“ÖLKƏMİZİN GƏLƏCƏYİ BARƏDƏ ÇOX NİKBİNƏM” - "Əminəm ki, iqtidar siyasi-iqtisadi islahatları dərinləşdirəcək"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- Qüdrət bəy, sosial şəbəkələrdə keçmiş cəbhəçilərin və iqtidarın sabiq təmsilçilərinin əsl müxalifət kimdir mövzusunda apardıqları debatları, qarşılıqlı ifşa və ittihamları izləmək imkanlarınız olurmu və Sizcə hansı tərəf haqlıdır?

- Bəzən partiya üzvləri tövsiyyə edəndə nəyəsə baxıram, amma mənə mətbuatda və sosial şəbəkələrdə deyilənlər və yazılanlar barədə məlumat verilir. Tərəflərin xarakterindən və tərbiyəsindən asılı olaraq, 10-15% açıq görünən böhtanlara yol verilsə də, ümumən bir-birilərini düzgün xarakterizə edirlər. Bir-birinə qardaş deyib, amma gizlincə səslərini yazıb mətbuta ötürən adamlardan bundan artıq nə gözləmək olar ki? Xalq bunların tərbiyəsiz danışıqlarını eşitdikcə iqtidardakıların ölənlərinə min dəfə rəhmət oxuyur.

- Həmin debatlar zamanı sanki yarışırmışlar kimi iqtidarın ünvanına ağır ittihamlar da irəli sürülür. Bu ittihamlara münasibətiniz necədir?

- Müxalifət ona görədir ki, iqtidarın buraxdığı səhvləri göstərsin və özünün iqtidara daha hazırlıqlı olduğunu nümayiş etdirsin. Bunların isə hələ ki, göstərdikləri əsasən tərbiyəsiklikdir. Əlbəttə, iqtidarın fəaliyyətində ciddi çatışmamazlıqlar var və onlar ədəb-ərkan çərçivəsində deyilməli və göstərilməlidir. Hansı ki, biz bunu edirik. Artıq haqq dünyasına qovuşmuş, boğazlarını Surət Hüseynovun kəndirindən çıxarmış, Azərbaycanı dağılmaqdan qorumuş, təkidlə hakimiyyətə dəvət etdiyimiz rəhmətlik Heydər Əliyev haqqında bu adamların əxlaqsız davranışını gərəndə insanlar dəhşətə gəlir. Heydər Əliyev iqtidarda olanda onun tənqid olunması normal idi. Hər bir iqtidarın müxalifəti olmalıdır, amma O dünyasını dəyişəndən sonra ona böyük ehtiram göstərilməlidir və xalqımız da bunu edir. Heydər Əliyev Elçibəy dünyasını dəyişəndə ona münasibətdə bu nümunəni yaratmışdı. İlham Əliyevin siyasi fəaliyyətinə görə Heydər Əliyevin təhqir olunması isə ikiqat əxlaqsızlıqdır.

- Bu adamların kimlərsə tərəfindən idarə olunması fikrini necə qəbul edirsiniz və ölkəmizin gələcəyini necə görürsünüz?

- Söyüş söyənlərin kənardan idarə olunması açıq-aydın görünür. Bəziləri özləri barədə həm daxildə, həm də xaricdə saxta bir imic yaradıblar. Pulları var, düşünürlər ki, ölkədə həm iqtidarı, həm müxalifəti gözdən salmaqla, Prezidentin ətrafındakı güclü figurların istefaya göndərilməsinə nail olmaqla böhran yaradılsa xaricdəki himayədarları “xalq” adı ilə onları hakimiyyətə dəvət edə bilər. Amma unudurlar ki, hər dədəsinin gözünü çıxarana Koroğlu demirlər. İndi 90-cı illər deyil. Hakimiyyətdə də kifayət qədər təcrübəli, ciddi beynəlxalq dəstəyi olan İlham Əliyevdir. Onun yanında Mehriban Əliyeva kimi ağıllı silahdaşı, hökumətdə bacarıqlı sadiq dostları, ölkədə sabitliyi və təhlükəsizliyi yüksək səviyyədə təmin edən DİN və DTX var. Xalqımız da 93-cü ilin təcrübəsindən çıxış edərək başa düşür ki, siyasi böhran yaradıb anti-konstitusion yollarla hakimiyyətə gəlmək istəyənlər Azərbaycanın düşmənləridir.

Ölkəmizin gələcəyi barədə isə çox nikbinəm. Əminəm ki, iqtidar siyasi və iqtisadi islahatların dərinləşdirilməsinin alternativinin olmadığının fərqindədir. Bu islahatlar zamanla həyata keçiriləcək. Ölkənin neftdən asılılığına son qoyulmalı, elm, təhsil inkişaf etdirilməli, iqtisadiyyat liberallaşdırılmalı, böyük özəlləşdirilməyə gedilməlidir. Qarabağın işğaldan azad olunması üçün Rusiya ilə danışıqlar intensivləşdirilməli, daha cəsarətli xarici siyasət yürüdülməlidir.

635x100

Şərhlər

Müəllifə 2018-10-26 20:38:34

Qüdrət bəy görəsən özü dediyinə öü inanır? Yoxsa ona deyirlər,o da yazır.Bəs sonra?

t.ədalət 2018-10-26 20:38:34

Qüdrət müəllimin yazısı kapitanı itmiş ,küləyə möhtac qalmış gəmini xatırladır.Konkret mövqe yoxdur.Sanki ,özünə bir dayaq axtarır...

Həsənquliyevə 2018-10-26 20:38:34

AZərbaycanda müxalifət yoxdur.Bir neçə öyrədilib ortaya atdıqları"şəxslər"var ki,onlar da gah "Məhsul" stadionunda,gah da saytlarda deyiləndə ( seçki qabağı və ara bir) görükürlər.Müxalifət deyilən qurum ləğv edilib. Qaldı ki, islahatlar cərimələrin növü və miqdarında, lmazların sayının artırılmasında,qanunlara hörmət edilməməkdə ( milyarlarla oğurlayıb azadlıqda olmaqla),qohmbazlıq və yerlibazlıqda baş verir

EJDER 2018-10-26 20:38:34

AZERBAYCANDA HER WEY KITAYSKIDI...MUXALIFET BOW WEYDI.REQABET YOXDU.BU DAYANIQLI INKIWAF NA VAXTA KIMI AYAQUSTE DURACAQ,BELKE ONU OTURDASINIZ,GOCALDI GETDI...YAXWI BES MEMURLAR GELIRLERININ MELUMATINI NIYE VERMIRLER,BU KORRUPSIYA DEYIL...VESIFEDEN QOVULAN KIMI HAMI QACIR XARICE,MIALICEYE...VALLAH GULMELIDI

pıs-pısa 2018-10-26 20:38:34

Nə qədər ki, Bermut üçbucağındakı (Rusiya ABŞ, Türkiyə) nöqtələrin maraqları üst-üstə düşür və Şərqin Götəşındən paylarını alırlar Yapon İmperatorları (Z.H.) buradakı söküntü və dağıntılara nikbinliklə baxa bilərlər.

Azərbaycan vətəndaşı 2018-10-26 20:38:34

Azərbaycanda ümumiyyətlə müxalifətin adı var özü yoxdur. Ümumiyyətlə Milli Məclisdə müxalifət yoxdur.Onların hamısının adı müxalifətdir.Vəssalam.

İ.Mustafaoğlu 2018-10-26 20:38:34

Qüdrət müəllim,Ölkənin neftdən asılılığına son qoyulmalı,böyük özəlləşdirilməyə gedilməlidir deyirsiniz? Əlbəttə qeyri-neft sektoru sürətlə inkişaf etdirilməlidir,ancaq ölkəmizdə aparılan Özəlləşdirilmə heç də İqtisadiyyatımıza öz müsbət təsirini göstərməyib? Belə ki,özəlləşərək səhmdar cəmiyyətə çevrilən müəssisələr yalnız,səhm paçetinin yüksək %-ni əldə edən şəxsə xidmət edir,üzvüləri isə kənardan baxıb barmaqlarını sorurlar ? Şəki-Bazar ASC-i ildə 500,0 min manat vergidən yayınır,VN-isə göz yumur? Səbəbi

SAVALAN 2018-10-26 20:38:34

Bu adam nə danışır!?... İqtidar hansı islahatları həyata keçirib ki, hələ bir onları dərinləşdirməyi də planlaşdırır.

azər 2018-10-26 20:38:34

bunu iqtidar edəcəksə onda sən nə biçim və nəyə gərək müxalifətsən...

Son yazılar