Məmmədovlar ailəsi küçədə yaşayır - Video

İndi ancaq aldığı təqaüdlə güclə dolanan evsiz ailənin köməyinə daha çox qonşular çatır

Məmmədovlar ailəsi artıq dünəndən küçədə qalmağa məcbur olub, yaşamağa heç evləri də yoxdur.

ANS TV-nin məlumatına görə, Əhməd Məmmədov və onun qızı Kəmalə yolun kənarını özlərinə sığınacaq ediblər. Olan-qalan əşyalarını da özlərilə birlikdə götürüblər. Ailə başçısı deyir ki, 1997-ci ildə yaşadıqları evi həyat yoldaşının vəfatından sonra onun xalası qızı satıb. O vaxtdan, bu vaxta qədər kirayədə qalan Məmmədovlar ailəsinin artıq maddi imkanı da tükənib. Dərd bununla da bitmir. Kəmalə Məmmədova həm də birinci qrup əlildir.

4 övlad atası olan Əhmədin sözlərinə görə, oğlanlarının biri məsciddə gecələyir, digəri isə hərbi xidmətdədir. Atası, bacı və qardaşlarından üz döndərən böyük qızı isə onları heç evinə belə buraxmır. Bu yaşda atanı ən çox üzən də onun böyük qızı tərəfindən evindən bir neçə dəfə qovulmasıdır. İndi ancaq aldığı təqaüdlə güclə dolanan evsiz ailənin köməyinə daha çox qonşular çatır. Onlar Məmmədovlara həm yeyəcək, həm də çay verir.

Qarşıdan qış aylarının gələcəyini nəzərə alsaq, bu zavallıları hansı aqibətin, nə qədər çətin vəziyyətin gözlədiyini düşünmək heç də çətin deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar