“MÜDAFİƏ EDƏNLƏRİN 80 FAİZİNİN ƏSƏRLƏRİ PLAGİATDIR” - "Xüsusi ixtisaslaşmış şəxslər var ki..."

“Laboratoriya və elmi tədqiqatların aparılması işi genişlənməlidir. Humanitar sahəyə bu qədər diqqətin ayrılmasının perspektivi o qədər çox deyil. Müasir və təbiət elmlərinə doğru inkişaf istiqamətində fikirləşməliyik”.

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O, AMEA-nın dəqiq və təbiət elmləri üzrə institutları haqqında danışıb: “Məsələn, riyaziyyat, fizika, biologiya sahələrində çox da genişlənmədi, axsadı. Amma hər halda bu sahədə müəyyən tərpənişlər var. Elmə ayrılan vəsait kifayət qədər olmadığına görə, akademiyanı da qınamaq mümkün olmur. Ayrılan vəsait böyük olsa da onu xərcləyəcək böyük zəkaların olması şübhə doğurur. Elə etməliyik ki, elmə stimullaşdırıcı yanaşma və müəyyən irəliləyişlər olsun, elmə gənclər gəlsinlər. Xüsusilə, texniki elmlərə gələnlərin sayı çox deyil”.

Deputat əlavə edib ki, hazırda müdafiə edən 80% şəxsin əsərləri plagiatdır: “Elmdə plagiat da baş alıb gedir. 80% müdafiə edən şəxslərin əsərləri plagiat, köçürmədir. Artıq xüsusi ixtisaslaşmış şəxslər var ki, başqaları üçün əsərlər yazırlar. Ona görə, dolu olan elmlər doktoru, diplomların yerinə normal, vicdanlı elm adamlarına ehtiyac var.

İnstitutların işini isə qiymətləndirmədə çətinlik çəkirəm. Bunları görmək, sahəni araşdırmaq lazımdır. Görüntü olaraq hansısa institutun iş gördüyü deyilə bilər, amma bunu elm adamları, o sahənin mütəxəssisləri daha çox qiymətləndirməlidirlər. Nəticə onu göstərir ki, dünyada müəyyən dərəcədə hadisə yarada biləcək addımlarımız yoxdur”.

635x100

Şərhlər

Abdulla Abdullayev 2018-11-03 10:50:15

deputat Fazil Mustafa çox ciddi ittiham irəli sürüb. Bu ittiama Elmlər Akademiyasının və Attestasiya komisiyasının rəhbərliyi cavab verməlidirlər və Cəmiyyəə bu məsələyə münasibətlərini bildirməlidirlər Əks halda, deputat Fazil Mustafanın ittihamları ilə razlaşmaq əlaməti kimi qiymətləndirilməlidir.

helime (ardi) 2018-11-03 10:50:15

Rus dilinde da ve net den bashqa hechne bilmeyen,amma rusiyada mudafiye etmish insanlar var.Bu yaxinlarda yuksek memurumuzun qizi mudafiye edirdi.Biabirchiliq idi.Elmi rehberi xecaletinden az qalmishdi masanin altina gire.Qiz kagizdan yazdigini oxuya bilmirdi.Cemi 2 sual verildi,hech bir suala cavab vere bilmedi.gah ona baxdi,gah buna baxdi,suallara rehber cavab verdi ve tez-bazar getdiler yeyib,ichmeye.Qizda felsefe doktoru oldu.Budur bizim realligimiz.Butun adlari yigishdirmaq lazimdir.

helime 2018-11-03 10:50:15

Fazil muellim! Bes niye demirsiniz ki,bu mudafiyeler,filan rusdan cehiz qalib?Dunyanin hansi olkesinde bu menasiz elmi mudafiyeler meselesi var.?Insan illerle ishleyir ve bashqa kriteriyalarla adlar alir.Kime lazimdir , kitabdan,internetden kochurulen,bosh-bosh sheyler?Ustelikde, bu kochurmeni tesdiq etmek uchun 5-20 min arasi pul xerclemek( namized,doktor meselesi uchun).Shexsen, menim ish yoldashlarimin arasinda elmi ishinin adini bele bilmeyen neche nefer var.

Aspiranta yazana 2018-11-03 10:50:15

Sən əvvəlcə komentarini diqqətlə oxu.Bazara hamı gəlir,amma satıcılar konkret adamlar olur.Söhbət satıcılardan gedir.İnanmırsan get öyrən ki, Akaemiyada prezidentlər haralı olublar və yaxınları haralı olub.Arada bir Xudu Məmmədov vardı,onu da...

Məhəmməd 2018-11-03 10:50:15

80 faiz olsa yaxşıdır!!!!99 faiz müdafiə edənlərin işi həm plagiatdır, həmd ğzləri yazmırlar, özləri yazsalar yenə nəsə bilərlər. Bu sahə rüşvəxorluq və korrupsiya çəbəkəsinə çevrilib....

Aspiranta 2018-11-03 10:50:15

Müdafiə edən nazir, nazir müavinləri, prokurorların heç biri naxçıvanlı deyil, girin saytlara baxın, hamısı şirvanlı, aranlıdır. Başqalarına dissertasiya yazanları da tanıyırıq, heç biri naxçıvanlı deyil. Qərəziniz belinizi qırsın görüm.

G.M 2018-11-03 10:50:15

Bir zamanlar nəyisə kəşv edib,hansısa yenilik yaradıb Alim olurdular.İndi ``əməkdar,Xalq artistləri`` kimi,elmi Adı da adamla alırlar.Xalq artistinin sənətdən,Alimlərin Elmdən xəbəri yoxdur.Alim var ki,elmi işinin neçə səhifə olmasından xəbəri belə yoxdur.Xalq artisti var ki,Xalqın 90%-i onu dinləməmək üçün Televizora baxmır. və.s

buzlaq 2018-11-03 10:50:15

Əvvəla onu deyim ki, AMEA-nın MÜ və Həq. Üzv. ilə kiçik elmi işçilər arasındakı (maaaşlarındakı) fərq 5-10 dəfə təşkil edir. Bu fərq sovet dönəmində 3 dəfədən artıq deyildi. İndi plagiat barəsində: Yapon İmperatorları (Z.H.) girdirmə doktorski diplomu ona görə alırlar ki, (Misir Mərdənov, Əli Abbasov və b.) söküntü missiyaları qurtarandan sonra AMEA-da oturub şellənsinlər. Axırıncı: Yapon İmperatorlarına (Z.H.) savadlı alimlər lazım deyil. Savadlı ziyalı, savadlı tələbə yetişdiririr. Bunlara qoyun lazımdır

Moshu 2018-11-03 10:50:15

Problemlərimiz xirtdəyimizə qədərdir. Millətin artıq original olmasına şübhə edirəm, bəlkə elə özümüz də plagiatıq... Elmi ad almaq bir növ dəb halını alıb. Məs., maşın,paltar almaq kimi. Elmlər namizədlərimizdən biri Milli Məclisdən Prokurorluğa işə keçir və öz tanışı ilə müzakirə aparır və deyir “məndən yaxşı namizəd var? Mən hüquqşünastam”. Tanışı isə ona deyir ki, sən çalış “t” hərfini demə. Başqa birisi elmlər namizədi titulu alır, adına Eşşək Əli deyirlər, hüquq sözünü ondan-bundan eşidib, nə demək olduğunu isə qanmır. Biz bazar alverinə öyrənmişik, elm bizlik deyil. Bizimki biznesi də alverə çevirməkdir. Ona görə də dünya səviyyəsində hansısa elmi nailiyyətimiz yoxdur. Yazıqlar olsun bizə

t.ədalət 2018-11-03 10:50:15

Səbatsız generallar kimi alimlərimizin də sayı artır.Amma ortada müqayisəli təhlillərə əsaslanan hansısa elmi iş yoxdur.Tarix və filologiya sahəsində isə irəliləyiş heç hiss olunmur.Müstəmləkə psixologiyası əsasında yaradılmış qorxaq ədəbiyyatımız,təəssüflər olsun ki,hələ də orta məktəblərdə tədris olunur.Milli azadlıq qəhrəmanlarının yerinə,hələ də məktəblərdə S. Salmanov,M. Kərimova və b. "sovet əmək qəhrəmanları" öyrədilirir.Bu gün isə yeni təhlilə,milləti irəliyə aparan qəhrəmanlara ehtiyac var.

Kilimci 2018-11-03 10:50:15

Alimlerin, tedqiqatcilarin guzeraninin yaxshilashdirilmasi istiqametinde ishler gorulmelidir. Eger motivasiya yoxdursa nece netice gozlemek olar? Elmi tedqiqat instutlarinda calishan alimler var ki dolanishiq ucbatindan repertitorluq edib telebe hazirlashdirirlar. Millet vekilleri oz mevaciblerinin artirilmasi teklifini verende alimlerin de guzaraninin yaxshilashdirilmali oldugunu fikirleshmishdilermi? Tenqid elemek cox asandir, xususen de danisha-danisha susanda !

aspirant 2018-11-03 10:50:15

Azərbaycan Elmlər Akademiyası bir qrup Naxçıvanlılr üçün kormuşkaya çevrilib.Bu 50 ildir davam edir. Plaqiat olan işlər isə müəyyənləşdirilib elmi titullar ləğv edilməlidir. Son 20-30 ildə Elmlər Akademiyasından fundamental kəşf,və ya açılış əldə olunmayıb.Hansı işlərə baxsanız onun ondan əvvəlki analoqunu xarici ölkələrin məhsulu olduğunu görərsiniz.Köçürmə.oğurlama,bənzətmə kimi işlər həddindən artıqdır.

məzlum e.i. 2018-11-03 10:50:15

Fazil m-ə təşəkkür edirəm. Buzlağın da fikri ilə tam razıyam.Heç kimə sirr deyil ki hüquq mühafizə orqanlarında v.s. yüksək vəzifələrdə işləmiş, heç elmi işlərinin adlarından da xəbərləri olmadyanlar ya vəzifədən çıxarılandan, ya da təqaüdə çıxandan sonra AMEA-nın institutlarını elmlər doktoru və professor kimi zəbt edib oturublar. Yüksək məbləğ müqabilində "alimlər" yetişdirməklə məşğuldurlar.Yəni kimlərəsə plagiat elmi işlər sifariş verməklə asan qazanc yeri tapıblar.Vaxtlarını şən və rahat keçirirlər.

müdafiəyə hazırlaşan 2018-11-03 10:50:15

Bu gün elmi ad imkanlı ailələr arasında bahalı ev, maşın kimi dəb halını alıb. Hər şeyi pulla ala bildikləri kimi nazir, nazir müavinləri, rektor, prorektorlar öz sevimli övladlarına adı rahat yolla hədiyyə edirlər. Əziz övladlar 24-25 yaşında fəlsəfə doktorudurlar.Məhkəmə hakimlərinin, prokurorluq və polisdə işləyən vəzifəlilərin, səfirlərin, komitələrdə yüksək vəzifələrdə işləyənlərin çoxu elmlər doktorlarıdırlar. Görəsən bu şəxslər tədqiqat aparmağa vaxtı haradan tapırlar? Onlara bu sualı verən varmı?!

ayzek 2018-11-03 10:50:15

Plagiatlığın sayəsində Çin bu gün dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilib.Qna görə bir az səbrli olun və bu plagiatlar tezliklə öz bəhrəsini verəcək!

Aspirant 2018-11-03 10:50:15

ASpiranta Yazana:Elmlər akademiyasının prezidentləri, institutlrın direktorları,onların müavinləri,üstəgəl onların Elmlər Akademiyasındakı qohumları hansı bölgədəndirlər? Əksəri Naxçıvanlı və YerAz.Bu doğru deyil? Gözünü aç,ətrafına yaxşı bax! Son vaxtlar 2-3 ildə doktor olanlar kimlərdir? Onlar hansı elmi açılışlarına,kəşflərinə görə fərqlənublər? Ona görə əvvəlcə öyrən.sonra komment yaz!

Son yazılar