ABEL MƏHƏRRƏMOVUN MİLYONLUQ MÜLKLƏRİ VƏ... - Akademik də villabaz imiş! (Yeniləndi)

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun noyabrın 15-də gözlənilmədən və qeyri-adi səbəblər üzündən vəzifəsindən azad olunması gündəmin ən əsas müzakirə mövzusu olaraq qalmaqdadır.

Yarımrəsmi (Hökumət TV və digər KİV-ləri tərəfindən tirajlanan) versiyaya görə, A.Məhərrəmov İspaniyada dini tolerantlıq mövzusunda keçirilən beynəlxalq konfransdan əvvəl möhkəm içib, Allahşükür Paşazadə ilə mübahisə etdiyinə və bu zaman bəzi siyasi səhvlərə yol verdiyinə görə ali rəhbərliyin qəzəbinə gəlib. İnandırıcı olan və olmayan bir xeyli başqa iddialar da var. Bu versiyaların hansının tam həqiqətə söykəndiyini hələ ki, müəyyənləşdirmək mümkün olmasa da, bir məsələ qətidir ki, Abel Məhərrəmov məhz siyasi rəhbərliyi qəzəbləndirdiyi üçün vəzifəsindən azad olunub, üstəlik müşahidələr belə deməyə əsas verir ki, onunla bağlı cəza tədbirləri davam etdiriləcək.

Azərbaycanda son illərdə formalaşmış ənənəyə görə isə, “vurulan” məmurlara qarşı tətbiq olunan əsas cəza onların vəzifədə olarkən əldə etdikləri var-dövlətin – daşınar və daşınmaz əmlakların, nağd pul vəsaitlərinin əllərindən alınmasıdır. Bu ənənənin Abel Məhərrəmova münasibətdə də aktuallığını qoruyacağı ehtimalı xeyli yüksəkdir. Belə olacağı halda bu “elm fədaisinin” itirəcəkləri isə heç də az deyil – illərdir məlum olan və yeni üzə çıxan məlumatlar dəyəri on milyonlarla ölçülən əmlaklardan xəbər verir.

Artıq saytlarda, sosial şəbəkələrdə Abel Məhərrəmova məxsus olduğu iddia olunan əmlakların siyahısı da yayılmağa başlayıb. Bu siyahı ilə tanışlıqdan belə məlum olur ki, hörmətli rektorumuz əməlli-başlı villabaz olub: ölkənin dörd bir tərəfinə səpələnən villaların sahibidir. Təkcə Bakı şəhərində 6 olmaqla, ümumilikdə 10-dan artıq villası var.

Artıq mediada yayılmış siyahı budur:

- Binəqədidə, Varovski deyilən ərazidə - iki villa;

- Quba rayonunda – 1 villa;

- Xızı rayonunda – 1 villa;

- Nabranda – 1 villa;

- Şüvəlan qəsəbəsində – 1 villa;

- Mərdəkan qəsəbəsində – 1 villa;

- Milli Elmlər Akademiyası yaxınlığında yerləşən milyonerlər məhəlləsində – 1 villa;

- Nərimanov rayonunda yerləşən – “Mona Liza” şadlıq sarayı;

- 8 mikrorayonda restoran.

- Paytaxtın ən bahalı yerlərində hündürmərtəbəli binalarda çoxsaylı mənzillər…

mona-liza-sadliq-sarayi-restorani-_1_1

Abel Məhərrəmovun daşınar və daşınmaz əmlakları ilə bağlı daha bir siyahı isə “AzPolitika”ya daxil olub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, AMEA-nın əməkdaşı, dosent Şahin Bağırovun təqdim etdiyi bu siyahı əvvəlki siyahını bir qədər də tamamlayır:

1. “ALFERO” istirahət mərkəzi - Nabranda 200 hektar ərazidə inşa edilib, dəyəri 61 milyon manat civarında qiymətləndirilir. Qzı İzabellanın adına qeydiyyatdan keçib.

2. “MONA LİZA” şadlıq sarayı - Bakıda ən bahalı və məşhur şadlıq saraylarından biridir. Dəyəri 12 milyon manat civarında ölçülür.

3. “İZABELLA” Şadlıq Sarayı - Bakıda Elmlər Akademiyası Metrostansiyasının yaxınlığında yerləşir, dəyəri 23 milyon manat civarında ölçülür.

3. BDU-nun 20-yə yaxın bufet və yeməkxanalarının icarəsindən hər il əldə olunan 1 milyon 200 min manat gəlir.

5. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4-7 milyon arasında qiymətləndirilir.

6. “RAMSEY” mağazası - Sahil Ticarət Mərkəzində yerləşir. İtaliya-Türkiyə istehsalı olan brend marka kişi kostyumları mağazaları şəbəkəsi.

7. Avtomobil qarajında ümumi dəyəri 5 milyon manatdan artıq olan son model bahalı avtomobillər...

Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:

1) “Lamborghini”

2) “Bentley”

3) “Porsche Cayenne”

4) “Land Rover”

5) !Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)

Картинки по запросу bahalı avtomobillər

6) “Audi Q7”

7) “Audi Q8” (Son model, qiyməti 450 min avro)

8 ) “Mercedes Geländewagen” (qiyməti 250 min avro)

9) “BMW X6” (son model - qiyməti 200 min avro)

10) “BMW -760” (qiyməti 400 min avro)

Onu da qeyd edək ki, 6 günlük susqunluqdan sonra Abel Məhərrəmov bu gün tək-tənha Fəxri Xiyabanda peyda olub və orda onu gözləyən (?!) jurnalistlərə açıqlama verib. Akademik deyib ki, bir neçə gündür barəsində yazılanların heç bir əsası yoxdur, o hələ 1969-cu ildən, yəni 19 yaşından Heydər Əliyevçidir və Prezident İlham Əliyev onu vəzifədən çıxarmaqla düz edib.

V.Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

- 2018-11-22 15:50:34

Anqela Merkelle gelen jurnalist sual verdiyinə görə düsmənimiz elan edildi. Avropalılar uzunqulaq deyillər. Azərbaycandakı sərhədsiz talancılıq siyasətini görürlər. Yetər.

MEHERREM MEMMEDOV MUELLIM 2018-11-22 15:50:34

AYIB OISUN SIZIN MUELLIM WEREFINIZE ORTA UMUMTEHSIL MEKTEBINDNE EZAB EZIYYETLE TEHSIL ALIB ,YUKSEK BALLA BU KIMI ADLI SANLI UNIVERISITETLERE QEBUL OLAN WAGIDLERIMIZIN TALEYI GORIN KIMLERE TAPWIRILIB .XEYIRIYYECI Z. A. TAGIYEV DEYIB KI, PUL QAZANANDA CALIW KI, OPULU WEREF ILE QAZANASAN.SABAH PULUN ELINDEN GEDENDE WEREFIN QALSIN .

Alı 2018-11-22 15:50:34

Davamı; Çünki özlərini SİZDƏN QÜDRƏTLİ bilir amma LAZIM gələndə həm xalqa həm Sizə göstərə biləcək durumda olduqlarına əmindilər.NOOLDU? Ə.İnsanov,R.Quliyev,Z.Məmmədov(Amma bu hələ çomagı yerə qoymayıb biləsiz)E.Mahmudov,F,Məmmədov və s.vurdunuz nə baş verdi? Hamı Sizdən razılıq etdi.Reytinqiniz son dövrlər xeyli artdı. OlUN KRAL,Özünüzün də xalqın da canını qurtarın bu rəzalətdən.Dünyada demokratiya İFLAS EDİR. İMZA özünü və ailəsinin həyatını məhv etdiyiniz YAP-ı yaradanlardan biri.

Alı 2018-11-22 15:50:34

DAVAMI; Əksinə bu nların bu əməlləri Sizin təbligatınıza xidmət edəcək.Narazıların dalınca düşməkdənsə (onlar hakimiyyət üçün heç cür təhlükə deyil) məqam düşmüşkən yaxanızı bunlardan QURTARIN.Narazılıgın 60-70 faizini belə ləgv edin.Xalqın nifrətini qazanan KÖHNƏ MƏMUR ORDUSU milli məclisin pas atmışları və boşbogaz yaltaqlardır.Xalq Sizin qazandıgınıza deyil bunların harınlıgına,saymamazlıgına hiddətlidir.Siz Prezident mənə deyərsinizmi "Rüşvət versən işə girərdin"?YOX.AMMA BUNLAR DEYİR.Çünki

Alı 2018-11-22 15:50:34

Cənab Prezidentə müraciət edirəm;Tam Qanunsuzluqla bu qədər sərvət yıgılmasına və cəzasızlıq mühitini dövlətin atalarına borcu kimi qəbul edən yüzlərlə, bəlkə də minlərlə harınlar var və Prezident olmaga layiq olduqlarını düşünür, adi günlərdə həttda bunu Sizinlə yanaşı addımlayanda belə hiss etdirməyə çalışırlar.İnanmırsızsa naxələflərlə olan kasetləri dala fırlayın.Belələrinin əməllərinin üzə çıxmasından görürsünüz ki, qorxmaga dəyməz.Əksinə

bakuvi 2018-11-22 15:50:34

abelə quvvat verən onun hesablama paalatasında işləyən qardaşıdır. məhz hesablama palatası vasitəsi ilə bütün Azərbaycan haqda komramat yığılır, sonra da istifadə edilir. Abel bir zamanlar məhz hesablama palatasının xin-dəki yoxlamalarına əsasən məmmədyarovu şantaj edərək, oğlunu ispaniyaya səfir təyin etdirmişdi... xalafov isə bu məsələdə arbitr rolunu oynayaraq, məmmədyarovu razı olmağa inandırmışdı...

Elşad 2018-11-22 15:50:34

Bu qədər acgözlük bu adamda görəsən hardan yaranıb. Bədbəxt! ....Dəhsətli dərəcədə iyrənc görüntüdür.

Togrul 2018-11-22 15:50:34

çox şişirtdinize bu meseleni düz sehv ne qeldi yazılar. Bu mövzu artıq aktual deil.

roma 2018-11-22 15:50:34

Bəs görəsən ermənistanda Abelin nəyi vardı..yəqin ki,heç nəyi.Amma qısa bir zamanda (10-15 ildə) görün nə qədər mülk obyekt sahibi olub...

Realist 2018-11-22 15:50:34

Gəlin boynumuza alaq ki, bəzileri hələ tayfa təfəkküründən irəli getməyib. Bunun nəticəsidir ki, inkişaf etmiş ölkələrin vətəndaşları seçkini saxtalaşdırmağı, başqasının zəhmətini mənimsəməyi (o cümlədən başqasının elmi işinə həmmüəllif olmağı), yaltaqlığı və s. şərəf və ləyaqətlərinə sığışdırmırlar. Yüksək insani keyfiyyətlərə, vicdana malik olmayanlar adlarını lap akademik də qoysalar acgöz nəfslərini ram edə bilmir, fürsət düşən kimi xalqı soyub talayırlar, heç uf da demirlər.

Ali 2018-11-22 15:50:34

Hörmətli Fərəh xanım! Hörmətli nazir! Təcili şəkildə vəzifəli, imkanlı şəxslərin perstij xatirinə, ali məktəbdə dərs aparmadan LİPA prgfessor, dosent, kafedra müdiri və s. vəzifəsini daşımalarını qadağan edin!!!! Belə bir saxtakarlığa imkan verən trektorları isə cəzalandırın! Hörmətli köşəçilər!! Lütfəön bu mövzuda sanballı bir məqalə yazın!!!

Sus 2018-11-22 15:50:34

.....Nə vaxta qədər 10 milyonun taleyini bir-iki Fatmanisə həlledəcəkdir?

rashad 2018-11-22 15:50:34

Abel Meherremov Fəxri Xiyabanda olmalidir da. Təyyarədə Cənab prezidenti BDU nin tələbələri ilə həddələyib Sən bir adamda cürətə bax eee.Hamsı günahını Anti korrupsiya da görürəm bir sualversinlər müsəlman dialoqa gedənin Təyyarədə 2 ton çaxır aparması nə dərəcədə düzgündür .o mülkləri hansı pulla alıb maaşla Tağı Əhmədov 44 il yığmışdı bu yəqin 444 il yığıb .Hüquq fakultəsində zaçotu 70AZn yazırlar bunu da deyində .Niyə demirlər bunun hesabına yığıbda

Ali 2018-11-22 15:50:34

Ay müxbir qardaşlar, biriniz də A. M.-in öz yerini isti etmək, özünə borclu çıxarmaq üçün 100-dən çox yüksək vəzifəli məmuru, çox sayda deputatı BDU-da kafedra müdiri, professor, dosent düzəltməsi barədə ətraflı yazın. Tam siyahını verməklə. Onlardan çoxu nə pedaqoji. nə də elmi iş yerinə yetirir. Onların dərslərini kafedranıların cəfakeş əməkdaşları aparır, Yalançı bişərəf professor və dosentlər isə acgölüklərindən BDU-dan aldıqları maaşı onları əvəz edən müəllimlərə vermirlər. Burnunuzdan gəlsin!!!

ARİF 2018-11-22 15:50:34

Bəh-bəh ada bir bax Mona Liza.

ABDULQADIR 2018-11-22 15:50:34

Hech yaxshi ish görmediler,emelli bashli ayib etdiler.2019-cu ilde adamin ,,chi,,olmaginin 50 illik yubileyini kechirtmeye imkan vermediler.

Analitik 2018-11-22 15:50:34

ILLerdi olkemizi sumurub xarice pullar, bahali eşyalar daşiyanlarin ucbatindan adi maaşlar 10 gune gucle yetir.. Imkansiz çorek ve yol pulunu heç çatdira bilmir! bir çox bezi doymaq bilmeyen "sumurgenler"in muqayisesinde Abelin heç olmazsa teşkilatçiligi ve insaf terefleri de az olmayib.. Keçen iL (PA-da profkom işleyen) qardaşi vefat eleyib, amma yazirlar ki, hele de işleyir.. Şişirtmelerin de bir heddi var, BDU-da 20-ye qeder bufet ne gezir axi, ora şeher ya vilayetdi beyem.. ))

Mamed 2018-11-22 15:50:34

AP-ın öndə gedənləri belədir də!

Moshu 2018-11-22 15:50:34

BDU-da tələbələrimizin savadsız olmalarında bəlkə sabiq rektorun az rolu olub. Bu mülklər bu savadsız tələbələrin, başqa təhsil müəssisələrindən BDU-ya köçürmələrin hesabına deyil? Erməni və başqa düşmən dövlətlər vura bilmədiyi zərbəni Abel müəllim vurdu desək yanılmarıq. Bu gün sabiq rektorun adı gündəmdədir deyə onunla bağlı şərh yazırıq. İnanın ki, başqa ali təhsil müəssisələrində vəziyyət bəlkə bundan da faciəlidir? Rüşvət veririk ki, “sən allah bu tələbəyə toxunma”. Bəlkə belə deyil? Övladlarımıza pulla diplom alıb sırıyırıq bu yazıq millətin canına. Maraqlıdır ki, vəzifəyə də belələrini təyin edirlər. Savadlı mütəxəssislər isə kənarda qalırlar. Savadsız vəzifə sahiblərindən daha nələr gözləməliyik? Elə bil ki, hamımız kar, kor, qanmaz olmuşuq. Bu məmləkət başdan ayağa yaltaqlıq,məddahlıq, satqınlıq, girənlik azarına tutulub, bu azarın da xərçəng kimi müalicəsi yoxdur. Nə vaxtsa müalicəsi tapılsa onda hər şey düzələr. Belə baxırsan bu məmləkətdə bir nəfər normal adam tapmazsan. Təhlil aparsan məlum olar ki, hamımız çirkaba bulaşmışıq. Avropanı demirəm, heç olmasa Asiya ölkələrində olduğu kimi korrupsiyaya qarşı mübarizə orqanı Baş Prokurorluğa deyil, Prezidentə və ya Baş nazirə tabe olsa və bu orqanın əməkdaşları saf hüquqşünaslardan komplektləşərsə, bəlkə də vəziyyət düzələr və belə şərhlərə ehtiyac qalmaz. P.S. "Azpolitika" bu şərhi verməsə heç təəcüblənmərəm də

Moshu 2018-11-22 15:50:34

Nə qədər çalışırsan yazılara şərh yazmayasan, yenə mümkün olmur. Bizim məmləkətimizdə jurnalistlərlə hüquq mühafizə orqanları məlum olmayan eyni məqsədə xidmət edirlər. Vəzifədə olanda bilmirdilərmi Abelin nəyi var, nəyi yox? Belə çıxır ki, onun rektor olması ona çətir rolunu oynayırdı. Belə anlaşılır ki, bütün bu mülklər onun vəzifədən kənarlaşdırılmasından sonra peyda oldu. Bəlkə Abel Məhərrəmovu işlədiyi dövrdə reklam edən bu saytlar deyildi? Bəlkə BDU-nun keçmişdə məzunları olan bu günkü hüquq mühafizə orqanları işçilərinin böyük əksəriyyəti onun qulluğunda durmağı özlərinə şərəf bilən bu cənablar deyildimi? Yəni heç kim bilmirdi Abel Məhərrəmovun qohumları hansı titulun daşıyıcısıdırlar? Oğlunun daşımalı olduğu missiyanı alverlə səhv saldığını XİN görmürdü? Sonra da özümüzü öldürürük ki, niyə ermənilər təbliğat,təşviqat sahəsində bizi üstələyirlər?

Vahid 2018-11-22 15:50:34

ewi ne isteyirsiz bu yetimnen vur tut 5-6villasi birde Monolizasi var de kiwi zehmetle qazanib bunlarin hamisini eziyyet cekib

məmmədqulu 2018-11-22 15:50:34

Qəbir üstə gedib gül qoymaqla isəyirsən ki, Şefin ürəyi yumşalsın?? Əsla! Şefin yanındakılar sənin hərəkətlərinə (acgözlüyünə) görə torbanı yavaş-yavaş hörürdülər! P.S. Qorxma hamısını almayacaqlar, ən azı oğurladıqlarının 30 % saxlayacaqlar.

EJDER 2018-11-22 15:50:34

LONDONDA NE VAR,NE YOX.YAXWI LENKERAN XIYARMIZ VAR,TEWKIL EDEK...

London 2018-11-22 15:50:34

Indiye qeder kor idik?hardaydiq 1 den cox villa tikdirende.Alaqeder teshqilatlar hara baxirdi?Niye bu mesaleler bu hala catdiqdan sonra netice cixarilir.Niye vaxdinda qarshisi alinmir?yaritmazlar!!!

azər 2018-11-22 15:50:34

hamısı əndərabadi hindistan adları..amma ən spəri SPA-dır..çox qəşəng səslənir..

ayzek 2018-11-22 15:50:34

sən H.Əliyevçi olsaydın vurulmazdın.Sən çox güman ki ....çısan!Sadəcə qorxundan deyirsən ki Prezident düz eləyib səni çıxarıb.Prezidentə qarşı quş buraxanları F.Əliyevin aqibəti gözləyir,ay acgöz Akadəmək!

Sedaqet 2018-11-22 15:50:34

Pahoooo!!!! 19 ildən sonta ayildiq? Milletimizi özümüz key monqol kimi ifşa edirik belə yazılarla!!! Yazardizda indi yazanlar bir ay öncə bu cür məlumatları. Qorxudan hələ bu günə qədər bir mənfi söz yaza bilməmişdiz indi isə döşüyürsüz, özümüzü biyabr etməyək!!! Erməniyə və digər düşmanlarımıza özümüzü güldürməyin!!! Bir güclü və güdrətli dövlətin elm təhsilin ən öndə gedən alimi, illərlə tərif edilən şəxsin arxasinca 19 ildən sonra yazmaq bu Abele qarşı deyil AZERBAYCANa qarşı çıxmaqdı!!!

Turkoglu 2018-11-22 15:50:34

Halaldi Yusif Hummetova.Yaxshi kirimishce aradan cixdi və yiğdiqlarini da saxladi.İndi xirda-xirda sərmayə kimi qoyur ve Bakini qayni vasitesile seve-seve tikir.Yani tikinti ishleri aparir.Abel m.ise nese duz etmedi.Amma telashlanmaga deymez.İcma yerindedir.Sprut.Osminoq meselesi.Abel muellim yerli qedri bilen adamdir.Bir defe emim ogluna gore agiz acdim.iwe goturmekle bagli.Dedi vakansiya yoxdur.Amma dedim ki,Dereleyezdenem.Sorgu-sual etdi,emin olan kimi,emrin verdi,emioglu indi de iwleyir.

Oxucu 2018-11-22 15:50:34

Adam lap dəhşətə gəlir.Niyə axı belə olur.Bu yüksək çinli məmurlar elə bil bir-biriləri ilə bəhsə giriblər.Kim daha çox villa tikəcək,kim daha çox mənzil əldə edəcək,kim daha çox qazanacaq və s.Fikir verirsinizsə,demək olar ki bu tip məmurlar hamısı 90-cı illərdə vəzifəyə gələnlərdi. Dünya şöhrətli alim Rezerfordun Nobel mükafatı alan tələbələrinin sayı 12-dən çoxdur.Bu adamcıqlar da özlərini alim hesab edirlər.

turksoy 2018-11-22 15:50:34

maraqlidir hansi memurun milyonlari yoxdur ki? ... yuz milyonlari kecib.Meselen men birini taniyirdim fuad suleymanov yuz partiya deyisdi.AMIP den sonra eli eliyevin qucaginda oturub yap-in coreyini yryior/bu adamin siqaret pulu yox idi indi idare reisi celilabadda mulkleri.nabran,quba,samaxi ve baki milyonluq mulkleri.buyurun

Mamed 2018-11-22 15:50:34

Abel yaxsi kisi olub

Pisi 2018-11-22 15:50:34

Mentiqnen burdan cellek aparib orda suselere doldurub tezeden bura getirib satisa cixarmaq menasiz ve agilsizliqdi onnansa etiket yaxud suseleri bura getirib burda doldurub satmaq daha meqsedeuygun olar.abel caxira gore vurulmuyub sadece ispaniyada hakimiyyete qarsi qus buraxibki minlerle telebeni ziyalini qaldiraram ustunuze onuda seyx qayidan kimi catdirib ve abel vurulub vessalam

Analitik 2018-11-22 15:50:34

OQTQY kişi kimi (esasli şekilde) dedi de.. Olke neçe iLLerdi bezi bir çox (gozudoymaz, qalinlaşmiş) yuksek selahiyyetli memurlar "qruppasi"nin ehatesindedi.. Kenardan çox şeyler (xususile de, kimse vurulandan sonra) şiddetli goruner.. Bu, hemin onlarin yaninda kimdi ki?! Day başqa ne deyesen..

R-n 2018-11-22 15:50:34

.....Gardashlari,kurekenleri,gohumlari nece soyurlar olkeni.Gorun bashgalari ne edib,neler yigib,olkeni nece talayirlar....hamisi elbirdirler...

OQTQY-ya 2018-11-22 15:50:34

Qardaş guya sən şir ürəyi yemisən, bu ölkədə yaşamırsan. Blogger Mehman Hüseynov da olqarxlarlar vəzifədə olanda villalarını çəkib göstərirdi. Axırı nə oldu? İndi hardadır, barmaqlıqlar arasında. Kiminsə yadına düşür? Yoxsa ona bir babat peradaçça aparan var? ALLAH qapısını açsın. AMİN...

Abit 2018-11-22 15:50:34

İnanmıram yalan olar temiz adamdı

Cavid 2018-11-22 15:50:34

Maşallah! İnsan nə qədər ac göz olar? Bunları o Ermənistandan gətirmişdi? Bəs nəzarət edici orqanların bundan xəbəri olmayıb? Yosa bunlar nəzarətdən uzaqdırlar? Xüsusu hüquqlar verilib?

Vetendash 2018-11-22 15:50:34

Hele bu nedi.....! Korlovaride otel. Praqada otel, Antalyada otel. Metbuatda kaktus restoranin yaninda herbicilerinbinasinda ev. Nabranda ElFaro isturahet merkezi. Hele kohne sevilin kruqunda yan yana navastroykalar tikilib adi var muellimler ucun tikdirib.

İlqar Rusiyalı 2018-11-22 15:50:34

Talançı məmurların korrupsioner, rüşvətxor və soyğunçu nümayəndələrinin milltimdən və dövlətimdən taladıqları milyonlar hesabına əldə etdikləri əmlaklara baxın. Bu məmurlar və deputalar da talançıdırlar....

OQTQY 2018-11-22 15:50:34

elə oğulsunuz sa indi vəzifədə olanların da vəziyyətini araşdır .Nazirlərin,deputat qoyulanların və başqalarının. İndi Abeldən mən də nə desən yaza bilərəm.Azpolitika hünərli oğulsan ver bunu yoxsa yıxılandan sonra qarğa quzğun kimi düşmüsünüz bu oğrunun üstünə bəyəm məmurların çoxu oğru deyil.?

GENERAL 2018-11-22 15:50:34

GANCA SAHARINDA H.ALIYEV PRASPEKTINDA GULLALAN GANCANIN ,,.. ICRA BASCISI ELMAR TARAFINDAN OVLADLARIN BAKI DOVLAT UNIVERISETINA SAVADLARI OLMADIQLARI HALDA QABUL ETDIRDIYI UCUN TORPAQ SAHASI PULSUZ VERILMIS DAYARI UC MILYON OLAN HAZIRDA ICARAYA VERILMIS ABYEKT.UNIVERISTETDA YIGILAN KARRUPSIYA YOLU ILA QAZANILMIS PULA TIKILMISDIR.

AAgahuseyn 2018-11-22 15:50:34

.....13-cu zonda yer hazırlayarlar.saqlıqınq qismət.

pensioner 2018-11-22 15:50:34

Alim adamdır,akademikdir.Nobel mükafatı alıb,paxıllıqdan bunu gizlədiblər.

G.M 2018-11-22 15:50:34

Neçə ilin Akademiyidir. zahidin,siyavuşun olanda olar..Abelin niyə də olmasın.O BİRİ DEPUTAT NAZİRLƏR də İÇİB KEFLƏNSƏYDİLƏR..XALQ BİR DƏFƏLİK BİLƏRDİ Kİ,ONUN OĞURLANMIŞ ƏMLAKINI KİM HARDA ``GİZLƏDİB``

AAgahuseyn 2018-11-22 15:50:34

Qaytar oqurladıqın var dövləti.İndi sənə və oqluna QARADAQDA 13-cu zonda yer hazırlayarlar.saqlıqınq qismət.

vlad 2018-11-22 15:50:34

gorursunuzmu her sheyi boynuna alir ... 19 yashindan bashlayaraq .....

Son yazılar