REKTOR-DEKAN DAVASINA DEPUTATLAR DA QOŞULDU - Vüsalə Ağabəylinin cavabı gecikmədi

Azərbaycan Dillər Universitetinin rektoru, yazıçı Kamal Abdulla ilə həmin ali təhsil ocağının dekanı Vüsalə Ağabəyli arasında baş verən qalmaqal, qarşılıqlı ittihamlar getdikcə böyüyür. Dünən məsələ barədə Milli Məclisin iki deputatı danışıb və rektoru müdafiə ediblər. Vüsalə Ağabəylinin cavabı da özünü çox gözlətməyib.

Millət vəkili Qüdrət Həsənquliyev moderator.az-a açıqlamasında deyib ki, Kamal Abdulla tanınmış yazar, yaxşı inzibatçı və ziyalı alim kimi Azərbaycanda hörmət edilən şəxslərdən biridir, rektor kimi ADU-da tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər təqdir olunmalıdır. Onun fikrincə, K. Abdulla rektor təyin olunandan sonra ADU həm qurulan beynəlxalq əlaqələri ilə, həm də keçirilən elmi və ictimai tədbirlərlə ictimaiyyətin diqqətin cəlb etməkdədir. Onun sözlərinə görə, tənqid gərək, əsaslı olsun:

"Əgər kimsə deyirsə ki, universitetin əksər məzunları ingiliscə danışa bilmir və o dediklərində haqlıdırsa, deməli, tədrisin keyfiyyətinin artırılması üçün ciddi işlər görülməlidir. Hansı ki, Kamal Abdulla da bu işlə məşğuldur. Ona görə onu tənqid edənlər kimi tənqid etdiklərinin fərqində olmalı və çalışmalıdırlar ki, qərəzli görünməsinlər. Yeniliklər hər bir sahədə müqavimətlə üzləşir. Kamal müəllim bunu bildiyindən ümid edirəm, o, bütün çətinlikləri dəf edəcək və Prezidentin ona verdiyi dəstəkdən yararlanıb ADU-nu yaxşı mütəxəssislər hazırlayan yüksək reytinqli universitetlərdən birinə çevirəcək”.

Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı son vaxtlar Azərbaycan Dillər Universitetinin əməkdaşının işindəki nöqsanlarla bağlı YAP Nəsimi rayon təşkilatının adının hallandırılmasına münasibət bildirib.

Modern.az-ın bununla bağlı sualına millət vəkili aşağıdakı cavabı verib: "Belə məsələlərdə jurnalistlər məncə dəqiqləşdirmə aparsalar, daha yaxşı olardı. Çox təəssüf ki, bəzi mətbuat səhifələrində Azərbaycan Dillər Universitetində əmək münasibətləri zəminində baş vermiş bir hadisəni yanlış və yalan məlumatla şişirtməyə çalışırlar. YAP Nəsimi rayon təşkilatının sədri kimi bildirmək istərdim ki, partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur. Görünür o, özü özünü sədr elan edib.

Çünki onun bu vəzifəni daşıması üçün Qadınlar Şurasının hesabat seçki yığıncağı keçirilməlidir. Bu seçkilərin keçirilməsi isə partiyanın nizamnaməsinə uyğun olaraq, bu il nəzərdə tutulub. Vüsalə Ağabəylinin çalışdığı universitetdə qarşılaşdığı əmək mübahisəsində partiyanın adının hallandırmağa çalışması görünür, onun vaxtilə "Xural” qəzetində qazandığı qərəzli təcrübədən və zərərli peşə vərdişlərindən qaynaqlanır. Universitet müəllimi kimi yaxşı olar ki, o, üzləşdiyi problemlə bağlı yalan, qarayaxma və böhtan vasitələrindən deyil, qanununun aliliyindən istifadə etsin”.

Məlahət İbrahimqızının bu ittihamlarına dekanın cavabı gecikməyib. O, BakuPost-a açıqlamasında deputatın dediklərindən təəccüblənmədiyini bildirib: "Deputat, Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının "Partiyanın Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının Vüsalə Ağabəyli adlı sədri yoxdur” kimi iradı həqiqət olmasa da, məndə təəccüb doğurmur”.

Dekanın fikrincə, bu, oxşar düşüncəni ifadə edən digər bir iddianı xatırladır: "ADU-nun rektoru Kamal Abdullayev də Universitetdə mənim dekan seçkilərimlə bağlı guya, belə bir seçkinin əslində olmaması ilə əlaqədar sənədlərimi saxtalaşdırmağa göstəriş verib. İki il əvvəl YAP-ın ADU-dakı ilk ərazi təşkilatının sədri universitetin Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev idi. Onun təqdimatı ilə və YAP idarə heyətinin iclasında universitetimizin YAP Qadınlar Şurasının sədri seçilmişəm. İndi hər iki şəxsə – həm Kamal Abdullayevə, həm də Məlahət İbrahimqızına sual ünvanlamaq istəyirəm. Kamal müəllim, necə olur ki, siz dekan seçilməmiş bir şəxsə xeyli müddətdir maaş ödəyir, onun bütün rəsmi sənədləri dekan kimi imzalamasına göz yumurdunuz və bunlar barədə danışmaq indi yadınıza düşüb? Məlahət xanım, nə üçün bu qədər vaxt ərzində siz Rəşid Behbudov küçəsi 134 üzrə İlk Ərazi təşkilatının Qadınlar Şurasının sədri olmamasına münasibət bildirmirdiniz? Mövcud olmadığını iddia etdiyiniz bu sədr, yəni mən – Vüsalə Ağabəyli dəfələrlə sizinlə görüşəndə, telefonla əlaqə saxlayanda niyə heç təəccüblənmirdiniz?

Universitetdəki müxtəlif kafedraların müdirlərinin bir-bir çağırılaraq, fərqli üsullarla mənim əleyhimə yazmağa məcbur qoyulduqlarını bilirdim, lakin Milli Məclisin deputatı, YAP Nəsimi rayon təşkilatının sədri olan bir xanımın da bu sıraya qoşulacağını təsəvvür etməzdim. Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq? Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: "Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”. Vəssalam, Məlahət xanım, "seçki” bu cür keçirilmiş, məsələ bitmişdir. Sərraf müəllim həmin gündən etibarən, heç bir elmi dərəcəsi və elmi adı olmasa da, həm YAP-ın universitet özəyinin sədri, həm də Tərbiyə işləri üzrə prorektor vəzifəsini icra etməyə başlayıb”.

V. Ağabəyli M. İbrahimqızının onun "Xural” qəzetində çalışmasını qabartmasına da toxunub: "Məlahət İbrahimqızı illər öncə, tələbəlik dövrümdə qısa bir müddətdə "Xural” qəzetində sadəcə Mədəniyyət şöbəsində tərcüməçi-redaktor kimi fəaliyyət göstərməyimə xüsusi don geyindirməyə cəhd edir. Bir tələbə kimi mədəniyyət xəbərlərinin tərcüməçisi olmağımda hansı qəbahəti görürsünüz?”.

Qeyd edək ki, K. Abdulla Filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyliyə töhmət verildiyini açıqlayıb. V. Ağabəyli isə rektoru universitetdə ayrı-seçkilik salmaqda, Elmi Şurada müəllimləri təhqir etməkdə, dostunun qızı olan və ingilis dilini bilməyən müəllimə dərs verməkdə, imtahanlarda köçürməyə şərait yaratmaqda günahlandırıb.

635x100

Şərhlər

zakir 2019-01-11 18:32:07

kamal abdulla cox gobud adamdir-o bir defe metbuat surasinda muxalif jurnalistlerin anasini-var-yoxunu aciq metnle soymusdu.

İ.Mustafaoğlu 2019-01-11 18:32:07

Indiki məmurlar təyinat alan kimi yaxşı kadrları işdən azad edərək ,yerinə öz-qohum əqrabasını yığmağa başlayırlar.Belə hallarda vətəndaşların müraciətlərinə əhəmiyyət verilməməsinə gətirib çıxarır. Vüsalə xanımın üzündən-gözündən dövlətimizi, xalqımızı qəlbən sevməsindən xəbər verən gizcilər var.Məmur özbaşnalığına yol verilməməlidir. Araşdırılmalı,tutduğu vəzifəsindən asılı olmayaraq,qanunun aliliyinə əməl etməyənlər öz ciddi cəzasını almalı və başqalarıda görülmüş tədbirdən özü üçün nəticə çıxartmalıdır.

TARİX 2019-01-11 18:32:07

HÖRMƏTLİ KAMAL MÜƏLLİM SİZ YAŞCA,VƏZİFƏCƏ VÜSALƏ XANIMDAN BÖYÜKSÜNÜZ.VƏZİYYƏTİNİZDƏN İSTİFADƏ EDİB XANIMA TƏYZİQ ETMƏK,BU İŞƏ MİLLİ MƏCLİSİN DEPUTATLARINI QOŞMAQ SİZƏ ŞƏRƏF GƏTİRMİR.HARDA FİKİR MÜXTƏLİFLİYİ,DEMOKRATİK ŞƏRAİT VARSA ORADA İNKİŞAF VAR.MAKVELLİ HÖKMÜDAR KİTABINDA YAZIRDI:DEMOKRATİK İDARƏ ETMƏ HEC DƏ YAXŞI İDARƏ ETMƏ ÜSULU DEYİL,ANCAQ İNSANLIQ MÖVCUD OLDUĞU TARİXİ BOYUNCA BUNDAN YAXŞI İDARƏ ETMƏ ÜSULU TAPMAMIŞDIR.KAMAL MÜƏLLİM ERJİNİZİ,VAXTINIZI TƏLƏBƏLƏRİMİZİN BİLİYİNİN,SAVADININ A-NA SƏRF E-N.

Şahin 2019-01-11 18:32:07

Şimdi tavuğun biri ineğe demiş ki “Gel seninle ortak bir iş yapalım.”-inek demiş ki “ne işi?” – tavuk demiş ki “sucuklu yumurta işi.Herkes yiyor sabahları...”. Neyse ineğin aklına yatmış tabi demiş ki - “Nasıl olucak bu ortaklık?” – tavuk demiş ki – “ne nasıl olucak inek? Yumurtalar benden, etler senden...” Anlaşılan o ki birileri ortak sucuklu yumurta işine girmiş. Kim inek kim tavuk olsa bu sucuklu yumurta yeyilecek.Tavuk olan karlı çıkar ama inek olanın canından can gider...KİMSESİZ YAŞAR

Əhməd 2019-01-11 18:32:07

Çox maraqlıdır ki, Sərraf Hüseynovun nə vaxt və necə universitetin YAP sədri seçilməsini niyə heç birimiz xatırlamırıq? Sadəcə Kamal müəllim tərəfindən səslənən bir bəsit cümləni xatırlayıram: “Mən istəyirəm YAP-ın sədri Sərraf müəllim olsun”. Vəssalam, Məlahət xanım, “seçki” bu cür keçirilmiş, məsələ bitmişdir. Sərraf müəllim “Dövlət və yerli özünüidarəetmə orqanlarında siyasi partiyaların təşkilatlarının yerləşdirilməsinə yol verilmir.”; YAP varsa Musavat ola bilər AXÇPdə.

EJDER 2019-01-11 18:32:07

EWWI, BU HOKUMETDE DUZ DANIWANA,IWINI BILENE ,VETENPERVER INSANLARA YER YOXDUR,LUKAWENKO CANI

İ. Mustafaoğlu - Şəki 2019-01-11 18:32:07

Vüsalə Ağabəyli dövlətçiliyimizi,xalqımızı qəlbən sevən dəyərli bir ailədə böyüyüb,boya-başa çatan gənc,savadlı,ciddi və tələbkar bir müəllimədir. Qanun şahdır,şah qanun deyil.İki deputatın,qanunun aliliyini qoyub,şəxsi maraqlar naminə yanaşması demokratik fikirli kadrların məhvinə imza atması deməkdir.Vüsalə xanıma qarşı olan təzyiqlərə son qoylmalıdır.. Vəzifəyə kim təyin alırsa,başlayırlar təmiz əqidəli kadrları sıxışdırıb işdən çıxartmağa...Belə hallarda sosial narazılıqların yaranmasına gətirib çıxarır

Mirzə AĞ 2019-01-11 18:32:07

Etel Lilian Voynicin "Ovod"unu xatırlayın - ağlı çaşmış qoca kardunal Rivaresin qanına "yerikləmiş" katolik "verxuşka"ya deyir: "Götürün, yeyin onu... o məsum tifili...". Nə düşmüsünüz bu cavanın üstünə?

G M 2019-01-11 18:32:07

Hörmətli AZ.Politika İstər Rektor,istərsə də Dekan xanımın fikir ayrılığına pis baxmıram.İş sahəsində bu mükün olan hadisədir.Ancaq o iki deputatın yanaşması tam saxta və yolverilməzdir.Öz sərbəst düşüncə tərzi olayanların digərlərinə ``qiymət verməsi`` ,yaxud da münasibət bildirməsi olduqca acınacaqlıdır.

Əli müəllim 2019-01-11 18:32:07

Bu deputatların məqsədli çıxışı YAP-ın reallıqdan çox uzaq olduğunu sübut edir.Həsənquliyevin və Məlahət xanımın belə münasibəti YAP-a məxsus reallıqdan uzaq münasibətdir.NƏ üçün gənc qadının iradları gölgədə buraxılmalıdır.Son illərdə universitetləri bitirən gənclərin savadsız olduqları dəfələrlə təsdiqlənmişdir.Öyrənməmək üçün ( diplom xatirinə) rüşvətlə və pulla universitet diplomu almaq dəbə çevrilib. Bu hal bütün universitetlərə yayılıb. Müəllimlər belə yoxlama testlərinin 20-30% -nə cavab verə bilir.

t.ədalət 2019-01-11 18:32:07

Digərlərini deyə bilmərəm,ancaq Məlahət xanım,gərək bu gənc xanımın müdafiəsində dayanaydı.Bizim dövlət qadınların imicinin yüksəlməsinə xüsusi fikir verir.Qadınlar ambisiyalardan,haqsızlıqlardan uzaq olurlar.Ona görə də Vüsalə Ağabəylinin,istedadlı bir Azərbaycan qadının hüquqları qorunmalı,onsuz da missiyasını başa vurmuş,istedadı ilə filologiya sahəsində heç bir yeniliyə imza ata bilməmiş Kamal müəllimə- -Yerini gənclərə ver!-deyilməlidir.

3 saуlı MƏKТƏB 2019-01-11 18:32:07

Xəbər büтovlükdə V.Agabəуlinin savadlı müəllim və inamlı rəhbər(dekan) oldugunu gosтərir. K.Abdullanın da ahıl və alim olmasına baxmaуaraq "Babam mənə çor deуib, isтəmədiуimizi vur deib!" sədaqəтini gosтərir. NK və PAnı da dekana qarşı qaldırmaq lazımdır!? Agsaqqal alimə isə isтefa verib, vəzifəsinə тələbkar gənc dekanın тəуinaтını rica eтməsi daha çox уaraşır. Prezidenт dəsтəуinə gəldikdə isə hər ailə onun oz ailəsi və hər vəтəndaşı onun oz ovladıdır!

Son yazılar