Qırğızıstandakı Azərbaycan diasporu Qurban Bayramı münasibətilə xeyriyyə tədbiri keçirib

Qırğızıstandakı diaspor təşkilatları Qurban bayramını qeyd ediblər. Bu barədə Türkdilli dövlətlərin siyasətinə dəstək Fondunun prezidenti Nüsrət Məmmədov məlumat yayıb.

Məlumatda bildirilir ki, Qırğızstandakı Azərbaycan icmaları, Türkdilli dövlətlərin siyasətinə dəstək fondu , Qırğızstandakı Azərbaycanlıların Əlaqələndirmə Mərkəzi” İctimai Birliyi, “Qırğızıstan Azərbaycanlıları Konqresi” İctimai Birliyi, İssıkkul Azərbaycanlıları “Xəzər” İctimai Birliyi, Kara Baltadakı “Sodrujestvo” Cəmiyyəti, Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramını Bişkekdə soydaşlarımızın ən əziz bayramlarından biri kimi böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.

Qurban Bayramı münasibəti ilə Bişkekdə xeyriyyə tədbiri keçirilib,  100-dən artıq aztəminatlı ailələrə və kimsəsizlərə, ahıl və tənha vətəndaşlara bayram sovqatı - qurban əti paylanıb. Müqəddəs bayram münasibətilə keçirilən mərasimdə şəhidlərimizin xatirəsi yad edilmiş, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar oxunmuşdur.

İlk hədiyyə olan Qurban sovqatı soydaşlarımızın yığcam yaşadıqları Kant şəhərində imkansız ailələrə verilmiş, ümumilikdə Bişkek və Bişkekətrafı yaşayış məntəqələrində soydaşlarımızın və başqa millətdən olan din qardaşlarımızın 100-dən artıq ailələrinə Qurban sovqatı çatdırılmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar