ÖLKƏDƏ QİYMƏTLƏRİ İNHİSARÇILAR DİQTƏ EDİR - Gömrük Komitəsinin sədrindən ŞOK etiraf

Ətraf ölkələrdə malların qiymətinin kəskin ucuzlaşdığı şəraitdə Azərbaycan daxili istehsalçıları qorumaq məqsədilə bəzi mallar üçün gömrük ödənişlərini artırıb.

Fed.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib. Onun sözlərinə görə, söhbət bütün ölkələrdən, o cümlədən qonşu Türkiyə və İrandan gedir: «Həmin ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazım qərarlar verilir».

Gömrük sədri buna misal olaraq bildirib ki, daxili bazarı qorumaq üçün İrandan gətirilən armatura gömrük ödənişləri kəskin artırılıb: «Məsələn, İranda armaturun qiyməti 200 dollardır, amma biz onu 500 dollara bəyan edirik, yəni 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir».

Komitə sədri bildirib ki, bu addımlar ölkənin yeganə armatur istehsalçısı olan «Baku Steel Company»nin qorunmasına yönəlib: «Biz onlarla danışdıq ki, qiymət nə qədər qaldırsaq sizi qoruyar, sonra isə qərar verildi».

DGK sədrinin sözlərinə görə, oxşar addımlar ölkəyə toyuq əti və kartof idxalında da atılıb: «Biz daxili kartof istehsalçılarını qorumaq üçün bəlkə də dünyada ilk dəfə olaraq kartofa mövsümi rüsumlar tətbiq etdik. Bunun da nəticələri müsbət oldu».

"AzPolitika.info" qeyd edir ki, Gömrük Komitəsinin sədrinin bu fikirləri ölkədə qiymətləri inhisarçıların diqtə etməsinin rəsmən etirafı sayıla bilər. Ölkədə yeganə armatur istehsalçısı "Baku Steel Company» olduğundan, məhsulunu daxili bazarda istədiyi qiymətə satır. Gömrükdə xaricdən idxal olunan armatura onların tələb etdiyi qiymətdən rüsum hesablandığından, ölkəyə daha ucuz məhsul gətirilməsi mümkün olmur. Bunun adı inhisar deyil, nədir?

DGK sədrinin sözlərindən belə məlum olur ki, oxşar addımlar digər məhsullarla bağlı da atılır. Ölkədə bir çox sahələrin oliqarx-məmurların nəzarəti altında olduğu məlumdur. Azərbaycana xaricdən gətirilən məhsullara onların istədiyi qiymətin tətbiq edilməsi daxili bazarın inhisarçıların nəzarətinə verilməsi deməkdir. 

Əlbəttə, daxili bazarın qorunması üçün müəyyən addımların atılması vacibdir. Ancaq bunun ölkə vətəndaşlarını daha ucuz qiymətə daha keyfiyyətli məhsul almaq imkanlarından məhrum etməklə həyata keçirilməsi doğru qərar hesab edilə bilməz. Bu cür qərarlar inhisarçıların maraqlarına xidmət edərək, ölkədə bahalaşmaya səbəb olur. İnhisarçlar gömrük vasitəsilə Azərbaycana gətirilən məhsuların qiymətini artıraraq əhalini soyurlar.

Qeyd edək ki, Azərbaycanda fəaliyyətinə imkan verilmədiyi üçün İranda armatur istehsalı ilə məşğul olmağa başlayan keçmiş deputat, iş adamı Nazim Bəydəmirli də bir müdət əvvəl bu barədə məumat vermişdi. O, bildirmişdi ki, “Baku Steel” şirkəti olkə daxilində özünün keyfiyyəti daha aşağı olan məhsulunu baha qiymətə satmaq üçün xaricdən Azərbaycana keyfiyyətli və ucuz məhsul daxil olmasına imkan vermir: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət “metallom”dan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır. İranın dəmir filizindən istehsal olunan malını biz Gürcüstan bazarına yol xərci daxil 385 dollara satırıq. O da ƏDV-sini ödəyib inşaata başlayanda maya dəyəri 454 dollara başa gəlir. Həm də keyfiyyətli mal… Aradakı 326 dollar fərq Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə…”

N.Bəydəmirli daha sonra qeyd edib ki, xaricdən Azərbaycana hətta gömrük rüsumunu ödəməklə armatur buraxılarsa, bazarda “Baku Steel”-in malından daha ucuz qiymətə satılar: “Bizdə Gürcüstandan fərqli olaraq monopolistə xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir!”

Xatırladaq ki, bu yaxınlarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanda inhisarçılıq olmadığını bildirmişdi. Hətta komitə sədri inhisarçılığın bir faizini göstərən olacağı təqdirdə istefaya gedəcəyini bəyan etmişdi.

Ekspertlər isə Azərbaycanda inhisarçılığın yeni növünün tətbiq edildiyini bildirmişdilər. Bu haqda saytımızda geniş yazı dərc edildiyindən təkrarlamaq istəmirik. Ancaq Səfər Mehdiyevin yuxarıdakı sözləri ekspertlərin fikirlərinin təsdiqi sayıla bilər.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Ələddin 2019-01-03 12:00:48

Bizim ölkədə gömrüyə daxil olan sahibkar xaricdən ucuz qiymətə mal tapıb gətirməyə peşman olur.Rəsmi sənədlərdəki qiymət atılır bir tərəfə, sahibkara cinayətkar münasibəti başlayır,özlərindən kefləri istəyən qiyməətlə hesabat aparıb artıq rüsum (hələ rüşvət bir kənara) ödətdirilir.Beləliklə malın qiyməti süni artırılır.Əslində təqdim edilən sənədlərə şübhə yarandıqda və ya daşınm zamanı sənədlər korlanarsa qanunla nəzərdə tutulan prosedurlar yerinə yetirilmir ( Mal göndərənlə E-mail.telefon, vatsap ).

ismayil 2019-01-03 12:00:48

ƏJDƏR BƏY danışanda ümumən danışmayın.konkret fikriniz varsa əsaslandırıb həmin şəxsin özünü gunahlandırın.Ümumi danışmaq bir azərbaycanlı olaraq heç birimizə yaraşmaz

səfikürd 2019-01-03 12:00:48

BU MİNUTKA SU QIZDIRICILARI DEYƏSƏN AZƏRBAYCANA METRO İLƏ GƏLİR GÖMRÜK ZAD GÖRMÜR.HARDA İSTEHSAL OLUNDUĞU YAZILMIR, HƏRGÜN DƏ 5-6 ADAM BOĞULUB ÖLÜR.HƏR GÜN ÖLKƏYƏ 5000 BELƏ SOBA İDXAL OLUR GÖMRÜKDƏ İSƏ 14 AZN RÜŞVƏT ALANI İŞDƏN ŞIXARIRLAR

Kəmalə Kərimli 2019-01-03 12:00:48

Bu məmurlar adlarin tarixin qara səhvəsinə yazıblar.....Başqa söz tapa bilmirəm:(((

turan 2019-01-03 12:00:48

hələ bir utanmadan deyir ki, biz dünyada ilk dəfə kartofa rüsum tətbiq etdik.Bunlar düşünmürlər ki, bu camaatın əsas qida rasyonunu kartof təşkil edir. Siz dünyada elə bir gömrük rəisi təsəvvür edirsinizmi desin ki, "biz monopolistdən soruşduq ki, qiyməti neçəyə qaldrsaq sizə sərf edər"..Bəs camaatı kim nəzərə alacaq...

AAgahuseyn 2019-01-03 12:00:48

Tampla səndə nə fərq o hər cıxışında onbeş yalan danışır sən isə dediyin hamısı yalandır.Qiyməti kömrük diktə edir.200-dollarlıq armaturu 500-dollara bəyan edəndə satıcı da 200-dolldr öəlir üstünə.Bax budur nəticə.Kömrüyə ALLAH yekə bir daş salsın bu insanların canı qurtarsın sizin əlinizdən.

Səməd-ə 2019-01-03 12:00:48

Səməd bəy,Səfər nə vaxtdan müəllim olub? Onun çıxışlarına diqqət etsən o heçəməlli-başlı tələbə kimi danışmır.Külək vurub onu gömrüyə salıb.Adamın dünyadan xəbəri yoxdur.hələ general,nazir kimi ortalığa atılıb.Danışıqlarının nə əsası var,nə kökü.Yalan,cəfəngiyat.Onun heç normal gömrük qanunlarını,gömrük qaydalarını bilmədiyi aşkar görünür.Gömrük nazirinin monopolistlə, bazar adamları ilə nə işi.Onun Məcəlləsi var,gələn və gedən malların sənədləri, qanunvericilik var.,Bunlar ona yetmirmi?

Komitə sədrə! 2019-01-03 12:00:48

Bismillahir-Rəhmanir-Rəhim.Hörmətli.Vallah bu hörmətli Komitə sədri özünü çox reklam edir! Mənə elə gəlir ki, geci tezi dilindən bəlaya düşəcək. Komitə sədri bilmir ki,Azərbaycanda telefon aparatları istehsal olunmur? Niyə rüsumu qaldırib? Hansı daxili bazara təsirini azaltmaqdan söz gedə bilər?Belə misallar çox kəkmək olar... Səfər Mehdiyev cənablarına nəsihətim:-Dəfələrlə fikirləş, sonra dilinə gətir;-Xəbər ürək açan deyilsə,sən sus, başqası desin;- Allah-Təala şükür edənləri sevir;- Özü özünə eləyənə el yığılsa edə bilməz;- VAXISIZ BANLAYAN XOIUJZUN BAŞIN KƏSƏRLƏR; -Mövlanənin yaxşı bir sözü var: “Ya həqiqəti de, ya da sus”.

enver 2019-01-03 12:00:48

Muellim baku steel company-ye deyerdiz ki qiymetini ashagi sal. Iran malini buraxmirsan ela, burdaki inhisarciya denen qiymeti ashagi sal. sen dovlet memurusan sen vetendashi fikirleshmekden gedib monopolist sahibkarin sozu ile hereket etmisen. bu dovlete xeyanetdi. Azerbaycan konsitutsiyasinda yazilib dovletin meqsedi vetendashlarin rifahini temin etmekdir. Sen cox savadsiz adamsan. .. Gedib sahibkardan meslehet almisan. ona deye bilmirdin ki yaxshi rusumu qalfirim ama senden qiymetini ashagi sal

azad 2019-01-03 12:00:48

bizim hərbirmiz bilirik ki məmurlar xalqa xidmət etmək ücün kresloda oturmayıb xalqmızı talamaq ücün ordadır.

Rəhim 2019-01-03 12:00:48

BU GAH DEYİR İNHİSARÇILIQ LƏĞV EDİLİB,GAH DA BELƏ. NALA MIXA VURUR. BU MƏMURLARIN ƏKSƏRİYYƏTİ BELƏDİR. DÜZ SÖZ DANIŞAN YOXDUR. XALQI ALDATMAQLA TALANÇILIQ RÜŞVƏTXORXORLUQLA MƏŞQULDURLAR.

Rauf 2019-01-03 12:00:48

Bir bizim ARMATUR istehsal edən Bak Ştatlı dən soruşan yoxdur ki, niya ıranda ARMATUR 200 dollardır Azərbaycanda 600 dollar?

Ənvərə əlavə 2019-01-03 12:00:48

Gömrüyün inhisarçı ilə nə əlaqəsi olmalıdır ki? Gömrükün vəzifə borcu ona təqdim edilən rəsmi sənədlərə mövcud qanunvericiliklə təsdiq olunmuş gömrük dərəcələrini tətbiq etməkdir.Əgər təqdim olunan sənədlərə şübhəsi varsa gömrük proedurunu dayandrır.mallara müvqqəti həbs qoyur və sonra mal göndərnlə əlaqəyə girir.Dəqiqləşdirmə apardıqdan sonra mövcud rüsim,vergini son əldə etdiyi həddə tətbiq edib malları buraxır.Bu bütüb dnyada tətbiq olunan qaydadır.Yoxsa gömrüyə Naxçıvan qaydası sxmaq qanunsuzdur.

Səməd 2019-01-03 12:00:48

Səfər müəllim yenə də ictimai fikiri azdırır. O, başa düşmür ki, belə savadsız məmurların fəaliyyəti ölkəni uçuruma, vətəndaşları isə səfalətə aparır. Səfər müəllim bir araşdırsın görək insanların alıcılıq qabliyyəti neçə faiz aşağı düşüb?! İnsanlar adi qida məhsullarını ala bilmirlər. Toxun acdan nə xəbəri. Səfər müəllim kimi məmurlar etdikləri bu "reformalara" görə cavab verəcəklər. ölkənin ən korrupsoner məmurlarından biri elə Səfər Mehdiyevdir. Eynək taxıb ağıllı görsənməklə deyil.

Mirzə AĞ 2019-01-03 12:00:48

Bəs, bu deyirdi ki, inhisarı mənə göstərin, istefa verim... Lap Tramp kimi davranır - "yalanın birini 1 qəpiyə danışır..."

Vətəndaş 2019-01-03 12:00:48

Piyada,savadsız adamları ortaya çıxarıb vəzifəyə qoyanda belə olur.Axı adam bilmir ki, inhisarçılıq,monopoliya nə olan şeydir.Ona görə ağlı işləyən qədər danışır.Təqsir ondadırmı? Əsla yox!

Bashirov Qarib 2019-01-03 12:00:48

Butun resurslarla xalqa total hucumlar artırılır. Xalqa heç kim qalib gəlməyib.Geri addım atmasanız fəlakət qaçılmazdır.

EJDER 2019-01-03 12:00:48

ALLAH CELIL MEMMEDQULUZADEYE REHMET ELESIN.GOMRUYUMUZ NEHREMLILERIN UMUDUNE QALIB.BES DEYIRDIN,QIYMETLERI PREZIDENTIMIZIN GOSTERIWI ILETEMZIMLERIYIK.AVTOMOBILLERIN LUSUMUNU...NEDENSE ACINDAN OLEN ERMENISTANIN GOSTERICILERI BIZDEN USTUNDUR,LUKAWENKO CANI.ALLAH YALAN DANIWANIN,MILLETI ALLADANIN ATABATASINA LEHNET ELESIN...

Mühəndis 2019-01-03 12:00:48

Molodes! Monopolistdən gömrük naziri soruşur ki, Sənə hansı qiymət sərf edir?Bu adam anlamır ki, bu sualı mütəxssisləri olan İqtisad Nazirliyindən sormaq,rəsmi,hesablı,əsaslandırılmış rəqəmlərlə işləmək lazımdır.Onu da qeyd etmək vacibdir ki, Gətirilən malların invoys qiymətlərində şübhə yarandıqda,gömrük orqanları mal göndərənlə əlaqə yaratmalı,əlavə məlumatlara əsasən gömrük rüsumu almalıdır.Monopolistin qiymətləri ilə vergi tutmaq,malların qiymtini süni surətdə qaldırıb,ölkədə bahalq yaramaq doğru deyil.

Azərə 2019-01-03 12:00:48

Niyə təəcüblənirsən% Hansı yeni təyinatlıların öz vəzifələrindən xəbəri var ki? Rabitənin.kənd təsərrüfatının,gömrüyün,Sosial müdafiənin... hansının?Ölkədə mütəxəssis qıtlığıdır.Təyinat üçün lazım olan,iqtidara sərf edən kadrlar mütləq metis (qarışıq) olmalı,müti olmalı,sözə baxan,buyruqqulu olmalıdır.Qalan məsələlər önəmli deyil.Onsuz da qanun yox.qayda yox,böyük-kiçik yox.Dəliyə yer ver əlinə bel (ixtiyar) ver. İndiyə qədər Gömrükdən ağıllı,qanuni bir söz eşidibsənmi?

Gomruk mutexessisi 2019-01-03 12:00:48

"Bizim Cebish muellim" de epizod var... Makedonu esgerliye aparanda Nesibe xanim deyir: "Kul bashina ay nemes , gor ustune kim gelir..."

mühəndis 2019-01-03 12:00:48

Belə düşüncə ilə çooox irəli gedərik.Bəs istehlakçı nəzərə alınmamalıdr? Buradan belə çıxır ki, hökumat əhalini nəzərə almaq əvəzinə monopolistiə çox qazanmaq üçün imkan yaratmalıdır? Gülünc yanaşma deyilmi? Əgər istehlakçı armaturu 500 yox,200-250 dollara alsa,ölkə zərər edər?Bu necə yanaşmadır?Heç bir sahibkar bilərəkdən zərərlə sənaye işlətməz! Deməli,armaturun tnunun başa gəlmə( satış ) qiymətivnin 200 dollar olması sahibkara gəlirlə işləməyə imkan verir.

Bashirov Qarib 2019-01-03 12:00:48

Zulfuqarov qardaşlarının qara metal sənayesini məhv edib,tək inhisarçı saxlayanda,əlbəttə gedib ondan soruşacaqsınız,rusumu nə qədər edək.Adamın lap əti tökulur.

Azer 2019-01-03 12:00:48

Qanunvericilikle tenzimlenen (beyan edilen qiymet, uygunsuzluq olarsa qiymetlendirmenin aparilmasi metodlari ve s. Gomruk Mecelessinde eksini tapib) sheyi monopolistden sorushub qiymet beyan etmek teze metotdur,yeqin... Bundan bashqa, monopolist muessise deseydi ki, bize qiymetin 1500 $/ton olmasi serf edir, 1500 $ beyan edecekler?.. Kimin evi yoxdursa ev alin, bu savadla 1 ile evlerin (umumiyyetle her sheyin) qiymeti 2-3 defe artacaq.

Van Gogh 2019-01-03 12:00:48

Bəs bu inhisarçılıq deyil, nədir? Azad rəqabətin yaranmasına mane olursuz. Adını da "yerli istehsalçını qorumaq" qoymusuz) Yəni göz görə-görə xalqı axmaq yerinə qoyub başına corab hörürsüz) Bəli, nəticələri müsbət oldu. Normal kartofun kiloqramı 80 qəpikdən düşmür ki, düşmür) Keyfiyyətli məhsullar TIR-larla Rusiyaya daşınır, qalan zay məhsulları xalqa od qiymətinə satırsız. Ar olsun! P.S. Yeri gəlmişkən - gördüyünüz "işin" müqabilində "Baku Steel Company" sizə nə qədər hörmət edib?

Azer 2019-01-03 12:00:48

Salam. Bunun iqtisadiyyatdan, qiymetlerin tenzimlemesinde dovletin rolu ve ishtiraki formalarindan, daxili bazarin qorunmasi (xarici praktikada bunu nece edirler) ve umumiyyetle dovletin ne demek (vetendashlarin rifahi ucun yaradilmagindan)oldugundan ve en esasi ise DGK-nin (vezifesi monopolistlerin maraqlarini qorumaq deyil) vezife ve funksiyalarindan xeberi yoxdur.

çina 2019-01-03 12:00:48

Başınza dəysin yerli istehsalçını belə qorumaq!istehsalçını qoyursuz ki işləyə?kartofa rüsum qoymaqnan istehsalçını müdafiə edirsən güya??ay kül olsun ....

zaza 2019-01-03 12:00:48

Yerli metallom materialdan duzeldilen armaturla 22 mertebeli binalar tikilir. Dehset Kicik zelzelede bina sinacaq. Ortadan bolunecek. seherimiz dash mezarligina cevrile biler. buna son veren olacaqmi?

NDDI 2019-01-03 12:00:48

Tunzale agayeva deputat murad dadasov deputat edalet sukurov deputat zaur kamal xalq artisti tolik aile qadin usaq problemleri uzre dovlet komitesinin sedri mirsahinnen eynulla fetullayev xaricde sefir ve qarabag danisiqlarinda ciddi irelileyis vanqanin 2020 ci il olkemiz haqda proqnozu

Elli 2019-01-03 12:00:48

Allah sizlərə lənət eləsin neofaşistlər

Mühəndis B. 2019-01-03 12:00:48

Bircə Gomrük deуil. Ozəl dovr "mühüm şəbəkə"уə тəcrübəli müтəxəssis və ciddi şəxs əvəzinə "əlalтı", уа "maliууə cahangirləri"nin тəуinaтı ilə səciууəvidir. Karтofla Armaтurun fərqinə varmaуan dovləт məmuru, general dərsini unudan uşaga, kənar işarəуə müтi əlalтıуa bənzəmirmi? Тaxıl və Kərədən qeуri heç bir qidanın idxalı zəruri deуil. Armaтurun keуfiууəтini Уаpon, BB və уa ТSE тəsdiqləirsə hamısını daha ucuz çoxillik dovləт ehтiуaтına almaq gərəkdir!

Son yazılar