"GƏRƏK BİR MİLYON İNSAN BOĞULSUN?!" - Deputat metrodan gileyləndi

Uşaqlarla, uşaq pulları ilə bağlı məsələ artıq həllini tapmalıdır. Başqa yerdə bu var və yoxdur, bunun bizim üçün elə bir əhəmiyyəti qalmır. Biz özümüz bu məsələni həll etməliyik. Həll etməliyik ki, uşaq xəstə olmasın, şikəst olmasın, əlil olmasın.

Oxu.Az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentdə büdcə müzakirələrində deyib.

Onun sözlərinə görə, burada ünvanlılıq olmalıdır:

“Hökumət hətta, naturallıq yolu ilə də bunu edə bilər, yəni, qida, ərzaq şəklində də kömək etmək olar. 63 faizi əhalinin rəsmi gəliri yoxdur, həm atanın, həm də ananın. Ona görə də hökumət bu məsələni həll etməlidir”.

F. Mustafa həmçinin Bakıda nəqliyyat probleminə də toxunub. O bildirib ki, burada ciddi problem yaşanır:

“Bu problemi aradan qaldırmaq üçün metro çəkilməlidir. Bu gün milyonlarla adam metrodakı havasızlıqdan əziyyət çəkir. Gərək bir milyon insan havasızlıqdan boğulsun ki, bu sahəyə vəsait ayrılıb metro tikintisi sürətləndirilsin?! Amma bu sahəyə uzun zamandır ki, ciddi vəsait ayrılmır”.

635x100

Şərhlər

EJDER 2018-11-14 16:04:04

40 IL YEYIB ICMIYEN 3 MILYON PUL,PARA TOPLAYAN YAP ci VE... ci TAQI MALLIM DEYIRDI KI, HER 600-700 METRDEN BIR METRO OLAJAQ...INDI DEYIR BOW WEYDI.OTURDUQU YASAMAL Y A P nin BINASINI KIM TIKIB...SULEYMAN

t.ədalət 2018-11-14 16:04:04

"Papanin" deyilən ərazidə metro tikintisinin gecikdirilməsi xalqa ziyandır.Həmin yerdən keçən yol illərdir ki,işləmir.Nəticədə 20 Yanvar dairəsi də tıxacdan azad olunmur.Görəsən,burdakı acınacaqlı vəziyyət aidiyyəti orqanları narahat etmir?Axı,Bakı camaatı metro rəisinin nazı ilə nəqədər oynamalıdır?Bəlkə,yetər?

Son yazılar