla razılaşmamışdı. Ona görə də, Prezident xüsusi komissiyaya və hüquq-mühafizə orqanları rəhbərlərinə məsələnin ciddi şəkildə araşdırılmasını və günahkarların məsuliyyətə cəlb edilməsini tapşırmışdı.

“AzPolitika.info” bir müddət əvvəl məlumat vermişdi ki, Prezident İlham Əliyevin tapşırığı əsasında hüquq-mühafizə orqanlarının apardıqları birgə istintaqa “Bandotdel”in əməkdaşları daxil olublar. Bu isə ondan xəbər verirdi ki, “Azərenerji”də aparılan istintaq nəticəsində burada həm də mütəşəkkil cinayətkarlığın əlamətləri aşkarlanıb!

Hər halda Etibar Pirverdiyevin vəzifədən uzaqlaşdırılması ölkədə baş verən enerji fəlakətində onun birbaşa günahının sübut olunmasından xəbər verir.

Xatırladaq ki, Prezident İlham Əliyev ölkənin enerji sistemindəki böhranla əlaqədar müşavirədə günahkarların konkret araşdırmalardan sonra cəzalandırılacağını bildirmişdi: "...Ancaq iki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Çünki son illər ərzində Azərbaycanın enerji sektoruna çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyası istifadəyə verilmişdir. Son 15 il ərzində 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilmişdir. Bizim enerji potensialımız hazırda 6400 meqavata bərabərdir... Yəni, bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ölkəmizin bütün bölgələrində yeni stansiyalar tikilsin ki, enerji sisteminin dayanıqlılığı təmin edilsin. Ancaq bir qəza nəticəsində demək olar ki, bütün enerji sistemi sıradan çıxdı. Bu məsələ çox ciddi suallar yaradır. Bu məsələ çox ciddi araşdırılmalıdır... Bu qəzalar baş verməməli idi. Əgər baş versəydi belə, fəsadlara gətirib çıxarmamalı idi. İndi qəzalar olur, həm bu sahədə, həm başqa sahələrdə. Dünyanın hər bir ölkəsində heç kim qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Ona görə, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir... Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır".

Qeyd olunanlara əsasən, deyə bilərik ki, yaradılan komissiya Etibar Pirverdiyevin fəaliyyətində ciddi nöqsanlar aşkarlayaraq Prezidentə təqdim edib. Ona görə də, o, istintaq başa çatmamış vəzifəsindən götürüldü.

Etibar Pirverdiyevin yerinə “Azərİşıq” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevin təyin olunması da sürpriz olmadı. Baba Rzayevin adı uzun müddət idi ki,  “Azərenerji”nin rəhbərliyinə əsas namizəd kimi hallanırdı. Həm mənsub olduğu hakimiyyətdaxili qruplaşmanın gücü, həm də tapşırılan vəzifələrin öhdəsindən bacarıqla gəlməsi onu Etibar Pirverdiyevin yerinə alternativsiz namizədə çevirmişdi. Bu baxımdan Prezidentin gözlənilən qərarı verdiyini deyə bilərik.

İ. İsmayılbəyli

AzPolitika.info 

 

 

635x100

Şərhlər

Şəkidən 2018-09-04 16:22:29

Sağ əli Şəki İcra Hakimiyyətinin Binasında işləyən məmurların başına ?

-- 2018-09-04 16:22:29

Hec nə dəyishməyəcək. Yenisi daha cox talan etməyə gəlir. Hamı razı olar ki, bir-iki il ishləsin, talan etsin, yaxshi mal-dövlət yığsın sonra cənab prezident onu ishdən qovsun. Lap elə biabırcılıqla. Olsun. Hamı buna razı olar.

EWDER 2018-09-04 16:22:29

MOLODES,ESAS INKIWAFDU...XORUZUNU VERDIZ QOLTUQUNA...IYNETERAPIYA EMELIYYATI BAWLANDI,URA ...

Redaktor 2018-09-04 16:22:29

Yaxsi torbasini tikdiler ve sesini bele cixarmaxa cureti catmaz. Ona gore ki bu illerde ne qeder xercleyib.... Olanini teki elinden almasinlar..

birsi 2018-09-04 16:22:29

bu ondan boyuk....

patriot 2018-09-04 16:22:29

prezident bunu işdən cixartdi lap yaxşi, bəs büdcədən oğurlanan pullar necə olacaq ? Ğözləyək

Zirəddin 2018-09-04 16:22:29

Azərbaycanın milyonçu xeyriyyəçisi Baba müəllimə bu yolda xalqın və Dövlətimizin xeyrinə işləməsini arzu edirik.

Moshu 2018-09-04 16:22:29

həyatda olduğu kimi istehsalatda da belədir ki, hansısa detal mexanizmdə fəaliyyətsiz olanda o paslanmır, onu kif basır. Eləcə də biim əksər nairlərimiz. Cənab Prezidentin bu addımı nıinki bəyəniləsi, təqdirəlayiqdir. Ölkədə sabitliyi qorumaqdan ötrü Müdafiə və Daxili işlər nazirlərini, Dövlət təhlükəsizliyi xidmətinin rəisi və yeni təyin olunmuş nairlər, komitə, xidmət rəislərinin çıxmaq şərtilə hamısını rotasiya qaydasında dəyişməyi məsləhətdir. İşdən aad olunanlardan isə oğurladıqlarını büdcəyə ödətdirmək lazımdır. Niyə büdcə boş qalmalıdır? Cənab Prezident bütün bunları etsə Allaha and olsun bir çox dövlət rəhbərləri üçün örnək olar və qeyd etdiyim kimi Sinqapurun sabiq baş naziri bizim Prezidentin yanında yalan olar.

Son yazılar