BİRİNİ GİROV GÖTÜRÜB, POLKOVNİKDƏN 140 MİN TƏLƏB EDİB! - Generalın qardaşının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"AzPolitika" Report-a istinadla xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra zərərçəkmiş Rəşad Tahirov 140 min manatlıq mülki iddia qaldırıb. O, Ə.Əhmədovdan ona dəyən ziyanın ödəməsini tələb edib.

Məhkəmədə Ə.Əhmədovun vəkilləri vəsatət qaldırıblar. Onlar cinayət işinə xitam verilməsini və müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyiblər.

Vəsatətlər təmin olunmayıb.

Məhkəmənin baxış iclası dekabrın 19-na təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov iki nəfərdən - Rəşad Tahirov və Hörmət Əskərovdan 140 min dolları hədə-qorxu ilə almaqda təqsirləndirilir.

Belə ki, 2016-cı ildə H.Əskərovun Ə.Əhmədova borcu olub. Ə.Əhmədov da faizlə borcunu geri almaq məqsədi ilə onun ofisinə gəlib, girov saxlayıb. Daha sonra Ə.Əhmədov H.Əskərovun qohumu R.Tahirova zəng edib, ondan hədə-qorxu ilə 140 min dollar pul tələb edib.

H.Əskərov daha əvvəl Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin Tibb Xidməti rəisi, tibb xidməti polkovniki olub. 2015-ci ilin dekabr ayında nazir Zakir Həsənov onu vəzifəsindən azad edib.

H.Əskərov da dələduzluq ittihamı ilə həbs edilib və hazırda ibtidai istintaqı davam etdirilir. Onun barəsində bu iş üzrə digər zərərçəkmiş R.Tahirova qarşı dələduzluq etmə ittihamı irəli sürülüb.

H.Əskərov R.Tahirovun arvadının qohumudur.

Ə.Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 145.2.5-ci (azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Ə.Əmədov uzun illər xüsusi xidmət orqanlarında işləyib.

Ə.Əhmədovun 2016-cı ildə baş vermiş hadisəyə görə 2018-ci ilin sonlarında həbs olunması maraq doğurur. Şübhəsiz ki, bu, məhz Naxçıvanın sabiq daxili işlər nazirinə qarşı aparılan əməliyyatın tərkib hissəsidir. Belə görünür ki, Ə.Əhmədov hansısa tələbləri tam yerinə yetirmir, bu səbəbdən ona qarşı müxtəlif təzyiq üsulları həyata keçirilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl sabiq nazirin Sədərək gömrüyü vasitəsilə Türkiyəyə keçmək cəhdinin qarşısı alınmışdı. Sərhədçilər onu geri qaytarmışdılar.

V.Nəsibov 

635x100

Şərhlər

İlqar Rusiyalı 2018-12-06 16:37:56

...Hələ nə qədər bilmədiyimiz əməlləri var bunların. ...

EJDER 2018-12-06 16:37:56

EWWI,HARA ARADAN CIXIR,GEL...A,SONRA GEDIB ELMI IWLE MEWQUL OLAR,YA DA BIZNESLE.TESUFLENERSEN KI,HEYIF ETIMADI DOQRULDA BILMEDIN.

Son yazılar