NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR - Təbrik məktubu

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, Daxili İşlər Orqanlarının sabiq əməkdaşı, polis polkovniki Şəmsəddin Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubova 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Çox hörmətli Ramil müəllim!

Cənab Nazir!

Daxili İşlər Nazirliyinə uzun müddət rəhbərlik etməyiniz, xalqın vahidliyini təcəssüm etdirən əbədiyaşar Heydər Əliyevin, onun layiqli davamçısı, qurucu Prezident Zati-aliləri cənab İlham Əliyevin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində səyləriniz, şərəflə, layiqincə çalışmağınız hər bir Azərbaycan vətəndaşı tərəfindən minnətdarlıqla qarşılanır.

Sevinir və qürur duyuruq ki, məhz Sizin rəhbərliyiniz dövründə cinayətkarlıqla aparılan qətiyyətli mübarizə nəticəsində respublikamız MDB ölkələri arasında öncül yerdə qərar tutur, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə də sonuncu sıralardadır. Bütün bunlar Sizin, hər bir zabitin, sıravi heyətin, eyni zamanda, polislə birgə çalışan digər hüquq-mühafizə orqanları əməkdaşlarının narahat gecələrinin, fədakar xidmətlərinin nəticəsidir.

Sevinirik ki, ali və şərəfli xidmətiniz Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir, ölkənin ali mükafatlarına layiq görülmüsünüz. Xoş ovqatla yazdığım sözlərin ürəkdən və şəxsiyyətinizə məhəbbət hissləri ilə ərsəyə gəldiyini də qəbul edin.

Tərifəlayiq insanlar barədə həqiqəti söyləməmək ədalətə xələl gətirər. Siz yüksək vəzifə kürsüsündə, sabitliyin cəfakeş qoruyucusu, insaf, təmkin və mürüvvət sahibi kimi, cinayətkarlığa, dövlətçiliyə və konstitusion quruluşa təhlükə yaradanlara qarşı mübarizədə barışmaz mövqedə duran, vətəndaşların təhlükəsizliyini təmin edən yolun yorulmaz mücahidi olaraq hər zaman xalqımızın diqqət mərkəzindəsiniz.

Azərbaycan Polisi cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsi zamanı kriminal ünsürlərə qarşı barışmaz mövqedədir. Bu əlamətdar gündə Sizin şəxsinizdə çoxminli kollektivi də təbrik etmək, şərəfli xidmətdə onlara uğurlar arzulamaq yerinə düşür. İnşaallah, Uca Tanrı Azərbaycan xalqının yaradılış cövhərinin ayrılmaz hissəsi olan əmniyyətin, vətəndaş həmrəyliyinin təminində həmişə köməyinizdə olacaqdır.

Allahdan arzum budur ki, dövlətimizin qalası, xalqın gələcəyi və səadət sevincinin zirvəsi olan konstitusion quruluşumuz möhkəm və əbədi olsun. Zəhmətinizin əvəzini Uca Rəbbimiz versin!

Cənab Nazir!

Əlamətdar hadisə, 70 illik yubileyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, şərəfli missiyanızın yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun, şərəfli ömrünüz uzun olsun!

Dərin hörmət və ehtiramla,

Şəmsəddin Əliyev,

Azərbaycan Mətbuat Şurasının icraçı katibi".

635x100

Şərhlər

antiAbu 2018-12-22 00:10:07

Vəzifə eşqi ilə alışıb yandığı, lakin təyin edilə bilmədiyi 1993-1995-ci illərdə işlədiyi Fizika İnstitutunun Kriogen Korpusunun birinci mərtəbəsindəki divanın üstündə oturub, hakimiyyətin ünvanına nalayıq sözlər söyləyən, bu ilin 12 dekabrında məktəbliləri də özünün yaltaq səhnəsinə cəlb edəndən fərqli olaraq, Ramil müəllim, milli lider Heydər Əliyevə ən sadiq olan, yüksək mədəniyyətə və şəxsiyyətə malik gözəl bir insandır. Bütün Azərbaycan xalqı onu ad günü münasibəti ilə ürəkdən təbrik edir.

REDAKTOR 2018-12-22 00:10:07

Çənab naziri bu gözəl yubleyi münasibətilə təbrik edirik. Ən azi ona gorə ki 70 il sağlam yaşamaq hər kişinin işi dəyil axı...

Ələmdar Məmmədov-təqaüddə olan Baş Ədliyyə Müşavir 2018-12-22 00:10:07

Gənclik illərindən əqidəsini,sanbalını saxlayan,ölkədə stabilliyin qorunmasında əvəzsiz xidmətləri olan çox hörmətli Ramil müəllimi mən də yubiley münasibəti ilə təbrik edir,uzun ömür,cansağlığı arzulayıram. Ramil müəllimin varlığı təkcə polis əməkdaşları üçün deyil,bütün hüquq mühafizə orqanları,o cümlədən,prokurorluq işçiləri üçün qürurvericidir.Ramil müəllim sizi bir daha təbrik edir,yüz illik ömür arzulayıram.

İ. İmamov 2018-12-22 00:10:07

Dövlətimizi,xalqımızı və Rəhbərini qəlbən sevən bir vətəndaş kimi hörmətli cənab nazir Ramin müəllimi 70-illik yubileyi münasibətilə təbrik edir,möhkəm cansağlığı,ailə səadəti,şəxsi həyatında və dövləti vəzifəsində yeni-yeni uğurlar arzu edirəm. Arzum budur ki, Ulu Tanrı tərəfindən bəxş edilən ömrü şərəflə yaşamaq nəsib olsun. "70" İllik Yubiley Yaşınız Mübarək Olsun !

Son yazılar