“ARA ALVERÇİLƏRİNDƏN AİLƏM ÜÇÜN HEÇ NƏ ALMAMIŞAM...” - General Vüsal Novruzov 

Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana qızıl-zinət əşyaları gətirib satan 4 qadının Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, gömrük xidməti generalı Vüsal Novruzovun ailə üzvlərinin sürücüsü olduğu deyilən Nəcəf Nəsirli adlı şəxs tərəfindən aldadılması qalmaqalına generalın özü reaksiya verib.

Vüsal Novruzov virtualaz.org-un redaksiyasına zəng vuraraq bildirib ki, bu qalmaqalda adının hallandırılmasına etiraz edir, çünki Nəcəf Nəsirli adlı şəxslə həmin qadınlar arasında hansı alış-verişin olduğunu bilmirdi və nəticədə kimin kimə borclu olmasından xəbərdar ola bilməzdi.

Baki gömrüyünün keçmiş rəisi bildirib ki, Nəcəf Nəsirli adlı şəxsi 2 il bundan qabaq işindən uzaqlaşdırıb və həmin vaxtdan bəri onunla heç bir əlaqəsi yoxdur. Və bu şəxsi hansısa formada himayə etməyib, işindən uzaqlaşdırılandan sonra hansı əməllərlə məşğul olmasını izləməyib. Amma istisna etmir ki, bu şəxs hansısa formada onun adından istifadə edə bilərdi.

“Mən adları çəkilən həmin qadınları tanımıram, heç vaxt da tanımamışam. Onlarla heç bir təmasım, alış-verişim olmayıb. Bunu qadınlar özləri də şikayətlərində təsdiq edir. Ümumiyyətlə, mən ailə üzvlərim üçün alverlə məşğul olan hansısa qadınlardan, yəni belə desək, ara alverçilərindən heç nə almamışam. Sonradan eşitmişəm ki, Nəcəf Nəsirli ilə adlarını çəkdiyiniz həmin qadınlar arasında nəsə alış-veriş, ticarət sövdələşmələri olub. Bundan Nəcəfi işindən uzaqlaşdırandan sonra xəbər tutmuşam. Bildiyim budur ki, hazırda onların arasında maliyyə çəkişməsi var, hər iki tərəf hüquq-mühafizə orqanlarına müraciət edib. Qadınlar N.Nəsirlinin onlara 615 min dollar borclu olduğunu deyirlər, o da öz növbəsində qadınları 2 milyon manat borc alıb qaytarmamaqda günahlandırır. Bu mübahisəni araşdırmaq hüquq-mühafizə orqanlarının öhdəsindədir. Əgər Nəcəf günahkardırsa və qadınları aldadıbsa qoy qanun qarşısında cavab versin, cəzasını alsın. Yaxud qadınlar günahkardırsa qoy onlar qanun qarşısında cavab versinlər. Mənim bu mübahisədə hər hansı rolum yoxdur və olmayıb” - Vüsal Novruzov belə deyib.

635x100

Şərhlər

Vaqif 2018-10-27 18:53:24

Indiki raisin yaninda Novruza min sukur

Gomrukci 2018-10-27 18:53:24

Deyek Vsalin soferinin deleduzlugundan xeberi olmayib. Vekil adi ile deleduzluqla mesgul olan,TV-SOU verlislerde cadugerlerle, sarlatanlarla oturub duran deleduz-sou gosteren .... kimi sexsle onu baglayan ne olub? Gomrukcilerin ekseriyyetine vekil lazim olanda bu geniral onlari hemin sexsin yanina ne sebebe gonderirmis?

T.Q 2018-10-27 18:53:24

Məqalənin əvvəlində elə bildim söhbət 5-10 mindən gedir. Sən demə milyonlardan gedir. Sağol səni. Sürücü olasan, milyonlarla oynayasan...

Mehdi 2018-10-27 18:53:24

Aqzina geleni sen danisirsan.Novruzovu babat silkelesen cibinden tokulmese en azi milyarda yaxin dollar tokuler.Manat yox ha dollar.

Islam mellim 2018-10-27 18:53:24

Bu camahat da tanidi tanimadi agzina gelen serhleri yazir.V.Novruzov gomrukde yaxsi isleyen generallardan biri olub .gelin hamiya qara yaxmayaq.

Mehdi 2018-10-27 18:53:24

Xeberim yoxdu xeberim yoxdu.Guya deyesiydi ki,beli xeberim var ozde lap yeke xeberim var?Goresen olkede heyle bir memyr varki,desinki beli bunu men elemisem xeberim de var.Ay hay.

EJDER 2018-10-27 18:53:24

MAAWNAN DOLANIRSINIZ,INANILASI DEYIL.SURUCUNUZ ILIWIB,ONA GORE YEQIN IWDEN UZAQLAWDIRILIB.BELKEDE QOHUMLIQUVUZ VAR.HELE BELE ADAM WOFERINIZ OLA BILMEZ...

ayzek 2018-10-27 18:53:24

YOLDAN KEÇƏNLƏRİN HƏRƏSİ ÖZÜNƏ BİR PAQON ALIB OLUB GENERAL.BELƏLƏRİNƏ RUSCA VISKOÇKA DEYİRLƏR,YƏNİ BAMBILI!

vidadi 2018-10-27 18:53:24

mlyardlar topladiniz adamlara zulm edirdiniz, tarix her sheyi gosterir

məmmədqulu 2018-10-27 18:53:24

Cənab general, onu düz deyirsiniz ki, ara alverçilərindən heç nə almamısınız. Əgər Toçkanızdan keçəndə müsadirə edib happ eləmək mümkündürsə ona görə Siz pul ha ödəməyəcəksiniz ki? Lətifə: Bir gün Abramı işə başlayacağı baza ilə tanış edirlər. Hər şeyi göstərib qurtardıqdan sonra İvan deyir ki, aylıq maaşınız da 130 man (sovet) olacaq. Abram təəccüblənir: burada maaş da verirlər?????? Tak çto davayte ne budem qospodin Yaranal!!!

Son yazılar