BDYP RƏİSİ NAZİRƏ İSTEFA ƏRİZƏSİ YAZIB? – Açıqlama

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət edib. Bu barədə bizimyol.info-ya daxil olan məlumatda bildilir.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda “Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bizimyol.info-ya açıqlamasında bu məlumatı təkzib edib: “General Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.

635x100

Şərhlər

Fazil 2018-10-26 00:39:29

Deyirlər indi pulsuz prava almaq olur.

Dr.AGAOGLU 2018-10-26 00:39:29

Qardaşı,sabiq on illik icra başçısı Tofiqdəki ondanda çoxdur.Hara gedirler Tovuzun senedde gösterdikleri,lakin yerinde olmayanları qaytarıb yerinə qoymalıdırlar.Tofiqin oğlu Qoşqarın dəmir yolu əməliyyatındaki 7 milyonluq/dollarla/ oborot puluda işə qoyulmalıdır və s.Sabunçu xəstəxanasına müdür qoyduqları qardaşlarındakıda geri qayıtmalıdır. HARA GEDİRLƏR........

EJDER 2018-10-26 00:39:29

BUNA DEYIRLER ANALOQU OLMAYAN INKIWAF...YAXWI O,GETSE QAI DE INKIWAF EDEN ONUN QOHUM EQREBASI NE QAYRACAQ...EMENI YOXSA GEMINI.

cəngərlik sakini 2018-10-26 00:39:29

kənd təsərrüfatından az-maz anlayanlar bilir.Cöngələri bordağda bağlayırlar.o da yeyir-yeyir şişir sonra gedir kəsimə.sözümü nəyə gətirirəm."yaxşı kökələnlər"kəsimə , urus demişkən "uboy"a gedir.

Abit 2018-10-26 00:39:29

24 ilde ne deyişdi inden bele ne deyişecek.Gelen gedenin dedesine rehmet oxudacaq

leytenant 2018-10-26 00:39:29

24 il bir otağa işə gedib-gəlmək.buna "dözmək" böyük cəsarət tələb edir.Ölkədə adam tapılmır.

R-n 2018-10-26 00:39:29

Unikal olkeyik,ozumuzden bashga hami bize gulur.Xalgi bu geder saymamag olar?Gorun ne geder ucuz veziyyetdeyik ki,DI naziri her hansi rayona YPX inspektoru teyin edir.Lerik uzunomurluleri bunlarin yaninda dillene bilmirler....

İlqar Rusiyalı 2018-10-26 00:39:29

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsini hərrac və bazar Qanunları ilə işlədən, bu qrumu uzun müddətə icarə müqavilə əsasında icarəyə götürüb işlədən ...- rəisi Ramiz Zeynalov təqaüdə getməyəcək. İnşallah onun ...

G.M 2018-10-26 00:39:29

Boooy Ramiz harya edirsən..yığdıqlarını təkmi yemey istyersən.Ayə,ay qıvlasız Toyuzdakı o boydana ``Aqroparkı`` mənmi tikəjəm.Ağırıq alem xəstəlik,filan da keçmiyəjəy.Dayanma tikintini tezləşdir.YPX-nın şərləyib yığdıqları pulların cüzi bir hissəsini yönəltsən,maşallah ..birjə ilə təhvil verərsən inşəallah.

Son yazılar