“ARİF ƏSGƏROVUN EVİNDƏN MİLYONLARI DƏRİ KİSƏDƏ DAŞIYIRDIQ" - Cinayət dosyesi (Yenilənib)

"Dəmir yolunun təchizatı üçün ucuz qiymətə mallar alınıb və baha qiymətə dövlətə satılıb".

Sabiq nazir müavininin bacanağı: “Onun evindən 21 milyon manat pul aparıb istintaqa vermişəm...”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi - Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir. Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib. Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını (https://www.youtube.com/watch?v=KmkYshd75CQ&feature=youtu.be) təqdim edib. Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. 10 gündür ki, Rahib Hüseynovun harada olduğu bilinmir. Onun anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub. Rahib Hüseynovun atası İsmayıl Hüseynov da deyir ki, övladları böyük haqsızlığın qurbanıdır.

(əvvəli yazının aşağısında) 

Sitat: “2013-cü ildən bu yana bu məsələ araşdırılır. O vaxt böyük oğlum Rahibi 11 ay saxladılar, ətraflı, hərtərəfli araşdırma apardılar. İşə xitam verdilər. Həmin günlərdə Arif Əsgərovun yoldaşı məni yanına çağırdı, dedi ki, bacım, qardaşım, qardaşım oğluna evləri, bağları mənim pulumla alıblar. Onların evlərinin kupçalarını verdi, dedi ki, get notariusdan ”qeneralnıy doveronnost" al, sat, borcları ödə. Bu gün isə deyirlər ki, belə bir məsələ olmayıb. Olmayıbsa, “kupça”, “doveronnost” necə məndədir?"

İsmayıl Hüseynov deyir ki, dəmiryolunun təchizatı üçün müxtəlif adamlardan pullar alınıb. Həmin pullarla dəmir yolunun təchizatı üçün ucuz qiymətə mallar alınıb və baha qiymətə dövlətə satılıb. Əldə olunan gəlirdən isə pul sahiblərinə faizlər verilib: “Elnar Əsgərov, onun anası və mənim oğlum da bu işin içində idi. 10 min manatlıq malı dəmir yoluna 15 min manata satırdılar. Sonra həmin 5 min manatdan faizlər verilirdi, pullar bölünürdü. 2015-ci ildən sonra problemlər ciddiləşdi. Arif Əsgərovu dəmir yol idarəsinin rəisi vəzifəsindən, nəqliyyat nazirinin müavini vəzifəsindən çıxardılar. Bundan sonra borclulara da pul vermək dayandı. Bizim də qara günlərimiz başladı. Adamlar gəlib deyirdilər ki, pulu ver, bizə dəxli yoxdur sən kimə aparıb veribsən. Oğlum pulları Elnar Əsgərova verirdi. 3 il faizlərin pulunu veriblər. Evimdə həmin qeydiyyat kitabları bu gün də var.

Mən Arif Əsgərovun evindən istintaqa 21 milyon manat pul aparıb vermişəm, orada ziyançəkənlərə ödəyiblər. Deyirdilər ki, aparın borc sahiblərinin pulunu verin. İş üzrə 18 nəfər zərərçəkən vardı. Mənim oğlum onun oğlu ilə birgə işləyiblər.  İstintaqda müstəntiqin iştirakı ilə zərərçəkmişlərə pullar ödənildi. 1 metrlik qara dəri  çanta vardı, içinə 2-3 milyon yığırdılar, yoldaşımla mənim həmin çantaya gücümüz çatmırdı. Sürüyüb aparırdıq. İndi isə Arif Əsgərovun oğlu Elnar Əsgərov deyir ki, sənin uşaqların mənim adımdan istifadə edib pul götürüblər. Bütün Tovuz rayonu bilir ki, mən halalla dolanan adamam. Atam da belə olub. 

Məndə 21 milyon manat haradan ola bilərdi? Mənim cəmi nəslimdə o qədər pul olmayıb. Mənin 8 min 600 qoyunum, 500 iribuynuzlu malım olub. Ulu öndər o vaxt sərgidə mənim fermamın məhsullarını görmüşdü, ondan sonra mənə kredit verildi. ”Azərbaycan Dəmir Yol" bankı vasitəsi ilə mənə 100 min manat kredit verdirdi, işimi böyütdüm. Yəni məndə milyonla pul olmayıb. Mənim övladlarımı tutdurmaq üçün 2 nəfərin pulunu qəsdən ödəmədilər. Biri Qoşqar Zeynalov idi, bir də iş adamı Emin Kərim oğlu Məmmədovdur. Onu balaca oğlumda saxlayıb ödəmədilər, bunu da böyük oğlumun işində saxlayıb pulu ödəmədilər.

Bu gün 3 milyon yarım pulu ödəməyiblər. Həmin pulu ona görə ödəmədilər ki, oğlanlarım həbs olunsun. Həmin pulları ödədikləri günlərdə məni çağırırdılar, deyirdilər ki, səs-küy salma, pullar ödənəcək. Həmin vaxt bu məsələ qalxanda Emini Astanaya, Rahibi isə Türkiyəyə göndərdilər. Rahibi Türkiyədə, İstanbulda meşənin içində bir ev tutub orada saxladılar. Rahib Türkiyədə olandan mənə xəbər gəldi ki, oğlunu orada öldürəcəklər. Orada oğlumun yanına adamlar qoymuşdular. Həmin adamlardan biri “Viano” markalı maşın sürürdü. Onu tanıyırdım. Çünki Arif Əsgərovun ortancıl oğlunun toyunda görmüşdüm. Oğlumu ora aparmışdılar ki, başını əskinlər".

d01cb8c5-297b-44f4-93b0-415b202df272.jpg (103 KB)

İ.Hüseynov deyir ki, sonradan oğlunu Azərbaycana qaytarıb həbs etdiriblər: “Oğlumu ”Qırmızı Körpü"də saxladılar. Məlum oldu ki, Elnar Əsgərovun sürücüsü Əliyə şikayət yazdırıblar. Guya oğlum ondan 50 min manat pul alıb və qaytarmayıb. Elnar Əsgərovun sürücüsü niyə oğluma pul verməli idi? Mirqafar Seyidov dedi ki, mən bu işi ədalətlə aparacağam. Elə də etdi. Arif Əsgərovu Daxili İşlər Nazirliyinə çağırdılar. Dedilər ki, bir adama 1000 manat pul verəndə sənədə qol çəkdirirlər. 5-10 milyon manat oyuncaqdır kı, vermisiz? Arif Əsgərov demişdi ki, aydındır. Ondan sonra ödəmə başladı. Müstəntiqin yanına pulları aparırdıq. Seyf pulla dolurdu. Şikayətçiləri çağırırdılar, pulu ödəyirdilər. Şikayətçi, müstəntiq, yoldaşım və mən protokolu imzalayırdıq. Bu gün Elnar Əsgərov deyir ki, guya pullar bizim olub, aparıb ödəmişik. Bu qədər vicdansızlıq olmaz. Bütün Tovuz rayonu bilir ki, mənim gücüm 3-5 min manata çatar. Milyon məndə haradandır ki, aparıb borc verim".

e39e045b-18ce-49e2-ade4-bd3df8714fac.jpg (139 KB)

İsmayıl Hüseynov oğlunun həbsdə öldürüləcəyini deyir: “Rahib Hüseynova deyib ki, sənə bayırda toxuna bilmirik, içəridə başına oyun açacağıq. Rahib mənə deyib ki, içəridə məni öldürəcəklər. Arif Əsgərovun bu işlərin 70-80 faizindən xəbəri yoxdur. Bu işlərin başında onun oğlu dayanır. Yoldaşı dayanır. Onun oğlu Elnar İngiltərədə oxuyanda nə oyunlar açıbsa, bu gün də həmin oyunların başqa formasını davam edir. O vaxt ərəbi özünün yerinə imtahana salmışdı. 2 milyon pul verib qurtardılar. O vaxt 2 milyonu ödəyəndə Arif Əsgərovun xəbəri yox idi. Ərəbə də pul verib yola saldılar. Bu gün Qoşqarın pulunu qəsdən vermirlər. Ona 1 milyon 800 min manat borcları var. 5 milyona qədər pul almışdılar ondan. Qalanını qaytarıblar. Elnar Əsgərov Ziya Məmmədovun oğlu Anar Məmmədovla iş görürdülər. Tikinti də edirdlər, atalarından pul alırdılar. Dəmir yolunun təchizatı işi ilə məşğul olurdular. Oğlum da qeydiyyat aparıb. Kitablar da evdədir. Mən danmıram ki, onların işlərindən pul verirdilər. Bu gün Elnar deyir ki, xalam da, xalamın yoldaşı da dələduzdurlar. Elnar dələduzluğa İngiltərədə başlayıb. Bu gün də davam edir”.

İ.Hüseynov deyir ki, övladlarına qarşı ittihamlarla razı deyillər, iş üzrə yenidən istintaq aparılmasını, bu işlərin başında dayanan şəxsin istintaqa cəlb olunmasını tələb edirlər.

***

"HƏR DƏFƏ ARİF MÜƏLLİM 2-3 MİLYON VERİRDİ..." - Sabiq rəisin baldızından növbəti ŞOK açıqlamalar

 “Zakir Zeynalovun arvadı səs-küy salandan sonra Arif müəllim qorxuya düşüb, pulları qaytarmağa başladı”...

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun oğlu Elnar Əsgərov xalası Lətifə Hüseynovadan polisə şikayət edib. Bu və başlarına gələn digər hadisələr haqda Hüseynovlar ailəsi - Lətifə və İsmayıl Hüseynovlar “Yeni Müsavat”a danışıblar.

Vaxtilə böyük maddi imkanları olan İsmayıl Hüseynov hazırda müflis durumdadır. Bakıdakı evləri, mal-mülkləri əllərindən çıxıb. Bir oğlu Emin Hüseynov 9 il həbs cəzasına məhkum edilib. 6 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. Digər oğlu Rahib Hüseynov isə noyabrın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinə getmək üçün evdən çıxıb və bu günə qədər harada olduğu bilinmir.

Rahib Hüseynov Arif Əsgərov Dəmiryol İdarəsinin rəisi olduğu dövrdə orada marketinq və satış idarəsinin müdiri işləyib. İndi isə müxtəlif adamlardan biznes qurmaq adıyla milyonlarla pul alıb aldatmaqda suçlanır. İttihama görə, R.Hüseynov pulunu aldığı zərərçəkmişlərə “Azərbaycan Dəmir Yolları” QSC üçün xaricdən yataq dəstləri gətiriləcəyini, qazancın 20 faizinin onlara veriləcəyini vəd edib.

Məhkəmədə Rahib Hüseynov zərərçəkmişlərdən alınan pulları xalası oğlu Elnara verdiyini deyib. Əlindəki qeydiyyat kitablarını, səs yazılarını təqdim edib.

Bununla belə Elnar Əsgərov məhkəmədə şahid, o isə təqsirləndirilən şəxsdir. Artıq dövlət ittihamçısı Rahib Hüseynovun 10 il azadlıqdan məhrum edilməsi ilə bağlı çıxış da edib. 1 həftədir ki, Rahib Hüseynovun harada olduğu bilinmir. Onun anası Lətifə Hüseynova oğlunu bacısı Xatından, onun həyat yoldaşı Arif Əsgərovdan, onların oğlu Elnar Əsgərovdan xəbər almaq istəyib. Binəqədidə yan-yana inşa olunan Əsgərovlara məxsus villaların qapılarına gedib. Onu qəbul etməyiblər, üstəlik, polisə də barəsində şikayət olunub.

(əvvəli burada)

“Arif(Əsgərov) müəllim dedi ki, yığışaq, kimin nəyi var sataq, borcları qaytaraq”

Lətifə Hüseynova deyir ki, Arif Əsgərov vəzifədən çıxarıldıqdan sonra problemləri yaranıb. Elnar Əsgərovun pullarını aldığı şəxslər onları narahat etməyə başlayıblar, pulları geri tələb ediblər. Həmin günlərdə Əsgərovlar ailəsinin təkidi ilə onun oğlu Rahib Hüseynov Türkiyəyə göndərilib, orada ailəsi ilə birgə 2 nəfərin nəzarəti altında saxlanıb. Daim Elnar Əsgərov Rahiblə telefonla danışıb.

“İyul ayında (2015-ci il) bacım Xatın oğlum Rahibə dedi ki, a bala, çıx get Türkiyəyə. Söhbət onun bağında oldu. Arif Əsgərov o söhbətdə iştirak eləmədi. Qudam, yeznəm iştirak etdilər, qardaşım, yoldaşım, mən, Rahib, Elnar, ortancıl oğlu Urfan da orada idi. Bacım dedi ki, Rahibin orada obyektləri var, gedib satıb qayıtsın. Biz də qaça-qaça kənddən gəlmişdik. Rahib 3-4 gün Türkiyəyə getmirdi. Ona dedim ki, axı sənə xalan tapşırdı ki, tez get, sən də təsdiq elədin. Rahib dedi ki, bəli, təsdiq elədim. Yoldaşı, 2 uşağı və özü üçün bilet aldım, aeroporta getdik.

Yoldaşı, 2 uşağı keçib getdi, Rahib geri qayıtdı. Soruşdum ki, nə olub? Dedi ki, ana, mən Türkiyəyə yalandan gedirəm, xalam o sözləri mənə əvvəldən öyrətmişdi. Demişdi ki, yanındakılara elə deyərsən. Mənim Türkiyədə nə obyektim, nə bir yerim, nə də satılası bir şeyim yoxdur. Elə-belə gedirəm. Onun bu sözlərindən sonra çox narahat oldum. Aeroportdan birbaşa bağa getdim. O gündən bacımın qapısı üzümə bağlıdır. Orada bacıma dedim ki, ay Xatun, sən belə deyirsən, da mənə belə deyir, bu nə məsuşaq ələdir? Qapı o gündən üzümə bağlanıb. Oğlumu iyulun ortalarından avqustun axırına qədər orada saxladılar. Məqsədləri nə idi, bilmirəm. Təhlükəsizliyini qorumaq idi, nə idi, bilmirəm.

Mən də ora getdim. Rahib orada mənə bir siyahı verdi. Dedi ki, Elnarın əli ilə bu adamlardan pul almışam, bu adamlara biz pul borcluyuq, adı bu, verdiyi pul bu, faizi də bu. Həmin siyahını alıb gətirib verdim Arif(Əsgərova) müəllimə. Arif(Əsgərov) müəllim siyahını götürdü ki, camaatın pulunu ödəsin.

Siyahı bu kitabdakı adamların siyahısıydı. Siyahını Rahib mənə verəndə demişdi ki, Elnarın göstərişi ilə bu pulları almışam. Arif(Əsgərov) müəllimə siyahını çatdırdım. Arif(Əsgərov) müəllim dedi ki, yığışaq, kimin nəyi var, sataq, borcları qaytaraq. Bizim də heyvanımız vardı, yataq vardı, nəyimiz vardı satdıq. Verdik ki, camaat sakitləşsin. Bilmirəm o pullar hara gedib, hara xərclənib. Dedilər ki, Elnarın “Azəriqazbank”a güclü borcları olub".

def60255-2fa6-4ae0-bcc3-5dc30c3fe7fd.jpg (295 KB)

“Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər”

Lətifə Hüseynovanın sözlərinə görə gəlini uşaqları ilə birgə Arif Əsgərovun təklifi əsasında Türkiyədən Azərbaycana qaytarılıb. Həmin vaxt gəlini ona deyib ki, oğlunu tək buraxmasın:  “Elnar pulları ora ödəyib. Atası bilməsin deyə, banka ödənişləri gizlin edib. Rahib Türkiyədə olanda Elnar onunla telefonla danışırdı. Onda eşitdim. Rahib Türkiyədə olanda mən onu tək buraxmadım, getdim-gəldim. Sonra Arif müəllim dedi ki, Rahibin arvad-uşağı orada nə işə qalıb, qayıdıb gəlsinlər. 5 gün Bakıda qalanda, 15 gün Türkiyədə onun yanında qalırdım. Axırıncı dəfə gedəndə səhər saat 11 olardı ora çatdım. Elnar Rahibə zəng elədi. Rahib kənara çəkilmək istədi. Onun yanında 2 türk də qalırdı. Birinin adı Səməd, o birinin adı Ercan idi. Həmin adamları Rahibin yanına Elnar qoymuşdu. Onları qoymuşdu Rahib qaçarmı, yoxsa onu gedib öldürərlərmi, bilə-bilmədim. Həmin telefon danışığını mən eşitdim. Elnar bilmirdi ki, mən Rahibin yanındayam. Elnar Rahibə deyirdi ki, gəlirsən Gürcüstana, atam əmimin yanındadır. O vaxtlar Arif müəllimin qardaşı Ayaz müəllim Qaxazın icra hakimi idi. Dedi ki, atam əmimin yanındadır, gəl ora, mənim sözlərimin çoxuna atam inanmır. Sən deyəndə, lap təsdiqlənəcək. Sən gəl ”Krasnı most"dan bəri keçən kimi atamla görüş və geri qayıt".

3_n.jpg (132 KB)

“Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”

Xalası Elnar Əsgərovun onun oğlunu aldadaraq həbsə aldırdığını deyir. Bildirir ki, oğlu Rahib Hüseynov həbs ediləndən sonra 4-5 ay ərzində Arif Əsgərov 21 milyon manat pulu onların vasitəsi ilə zərərçəkənlərə ödəyib və oğlunu azad ediblər: “Rahibə dedim ki, mən də səninlə gedirəm. Elnar razı olmadı, dedi ki, sən tək gəl, anan səninlə gəlməsin. Mən təyyarə ilə Bakıya gəldim. Rahibin əl telefonu, pul kisəsi onu gətirən taksidə qalmışdı. Sonradan bildik ki, Elnar oyun qurub ki, gömrükdən keçəndə Rahibi saxlayacaqlar. Avqustun 28-də mənə polisdən zəng gəldi. Rahib danışdı, dedi ki, məni tutdular, bilmirəm hara aparırlar. Həmin gün bilmədik Rahibi hara aparıblar.

Ismayil Hwseynov Arif Esgerov.jpg (294 KB)

Səhəri bildik ki, Elnar sürücüsünə bir ərizə yazdırıb ki, guya oğlum ondan pul alıb qaytarmayıb. Araşdırma apardılar. Arif müəllim pul verdi, biz də aparıb zərərçəkənlərə verdik. 11 ay ərzində Rahib həbsdə qaldı. Hər dəfə Arif müəllim 2 milyon, 3 milyon verirdi, biz də aparıb verirdik. Onlar da protokol verirdilər. Pulu biz aparıb verirdik deyə, protokolları da bizim adımıza yazıb verirdilər. Biz həmin vaxt başa düşmədik ki, həmin protokolları adımıza nahaq yazdırmışıq. Bu gün Elnar deyir ki, xalamla, xalamın yoldaşı pulları aparıb orada ödəniş etdilər. Guya pullar bizim olub. Bunu quraşdırıb danışır. Mən pulu verdikcə, müstəntiq ziyançəkəni çağırıb pulu təhvil verirdi, protokollaşdırıb bizə verirdi. Biz də həmin protokolları aparıb Arif (Əsgərov) müəllimə verirdik. Arif müəllim o pulları verirdi ki, camaat onun üstünə gəlirdi, oğlunun yığdığı borclar idi”.

4_n.jpg (176 KB)

“Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə”

Lətifə Hüseynova Arif Əsgərovun oğlunun borc aldığı pulları zərərçəkənlərdən birinə əlbəəl qaytarıb: “Adil Zeynalovun anası (mərhum deputat Zakir Zeynalovun həyat yoldaşı-red.) mətbuata çıxandan sonra pullar verilməyə başladı. Onun pullarını əlbəəl verdilər. Zakir müəllimin oğlunun pulları verildi. Qorxuya düşüb pulları verdilər.

Elnar Esgerov.jpg (270 KB)

Elnar Əsgərov

Rahibi 11 ay orada saxladılar, başına maska keçirib incitmişdilər. Ad çəkməmişdi. Biz də dedik ki, Elnarın, Arif Əsgərovun karyerasını korlamayaq. Biz nə etməli idik? Pulu verdilər, biz də aparıb verdik ziyançəkənlərə. Ziyançəkənlər hamısı Elnar deyirdi orada. Miqafar Seyidov necə araşdırdı? Ziyançəkənləri dindirdi, hərəsi də pulu harada, kimə verdiyini dedi. Filan gün, filan saatda verildi.  Sonra eşitdik ki, işi xitama hazırlayırlar. Eşidirdim ki, Arif bacımı incidir, döyür, söyür. Yoldaşım İsmayıl öz xətti ilə məktub yazdı, Rahibə göndərdi. Rahib də həmin məktubu öz xətti ilə yazıb köçürdü. Həmin məktubu bacıma göndərdik".

Esgerovun baldizi.jpg (151 KB)

“Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki...”

Lətifə Hüseynova deyir ki, indi Elnar həmin məktubu əlinə alıb gah mətbuata, gah hakimə, gah da Daxili İşlər Nazirliyində aparıb verib. Bəlkə də 10 yerə paylayıb. Ay Elnar, o məktubu payladığına, vicdanını qabağına qoy, yaxşı-yaxşı fikirləş, sən institutdan qovulanda ay Elnar, biz nə əziyyətlər çəkdik? Atana bildirmədik onu. Həmin həngaməni gətirib mənim balalarımın başına gətirdin. Elnar İngiltərədə institutdan ona görə qovulmuşdu ki, yerinə bir ərəbi imtahana salmışdı. Ərəbi tutmuşdular. Elnarı da tutmuşdular. Orada onu da, ərəbi də zaminə götürdülər, bura gətirdilər. “Meşok”la pul apardılar verdilər, qurtardılar. Mən ailənin içində idim, hər şeyi gördüm".

Rahib HБseynov.jpg (189 KB)

Rahib Hüseynov

“Elnar, Emindən, Rahibdən əl çək!”

Lətifə Hüseynova deyir ki, həmin vaxt Elnar Əsgərovun ərəb tələbənin başına açdığı oyunları sonradan onun övladlarına qarşı da edib: “Həmin oyunları bir də mənim balalarımın üstünə açdın, ay Elnar. Sən İngiltərədən qovulub gəldin. Elnar, Emindən, Rahibdən əl çək! Evimin xalçasını, palazını, əşyasını da ver, evimi də ver. Ancaq Emindən, Rahibdən əl çək, ay Elnar! Qoy köçsün getsin dağa. Bakıda, Qovlarda yaşamasınlar. Daşkəsənə, Gədəbəyə gedib yaşasınlar. Ancaq əl çək onlardan!” (Ardı var)

635x100

Şərhlər

sual 2018-12-03 17:00:41

Heyif o torpaxa ki yeni musaqulu yetisdirib ki o da bu rayonun ehalisine qenim kesilib bele olurmu ya

yusif-1313 2018-12-03 17:00:41

Ay hakimiyyət!Bu adamdan hacan soruşa biləcəksən ki bu qədər pullar hardandir?Hardan xəzinə tapib.

EJDER 2018-12-03 17:00:41

BUNA DEYIRLER ,ANALOQU OLMAYAN INKIWAF

Son yazılar