AXCP fəalı 15 sutka həbs olundu

AXCP Sabunçu rayon şöbəsinin üzvü Zaur Məmməd bu gun evinə gələn polis tərəfindən saxlanılıb və məhkəmənin hökmü ilə 15 sutka inzibati qaydada cəzalandırılıb.

Avropa.info xəbər verir ki, məlumatı AXCP mətbuat xidməti yayıb. Z.Məmmədovu məhəllədə kimisə söyməsi ilə bağlı həmin şəxsin şikayəti əsasında cəzalandırıblar.

Partiyanın mətbuat xidmətindən isə bildiriblər ki, Z.Məmmədə seçkilərdə fəallıq göstərdiyi üçün cəza verilib. Z.Məmmədin anası onunla görşmək istəsə də polis buna icazə verməyib.

Qeyd edək ki, Zaur Məmməd bu gün həqiqi hərbi xidmətə yola düşməli idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar