48 milyonluq əməliyyatın daha bir qurbanı məlum oldu

Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun da adı bu qalmaqallı işdə hallandı

Bu yaxınlarda mətbuatda Azərbaycan Dövlət Dəmiryolları İdarəsinin rəisi Arif Əsgərovun oğlu və yaxın qohumlarının bir qrup sahibkara toplam 48 milyon manat atdığı barədə məlumat getmişdi. Məlum olmuşdu ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin əməkdaşları Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovu həbs edib.

Iri maliyyə fırıldağında əli olan Rahib Hüseynov Azərbaycan Dövlət Dəmir Yolları ASC-nin sədri Arif Əsgərovun yaxın qohumudur. O da məlum olmuşdu ki, Arif Əsgərovun və Rahib Hüseynovun qurduğu iri maliyyə fırıldağında bilavasitə Arif Əsgərovun oğlu Elnar Əsgərov da iştirak edib. 28 yaşlı sahibkar Elnar Əsgərov dəmiryolları şəbəkəsinin təchizatını inhisar altına alıb və məlumata görə, o, atasının idarəsinin təchizatını həyata keçirən iri şirkətin rəhbəridir. Təbii, bu iri bir korrupsiya şəbəkəsidir.

Bu korrupsiya şəbəkəsinə isə təkcə Əsgərovlar sülaləsi daxil deyilmiş. Bu şəbəkədə Tovuz rayon icra hakimiyyətinin də dəxli varmış. Belə ki, İcra başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun da adı bu qalmaqallı işdə hallandı.

Əməliyyatın gedişində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov nə az, nə azacıq, düz 5 milyon manat ziyan çəkib. Onun oğlu Qoşqar Zeynalov 2012-ci ildə dövlət büdcəsindən həmin rayona ayrılmış 11 milyon manatın 5 milyon manatını “Texnikabank”-ın “Tovuz” filialı vasitəsi ilə nağdlaşdırılaraq hesabdan çıxarıb və hazırda həbsdə olan Rahib Hüseynova faizə verib. O da maraqlıdır ki, Respublika Yol Polisində texniki baxış şöbəsinin müdiri olan Qoşqar Zeynalov Elnar Əsgərovun bacanağıdır. 5 milyon manatın bankdan çıxarılmasında birbaşa iştirak edən “Texnikabank”-ın Tovuz filialının müdiri Elnur Süleymanov da Qoşqar Zeynalovun qaynının qardaşıdır.

Əlbəttə, bu detal istintaqın və ya ictimaiyyətin gözündən yayına bilər. Çünki Tofiq Zeynalov necə deyərlər, ,,odda yanmaz, suda batmaz,, adamdır. Hələ 90-cı illərin əvvəllərində Mütəllibova dəstək məzsədilə yaradılan ,,Qardaşlıq,, Cəmiyyətinin fəallarından olan, Mütəllibovlar ailəsi ilə yaxın münasibətləri olan Tofiq Zeynalov özünün bioqrafiyasında bəzi ,,xırda,, düzəlişlər etməyə imkan tapıb. İndi hər yerdə özünü Tovzda YAP-ın qurucusu kimi təqdim edir və hamını da buna inandırıb. Görünür, bu arxayınçılıq da ona imkan verib ki, büdcə vəsaitini şəxsi əmlakı kimi dövriyyəyə buraxır, faizlə hansısa banklara qoyur. (T. Zeynalovun ,,Qardaşlıq,, münasibətləri ilə bağlı daha ilginc məlumatları isə özü təsdiq edər).

Amma bu 48 milyonluq əməliyyatla bağlı daha ilginc məqamlar var. Məsələ ondan ibarət deyil ki, Azərbaycan korrupsionerləri 48 rəqəmini sevirlər. Məsələn, hələ 1995 ci ildə Səbayel bankından 48 milyon dollar oöurlamışdılar. Bu yaxınlarda offşor zonalarına 48 milyard dollar Azərbaycan mənşəli pulun çıxarıldığı bəlli oldu... Məsələ ondan ibarətdir ki, 48 milyonluq bu korrupsiya əməliyyatının arxasında adı hələlik hallanmayan bir qadın dayanır. O nun kimliyi ilə bağlı ictimaiyyətə məlumat verilmir və israrla gizlədilir. Mafiya öz qaydaları ilə davam edir... (azadliq.info)

Qeyd edək ki, "AzPolitika.info"-ya verilən məlumatda mənimsənilən pulun 70 milyondan artıq olduğu, külli miqdarda pul itirən bəzi vəzifəli şəxslərin adlarının mətbuatda cəkilməməsi üçün susduğunu bildirmişdi.

Şəkil: (kürk geyinen Ayaz Mütəllibovun atası, sağındakı Tofq Zeynalov)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar