SABİQ DİREKTOR POLİSİN NƏZARƏTİNƏ VERİLİB -  Qüdrət Şükürov haqda qətimkan tədbiri seçilib

“Lifttəmir” İstehsalat Birliyinin sabiq direktoru Qüdrət Şükürov istintaqa cəlb edilib.Oxu.Az-ın əldə etdiyi xəbərə görə, artıq onun barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə hallar araşdırılır.

Qeyd edək ki, Q.Şükürov cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmada və külli miqdarda mənimsəmədə ittiham edilir.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə – xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, oktyabrın 4-də “Lifttəmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov vəzifəsindən azad olunub.

Q.Şükürov bir müddət əvvəl qızı Aysel Şükürovanın toyuna 400 min dollar xərcləməsi haqqında yayılan xəbərlərlə gündəmə gəlmişdi.

635x100

Şərhlər

antiAbu 2018-10-15 18:30:02

Bu yeyintiyə rəhbərliyi Hacıbala Abutalıbov edib. İştirakçıları isə Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri, Rəfayil Mehrəliyev, "Baklift"in keçmiş rəisi, Qüdrət Şükürov, indiki rəisi, Təsərrüfat şöbəsinin keçmiş müdiri,"İskra" zavodunun keçmiş fəhləsi Xalid Ələkbərovdurlar. Bu şəxslər həbs olunmalıdırlar! 2004-cü ildə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda özünü "iyrənc rüşvətxor" adlandırıb və bu etirafa onlarla məqalə həsr olunub. Niyə obu rüşvətxor həbs edilmir?

G..M 2018-10-15 18:30:02

Aysel bundan sonra bir də boşansa ``evdə qalacaq``..növbəti dəfə ərə getmək limiti bitdi.

t.ədalət 2018-10-15 18:30:02

Görəsən,oğurlanan dövlət pulunun əsas günahkarı Hacıbala Abutalıbov da cinayət məsuliyyətinə cəlb olunubmu?

kluni 2018-10-15 18:30:02

Bu Qüdrətqulun mədəsi deyəsən tropiklərin cəngəllikləridir. O 400 milyonu happ edəndə heç kim onu görməmişdir. P.S. Bəlkə görən olmuşdu? İndi söz əlaqədar təşkilatlarındır (Z.H.)

keçici qırmızı bayraqlar 2018-10-15 18:30:02

Gündəmə gəlməklə hamısı gündəmə gəlir. Mahmudcan və digərləri heç gündəmdən düşmür. Qüdrətcanda vəziyyət başqa cürdür. Necə deyərlər üzə düşüb. Çünkü qüdrətcanla zırıltı dövlət maraqlanır...

Son yazılar