İCRA BAŞÇILARININ CƏRİMƏLƏRİNİ KİM SİLDİRİR? - Prezident xəbərdarlıq etmişdi!

Baş Dövlət Yol Polisi İdarəsində icra başçılarına yazılmış MMX-lar qeyri-qanuni yollalarla silinib.

Bu barədə Qaynarinfo-ya məlumatlı mənbələrdən məlumat daxil olub. Mənbə iddia edir ki, əksər icra başçılarına və bəzi yüksək rütbəli məmurlara 2-3 ay əvvəl yazılmış MMX-lara xitam verilib. Mənbənin sözlərinə görə, icra başçıları müəyyən məbləğ qarşılığında öz avtomobillərini nəzarətə götüzdürürlər. "Aylıq" verərək avtomobillərinin sistemə düşməsini əngəlləyirlər. Düşən kimi isə cəriməni ödəmədən, rüşvət qarşılığında MMX-lar sildirilir.

Bəs bu cərimələri kim və hansı əsasla silir? Mənbə bildirir ki, bütün bunlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun nəzarəti altında baş verir. Qanunlarımız sıravi vətəndaşla məmurlar arasında heç bir fərq qoymasa da, Ramiz Zeynalov bu üstünlüyü onlar üçün yaradıb və məmurlar istədikləri vaxt cərimələrini sildirə, bununla da dövlətin büdcəsinə ziyan vura bilirlər.

Qeyd edək ki, hələ bir neçə il əvvəl prezident İlham Əliyev bu məsələyə toxunaraq avtomobillərinə yazılmış cərimələri ödəməyən məmurlara xəbərdarlıq etmişdi. Məhz dövlət başçısının bu xəbərdarlığından sonra məmurlar tərəfindən külli miqdarda cərimə ödənilmişdi. Onların arasında hətta nazirlərin belə olduğu bildirilir. Görünür yenidən prezidentin bu məsələyə müdaxilə etməsi vacibdir.

635x100

Şərhlər

t.ədalət 2018-10-06 11:53:04

Nəyinsə alınması adı altında özlərinə yaxın adamların firmaları ilə maliyyə oğurluğunu reallaşdıran,hər şeyə rüşvət toplamaq vasitəsi kimi baxan məmurlarla,ancaq və ancaq onların tipində olan vəzifə səlahiyyətliləri əlaqə qururlar.Məmurlar və övladları,hətta günorta vaxtı hansı saatlarda radarların "istirahət etdiyini" də bilirlər..

İlqar 2018-10-06 11:53:04

.....- Dövlət Yol Polisi İdarəsi də - "Bazar və Yarmarka" Qanunları ilə işləyir, onlardan heç nə ilə fərqlənmir. İdarə rəisi general Ramiz Zeynalov - bazarkomdur. ..... Ramiz Zeynalov açıq bazar Qanunları ilə Dövlət Yol Polisi İdarəsinə rəhbərlik edir, nömrə satışından, avtonəqliyyat vasitələrinin qeydiyyatından başlayaraq , protokolların və MMX-ın silinməsi və digər Qanunları tənzimləməli olan halları ancaq rüşvət yolu ilə həll edirlər. Bu yazılan hal da DYP İdarəsində baş verən cinayətlərdən və Qanunsuzluqlardan biridir. ...

Veteran 2018-10-06 11:53:04

MMX nedir weher telefonuna 5 qepik borclu qalan kimi kasibin telefonu kesilir!

Son yazılar