“NANKOR SAHİBKAR” VƏ “VİCDANLI XƏBƏRÇİ” – Vergilər Nazirliyi yeni “iş yerləri” açır...

Yeni Vergi Məcəlləsinin "sürprizlər siyahısında" daha bir yenilik

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın son açıqlaması Azərbaycanın vergi sisteminin "inqilabi dəyişikliklərin" astanasında olduğunu bir daha təsdiqlədi.

Nazirliyin xanım sözçüsü deyib ki, Azərbaycanın vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub: "Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər...”

"Nankor sahibkar" və "vicdanlı xəbərçi"

Məlum olduğu kimi, 2019-cu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minəcək. Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, sahibkarların olduqca böyük əksəriyyətinin bu dəyişikliklərin mahiyyətindən xəbəri yoxdur. Və Vergilər Nazirliyi də bu dəyişiklikləri geniş şəkildə izah etməkdə, bir-bir sahibkarlara çatdırmaqda həvəsli görünmür. Əvəzində, çox böyük həvəslə qadağalar, hədə-qorxular və cərimələr təşviq olunur. Elə Samirə xanımın "vergi xəbərçiliyi" barədə dedikləri də bu prosesin tərkib hissəsidir.

Deməli, belə çıxır ki, vergi orqanı sahibkara təzyiq vasitələri axtarışını davam etdirir. Və təəssüf ki, bunu hətta vətəndaşları üz-üzə qoymaq vasitəsilə də həyata keçirməyə hazırdır. Deməli, bundan sonra onsuz da qeyri-müəyyənlik, səksəkə içərisində işləyən, banklardan 78 qəpiyə götürüb, bugün 1.70 manata dollar krediti qaytaran, hər yeni dəyişiklikdən yalnız təhlükə gözləyən, istənilən an hansısa icra strukturunun tələbilə işindən, biznesindən məhrum olunan, hətta obyektinin sökülə biləcəyini anlayan sahibkar, bir tərəfdən də özünü "vergi xəbərçilərindən" qorunmalıdır!

Vergi orqanının mövqeyindən belə anlaşılır ki, guya vergi qanunvericiliyi mükəmməldən də mükəmməl vəziyyətdədir, qanunun qarşısında bütün sahibkarlıq subyektlərinin bərabərliyi təmin edilib, heç kim imtiyazlara sahib deyil, sahibkarlara olduqca komfort vergi və iş mühiti yaradılıb və sair. Kefindən vergidən yayınan sahibkarlar isə kütləvi şəkildə "qaz vurub, qazan doldururlar"! Ancaq bunun qarşılığında həmin bizim "nankor" sahibkarlar qazandıqlarından dövlətin "qəpik-quruş" təşkil edən vergisini ödəmək istəmirlər, elə buna görə də, Vergilər Nazirliyinin "vicdanlı vergi xəbərçiləri"nə böyük ehtiyacı yaranıb. Doğrusu, bu yerdə məşhur filmdə deyildiyi kimi, "adamı gic gülmək tutur..." Axı guya vergi orqanı bilmir ki, bugün böyüklü-kiçikli ticarət obyektlərinin böyük əksəriyyətində real dövriyyə gizlədilir? Guya bilmir ki, muzdlu işçilərin də böyük hissəsinin əmək müqaviləsi yoxdur, olanlarda da əmək haqları aşağı məbləğlərdə göstərilir və sair? Buna "xəbərçi" nə lazım?

Vergilər Nazirliyi yeni iş yerləri açır?

Məlumat üçün qeyd edək ki, vergi orqanının bütün ərazilər üzrə kuratorları var. Və bu əməkdaşlar onlara həvalə olunan ərazidəki ən kiçik mağazadan tutmuş böyük restoranlara qədər, kimin hansı məbləğdə real dövriyyəsinin, neçə işçisinin olduğunu, nə qədər icarə haqqı ödədiyini və yeri gələndə nə qədər aylıq gəliri, yaxud ziyanı olduğunu çox gözəl bilirlər. Bu sistem hələ özü və ətrafı "yedikcə şişən" və "şişdikcə" bütün əndazələri aşan Fazil Məmmədovun vaxtında qurulub. Görün vəziyyət nə yerə çatmışdı ki, F.Məmədovun iri çaplı məmurları o vaxtkı MTN-ə sahibkarlara dair məlumatlar ötürürdülər. Yəni demək istədiyimiz odur ki, Vergilər Nazirliyi özü boyda məlumat bazasıdır və onun hansısa "vergi xəbərçisinin" xəbəri əsasında yoxlama aparması olduqca absurd görünür!

Məsələnin ən çox təəssüf doğuran məqamı isə xanım məmur tərəfindən sahibkar barədə "xəbər satan" vətəndaşın "mükafatlandırılması" anonsunun verilməsidir. Əgər doğrudan da xəbərçiliyə görə mükafat veriləcəksə, kim təminat verə bilər ki, onsuz da son zamanlar satıb-satılmağa xeyli meyllənən bir toplumun bu formada "həvəsləndirilməsi" sabah Vergilər Nazirliyinin qapısında qazanc naminə qardaşını da satmağa hazır olanlardan ibarət böyük bir növbənin yaranmasına səbəb olmayacaq?! Bəlkə nazirlik öz qarşısına bu yolla "yeni iş yerləri" açmaq məqsədi qoyub?

Doğrudur, hər bir kəsin aldığı mala görə çek, yaxud hansısa maliyyə sənədi istəmək haqqı, yaxud istənilən muzdlu işçinin sahibkardan onunla əmək müqaviləsi bağlamasını tələb etmək hüququ var. Bunlar təmin edilmədikdə, təbii ki, vətəndaşın vergi orqanına müraciət etməsi normal haldır. Ancaq belə müraciətlərin mükafatlandırılması Azərbaycan reallıqlarında biraz anormal görünmürümü?

Onu da xatırladaq ki, yeni məcəllənin sahibkarlar üçün "sürprizləri" sırasında sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanlarının məhdudlaşdırılması, bununla da hesabatların, mühasibatlıq işlərinin çoxaldılması, cərimələrin və maliyyə sanksiyalarının 2, bəzi hallarda isə 5 dəfə artırılması kimi "novatorluq nümunələri" var. Göründüyü kimi, bunlara "mükafatlı vergi xəbərçiliyi" də əlavə olunmaqdadır.

Və bütün bu "həngamələrdən" sonra hörmətli nazir müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə danışarkən deyib ki, "məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir..."

Cəlal Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Şəki-Bazar ASC-nin səhmdarı 2018-12-26 10:21:04

Vergi Nazirliyinin bölgələrdəki əməkdaşları yaxşı bilirlər ki, hansı obyektlər vergidən yayınırlar,əhalinin başını qatmaq lazım deyil ? Sayı-hesabı bilinməyən sayda Vergilər Nazirliyinə müraciət edərək bildirmişik ki,"Şəki - Bazar" ASC-i uzun illərdir ki,ildə ən azı 500,0 min manat vergidən yayınır və bu səbəbli Səhmdarlar dividentsiz qalıblar? Vergilər Nazirliyi özünü təhrif olunmuş cavab məktubları ilə müdafiə etməyə çalışırlar..Nazir dəyişilsədə, nazirlik dəyişilməyib ? Gəlin qəlbən dövlətimizə xidmət ed

Pisi 2018-12-26 10:21:04

Goresen ne qeder mukafat olacaq.gune 5 sahibkari satsan 10m anatdan 50 m eliyir pis pul deyil.is yerleri daimi olacaq yoxsa xidmeti muqavileynen goresen

Baba 2018-12-26 10:21:04

Vallahi biabırçılıqdır bunlar hamısı. Hərəsi bir cür.........

Saleh-ə əlavə 2018-12-26 10:21:04

"işverənləri" adi vətəndaş paltarında insanların üzərinə salıb,avtomobilə zorla oturdub polis idarəsinə aparmaq, sukalıq edib insanları tutdurmaq,ciblərə narkotik atıb günahsız insanları həbs etmək hansı normal ölkədə vardır.Belə şeylər analoqsuz Azərbaycanda baş verir.

Rahib 2018-12-26 10:21:04

"nankor sahibkar"-bəlli, bunun adı məlum bəs "vicdanlı xəbərçi" -nin adını nə qoymaq olur: " satqın casus" və ya "vergi casusu"?

oxucu 2018-12-26 10:21:04

Vay-vay bir bunu eşitməmişdik bunu da eşitdik. Bunu adlandırmaq olar vergi agenturası. Nə bilim vallah.Mən Vergilər nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoruna üzümü tutub deyirəm . Samirə xanım gedin özüvüzə iş tapın, birincisi siyasət çox çirkli sahədir,ikinci də vergidə nə siyasət ola bilər ki, vergi 2x2 deməkdir,bunun başqa yolu yoxdur.İllərdir vergi ödəyiciləri vergi işçilərinin əlindən zara gəlmişdir. Bir balaca sakitlik yaranıb,indi də belə gülünc metod yaradırlar .

Cəmşid Dərələyəzli 2018-12-26 10:21:04

Təssüf ki, vergilər nazirliyinin yeni rəhbərliyi, peşəkar mütəxəssislərin təkliflərini görməzdən gəlib, monitorinq aparmadı. İlk öncə o 1) uçot amnistisiyasını , xüsusən də mal qalıqlarının sıfırlanmasını 2) Bəzi vergi növləri üzrə vergi dərəcələrinin aşağı salınnmasını 3) Sahibkarların həqiqi baş mühasiblə təminatını 4) vergiyə kənar qurumların müdaxiləsinin durdurulması mexanizmini işləməli idi. Yox ki, dərhal keçən illərdən qalan və hər il dövrüyyədən vergisi ödənilən mala görə sərəncamlar qoymamalı idi.

Asad 2018-12-26 10:21:04

Belə bir eybəcər,avanturist qərar qəbul etməklə vergilər nazirliyimizin hansı agıl və dərrakə sahibi oldugunun şahidi oluruq.Təkcə oliqarxların biznesini vergiyə cəlb etməklə vergidən büdcəyə daxilolmanı 3-4 dəfə artırmaq olar.Amma yox bunlar oliqarxlara gözlərinin ucu ilə də baxmazlar.Əvəzində qalan vergi ödəyicilərinin ətini yeməyi, sonra qanını, iliyini sormagı lazım bilirlər.

Abit 2018-12-26 10:21:04

Malades

Vətəndaş 2018-12-26 10:21:04

Büdcəyə vergidən daxilolmaları hökumət artırmaq istəyirsə vergi drəcələrini azaldıb,iri buynuzlu məmurlarrın iri holdinlərini, firmalarını,marketlərini,monopoiyasını vergiyə cəlb etməyi bacarmalıdır.Yoxsa vergi dərəcələrini artırıb malların və ərzaqın qiymətlərini qaldırmaqla bu iş əmələ gəlməz! Məlumat üçün Vergilər nazirliyi bəyan etsin görək 2017-2018 illər ərzində bu iri oliqarxlara mənsub şirkətlər,marketlər,otellər,restoranların dövriyyəsindən nə qədər vergiyə daxilolmalar olub.

VERGİ ÖDƏYİCİSİ 2018-12-26 10:21:04

AZ İDİ ARIX-URUX,BİR DƏ GƏLDİ DABANI CIRIX. ƏYƏR HƏR KƏS ÖZÜNƏ DÜŞƏN VƏZİFƏNİ VİCDANLA YERİNƏ YETİRSƏ BELƏ EYBƏCƏR,GÜLMƏLİ VERGİ TOPLAMAQ METODUNA HEÇ EHTİYAC OLMAZ. DEMƏLİ KİMSƏ ZING EDİB DEYƏCƏK Kİ, FİLƏNKƏS VERGİDƏN YAYINIR SİZ GEDİB RÜŞVƏT ALIB DEYICIKSİZ Kİ ,BİZLİK DEYİL XƏBƏRÇİ XƏBƏR VERİB.GEDİN İRİ MÜƏSİSƏLƏRDƏN VERGİ TƏLƏB EDİN,RÜŞVƏT ALMAYIN ONDA HƏR ŞEY DÜZƏLƏCƏK.GÖRÜNÜR FAZİL MƏMMƏDOV BELƏCƏ VARLANIB,SAHİBKARDAN MTN-Ə XƏBƏRÇİLİK EDİB.

Saleh 2018-12-26 10:21:04

Yəqin bu sukalıgı da yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması statistikasına dördqat daxil edəcəklər.Zatən "POLİSİN DOSTLARI" adı ilə bir xeyli gəncləri stukaçlıga qəbul etdilər.Bu gedişlə üzəduran, baştutan kimi iş yerlərinin açıldıgını eşitsənin təccüblənməyin.Bəs analoqsuz deyəndə nəyi gözləyirdiniz?Bütün dünyada dövlətlər bayram ərəfəsi qazın, işıgın, ərzagən qiymətin endirir, maaş və pensiyaları qaldırır.Analoqsuz ölkəmizdə isəhər sey bunun əksinə edilir, bayramımızı qara gətirirlər.

Vekil 2018-12-26 10:21:04

Bele cixir ki butun sahibkarlar vicdansizdirlar? Cunki ele bir sahibkar yoxdur ki o vergiden yaylnmasin? Vergi haqinda qerarlar qanunlar qebul olunanda oraya sahibkarlar devet olunmur deputatlarinda sahibkar komutesi krisali adamlardirlar ona gore qanunla bir sahibkar bele duzgun isleye bilmez o ogurluqa mehkumdur!!!

G.M 2018-12-26 10:21:04

Bundan sonra hamı kəsdirəcək YPX-nin,İH Başçılarının doqqazının qabağını ki,aldıqları rüşvətdən faiz ödəsinlər.Reket jurnalistlər üçün yeni meydan açılacaq.Dünyada elə bir eybəcərlik yoxdur ki,onu Azərbaycanda tədbiq eləməsinlər.Heyif Sovet Diktaturasından. Qədrini bilmədik.

Asif 2018-12-26 10:21:04

Ctukaçlar, işverənlər çoxdur. Düzəməlli iş görün oyun çıxarmıyın. Milyartdları yeyən talançı məmurlardan oliqarxlardan, deklarassiya tələb edin.tenevoY iqtisadiyyatdan vergi alın. Siz bilirsiniz əsas vergi kimlər verməlidir. Neftin qazın satışına puluna nəzarət edin. Gözlərdə tiri qoyub tük axtarmayın. Milləti pis tərbiyə ertməyin. Adam kişi olar,insan olar stukaç yox.Yetim yesirə də imkan verin çörək pulu qazansın

Son yazılar