BDU-da YENİ TƏYİNAT - Bulvar İdarəsinin rəis müavini universitetə gətirildi

Bakı Dövlət Universitetində (BDU) yeni təyinat olub.BDU-dan verilən məlumata görə, Kadrlar şöbəsinin müdiri vəzifəsinə Nazim Məcidov təyin edilib.

Bununla bağlı universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov əmr imzalayıb.

F.Qurbanovun digər əmri ilə Kadrlar şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Təranə Əhədova vəzifəsindən kənarlaşdırılıb. T.Əhədova həmin şöbədə mütəxəssis vəzifəsində işini davam etdirir.

Xatırladaq ki, Nazim Məcidov uzun müddət Dənizkənarı Bulvar İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Məcidov xəbəri təsdiqləyib: "Yanvarın 11-də BDU rektorunun əmri ilə Kadrlar şöbəsinin müdiri təyin olunmuşam”.

Məlumat üçün bildirək ki, təyinatla bağlı ilk xəbəri strateq.az saytı yayıb.

Qeyd edək ki, ötən ilin dekabr ayında təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetinin rektoru vəzifəsinin icrasına başlayıb.

635x100

Şərhlər

Məlik 2019-01-14 12:47:24

Bu Nazim müəllim ixtisasca həkim olmalıdır. Qabaqlar da həkimlik ixtisasına uyğun olaraq MVD-nin qospitalında işləyib. İndi nə əcəb onu Səhiyyə nazirliyi sayısindı deyil, universitet sahəsində kadrlara rəhbər qoyublar. Heç dəniz kənarında da işini bacarmırdı, velisopedlər bulvarda gəzənlərin üstünə çıxərdı.

Hörmətli Nazim Məcidova! 2019-01-14 12:47:24

Bismillahir-Rəhmanir-Rəhim.Nə tez xoruzun qyruqu göründü? Universitetin rektoru vəzifəsini icra edən Firudin Qurbanov belə bir şübəhəli əmr imzalaması onun kim olduğunu 100% göstərdi.Bu bəy Təranə Əhədov haqqında bir olmuş əhvalat. 2 il bubdan qabaq Dənizkənarı Bulvar İdarəsinin saytında bu bəyin iş telefon nömrəsini tapdım. Ona zəng vurdum.Təklif və iradlarımı ona demək istəyirdim.İstəyimlərimdən biri o idi ki,niyə Dənizkənarı Bulvarında olan saatlar çıxarılb? İndiyə kimi bərpa olunmayıb! Çətinliklə zəng etdim.Bu məllimin birici sualı belə oldu! Sənə bu nömrəni kim verib? Dedim ki,Sizin saytdan götürmişəm.Mənimlə danışmadı və dərhal dəstiyi yrinə qoydu. Bir neçə saatdadğn sonra sayta girdim nə görsəm yaxşıdır? Onun və başqa rəhbər və işkilərin telefonları saytdən pozulmuşdır!Bu belə məllimdir.

AAgahuseyn 2019-01-14 12:47:24

COX uqurlu təyinatdır.Təbrik edirəm.

Obyektivə 2019-01-14 12:47:24

Bulvardakl çayxana və kababxana müdirlərini təcili BDU-ya kafedra müdirləri vəzifəsinə gətirmək lazımdır. Onlar çox intellektual və pul qazanmağı bilən adamlardırlar. Biabırçılıq! Gör təhsili nə hala saldılar! Ziyalılar susurlar. Yuxudadırlar. Oyanın yuxudan ay ziyalılar! Baxın görün, Azərbaycanın təhsil flaqmanını nə vəziyyət salıblar! Bütün sahələrdə olduğu kumu təhsil sahəsində də milli lider Heydər Əliyevin həyatda yoxluğu özünü qabarıq şəkildə göstərir.

Obyektiv 2019-01-14 12:47:24

Nazim m. chox intellektual ve savadli bir shexsdir.. Bele tefekkurli insanlar nadir hakkarda olur. Ancaq o kimi yerden bura gelmesi ele de boyuk vezife deyildi.. Yeqin bele meslehet olunub..

t.ədalət 2019-01-14 12:47:24

Bulvar idarəsindən kiminsə BDU-ya gətirilib məsul vəzifəyə təyin olunmasından kabab iyi gəlir.

kjhjN 2019-01-14 12:47:24

Nəsə bu bulvar idarəsi güclü tramplin rolunu oyunayır səhv etmirəm sə oradan nazir də olmaq olur orada

Veteran 2019-01-14 12:47:24

Men tek bir weyi bilirem ki, bugunun realligi ondan ibaretdir kim hara teyin olunursa etrafina dost-taniwini toplayir. Indi Mecidovun nece bir insan olmasinin metlebe hec bir dexli yoxdur. Nazim Mecidov bulvar idaresinde yoxeeee kanalizasiya idaresinde de iwlemiw olsaydi yeni rektoru "qane" eden wexs kimi bu vezifeye getirilecekdi.

Ali 2019-01-14 12:47:24

Bravo! Nə gözəl!!! Abeəl M-in kadr sahəsində müdrik siyasətini icra etmək üçün vaxtı ilə kolonioyada çalışmış birisini gətirmişdi. O da müəllimlərlə "nadzor" dilində danışırdı. Sonradan bir hadisədən sonra Abel. M. onu çıxardası oldu. İndi də Firudin Qurbanov BDU-da kadr siyasətini bulvar səviyyəsində idarə edən super mütəxəssis tapıb. Bu təyinat Firudin Qurbanovun özünün kadr siyasətinin necə olacağı barədə fikir yürütməyə əsas verir. Yəqin prorektor kimi içəri şəhərin qoruğunun şöbə müdirini təyin edər

G M 2019-01-14 12:47:24

N Məcidov çox etikalı,mərifətli insandır.Hər halda bu işinin də öhtəsindən layiqincə gələcək. Köhnə bir Dost kimi ona yeni işində uğurlar arzulayıram.

muzaffar 2019-01-14 12:47:24

Ocalanin qohumuna benzeyir!

Son yazılar