QAŞIQÇININ ƏVƏZİNƏ FƏTULLAH GÜLƏN? - Ağ Ev Türkiyə ilə Səudiyyəni barışdırmaq istəyir

"AzPolitika" xarici mətbuata istinadla xəbər verir ki, ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının qətlilə bağlı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında yaranmış gərginliyi azaltmaq üçün müxtəlif yollar axtarır.

ABŞ-ın məşhur "NBC Nyus" kanalının məlumatına görə, Türkiyənin Səudiyyə Ərəbistanına qarşı təzyiqini azaltmaq üçün Donald Tramp Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinə xüsusi göstəriş verib. Prezident sözügedən qurumlardan tələb edib ki, onlar Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı iş açılmasını təmin etsinlər. Bununla yanaşı, Tramp Daxili Təhlükəsizlik Nazirliyindən FETO rəhbəri sayılan Gülənin ABŞ-da hansı statusla yaşadığına dair dəqiq məlumat verməsini tələb edib.

Ancaq "NBC Nyus"-un məlumatına görə, FTB başda olmaqla, sözügedən qurumlar prezidentin tələbini yerinə yetirməkdən imtina ediblər. Telekanal həmin qurumlarda çalışan bir məmurun Ağ Evin tələbilə bağlı fikirlərindən sitat gətirib: "Əvvəlcə biz bu tələbə göz yumurduq. Sonra başa düşəndə ki, onlar ciddidirlər, biz dəhşətə gəldik..."

Ağ Evin bundan sonra hansı addımlar atacağı barədə hələ ki, dəqiq məlumat verilmir. Ancaq "NBC Nyus"-un mənbələri bildirirlər ki, D.Tramp administrasiyası Güləni Türkiyəyə verməklə, R.T.Ərdoğanın Səudiyyə hökumətinə qarşı daha yumşaq mövqe sərgiləməsinə nail olmağa çalışır.

Məlum olduğu kimi, Türkiyənin Səudiyyə Ərəbistanı ilə münasibətləri jurnalist Camal Qaşıqçının İstanbuldakı Baş Konsulluqda vəhşicəsinə qətlə yetirilməsindən sonra hədsiz dərəcədə gərginləşib.

R.T.Ərdoğan bu işin sona qədər araşdırılaraq, bütün həqiqətlərin ortaya çıxarılacağını vəd edib.

“AzPolitika”

635x100

Şərhlər

azər 2018-11-16 17:26:58

30 illik qağa qatı düşmənə çevrildi.....

Son yazılar