SABIQ NAZİRLƏRİN MİLYARDLARI YENİDƏN GÜNDƏMDƏ - Əllərindən alınıb problemli kreditlərə yönəltmək təklif olunur

Azərbaycanda vəzifədən çıxarılan bir sıra yüksək vəzifəli sabiq məmurların var-dövləti, gözqamaşdıran sərvətləri haqda məlumatlar yeni deyil. İllərdir ki, ölkə mətbuatında bu haqda yazılar dərc olunur, xəbərlər tirajlanır. Sabiqlərin əksəriyyəti məhz vəzifədə olduqları illərdə varlanıb, biznes imperiyası qurublar. Bu gün vəzifələrini itirsələr də, dövləti talamaqla əldə etdikləri mal-mülklərinin böyük əksəriyyətini qoruyub saxlaya biliblər. Dünyanın dörd bir tərəfində gəlir gətirən obyektləri, hotelləri, ticarət mərkəzləri bu gün də var.

Aydındır ki, sabiqlərin biznesinin əsasını büdcədən talanan milyardlar təşkil edir. İlkin kapital xalqdan oğurlanan vəsaitlə təşkil olunub, doymadan yeyiblər, xaricə transfer ediblər. Bu gün də şad-xürrəm yaşayırlar.

Sabiq nəqliyyat naziri Ziya Məmmədov, onun qudası - sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, sabiq vergilər naziri Fazil Məmmədov  və başqalarının büdcədən çırpışdırdıqlarının “sərhədləri” son dərəcə genişdir. Ziya Məmmədovun, Heydər Əsədovun əsasən Türkiyədə böyük biznesləri, hotelləri, tekstil fabriklərı, Fazil Məmmədovun Avropa ölkələrində hotelləri, zavodları, Eldar Mahmudovun, onun həbsdə olan qudası Cahangir Hacıyevin Böyük Britaniyada şirkətləri haqda bu günə qədər  məlumatlar yayılıb, təkzib edilməyib. Sabiqlərin bizneslərinə dair reyestrlərdən çıxarışların surətləri belə həmin yazılara əlavə olunub.  Mətbuatda sabiq məmurların varidatları haqda məlumatlardakı rəqəmləri üst-üstə gəlsək, bir neçə 10 milyardı aşan rəqəmlər ortaya çıxar.

Tanınmış vəkil Əsabəli Mustafayev “Yeni Müsavat”a bildirdi ki, işdən çıxarılan məmurların əmlaklarının əllərindən alınması mümkündür: “Biz də eşidirik ki, sabiq məmurlar xaricdə özlərinə mal-mülk alır, ölkədən pullarını çıxarıb xaricə daşıyırlar. Bu məlumatlar yoxlanılmalı, ictimaiyyətə bu haqda xəbər verilməlidir. İctimaiyyət bu məlumatların əldə olunmasında çox maraqlıdır. Çünki bu, xalqın puludur, mənimsənilib, yeyilib, xaricə daşınıb. Burada müvafiq hakimiyyət orqanlarının məsuliyyəti var. Əhaliyə ilkin olaraq məlumatlar verilməli, araşdırma aparılıb-aparılmaması deyilməlidir. Pulların xaricdən geri qaytarılması üçün addımlar atılmalıdır. Həmin pullarla xalqın qaz, işıq, su və s. kommunal xərcləri, tibb xərcləri, kredit borcları və bu kimi çoxsaylı problemlərini həll etmək mümkündür. Elə ölkə daxilində də sabiq nazirlərin qiyməti milyonlarla ölçülən mülkləri var.  Onların mülklərinin əllərindən alınması çox yaxşı olardı, amma bir şərtlə ki, həmin mülklər qanunla alınmalı və hərracda satılıb pullar büdcəyə qaytarılmalıdır. Məmurların xaricdəki əmlakları üzərinə həbs qoyulması da çox asan məsələdir”.

Похожее изображение

Əsabəli Mustafayev deyir ki, hazırda Londonda Azərbaycan ictimaiyyətinin diqqət mərkəzində olan bir məhkəmə çəkişməsi davam edir. Söhbət Eldar Mahmudovun qudası Zamirə Hacıyevanın Londonda istintaqa cəlb edilməsindən gedir: “Aydındır ki, həmin əmlaklar, xərclədiyi pullar Zamirə Hacıyevanın özünün olsaydı, o, məhkəmədə dərhal bu haqda ifadə verib mənşəyini göstərə bilərdi. Amma xanım Hacıyeva aylardır ki, məhkəməyə xərclədiyi pullarla bağlı sənəd təqdim edə bilmir. Azərbaycanda onun həyat yoldaşı Cahangir Hacıyevə qarşı da olduqca ciddi ittihamlar var. Söhbət 4 milyard 700 milyon manat pulun mənimsənilməsindən gedir.  Belə bir vaxtda Zamirə Hacıyevanın Londonda 10 il ərzində xərclədiyi milyonlarla dolların mənbəyi hansı biznes ola bilər? Azərbaycan dövləti onların Londondakı əmlaklarına həbs qoyulub satılmasını və pulların dövlət büdcəsinə qaytarılmasını tələb edə bilər. Bunun üçün hüquqi mexanizm mövcuddur. Digər məmurlarla bağlı da eyni addımlar atılmalıdır. Birincisi, məhkəmə hökmü ilə göstərilməlidir ki, həmin məmurların əmlakı müsadirə olunsun. Müsadirə barədə məhkəmə hökmü olandan sonra qanun yol verir ki, həmin əmlaklar satılmaq üçün hərraca çıxarılsın.  Hərracda satıldıqdan sonra əldə edilən vəsait dövlət büdcəsinə yönləndirilir. Dövlət büdcəsindən xalqın  problemlərinin həlli üçün həmin vəsaitlər ayrılmalıdır”.

Hüquqşünas deyir ki, bəzən dövlət əmlakını, vəsaitlərini talamış məmurların öz adına demək olar ki, rəsmi heç bir əmlak olmur: “Bakıda ”Trump Tower" tikiləndə hamı bilirdi ki, hoteli tikən Ziya Məmmədovdur. Bu gün həmin hoteli Ziya Məmmədovdan almaq üçün uzağa getmək lazım deyil. Oğlu Anar Məmmədovun Trampın şirkətinə addan istifadə üçün ödədiyi pulun məbləği ilə bağlı məlumatlar var. Trampın şirkətinə sorğu verilir və cavab alınır. Bundan sonra digər hüquqi addımlar atılır və bu və ya digər obyektin kimə məxsus olması təsbit olunur. Yəni çox ciddi istintaq aparmadan belə sabiq nazirlərin mal-mülkləri haqda məlumat toplayıb həmin əmlakların xalqa qaytarılması istiqamətində addımlar atıla bilər".

Əsabəli Mustafayev deyir ki, hökumətin belə məsələlərə diqqət etməsi vacibdir: “Bu pullar xalqındır. Bakıətrafı kəndlərdə, rayonlarda xalq qaz-işıq pulunu ödəyə bilmir. Sabiq nazirlərin ətrafı 5 min dollarlıq şampan içir, ən bahalı maşınlarda gəzir, pulları sağa-sola səpələməklə məşğuldurlar. Həmin xərclənən pullar Azərbaycan xalqının kisəsindən - dövlət büdcəsindən oğurlanıb. Bu gün Azərbaycanda heç bir nazir gəlir deklarasiyası vermir. Gəlir deklorasiyası yoxdursa, hər gün bir əmlak alan nazirə də demək olmur ki, ay balam, axı sənin məvacibin 2 min manatdır, sən 10 milyonluq mülkü hansı hesabdan alırsan? 100-200 min manatlıq maşınları əlcək kimi hansı hesabdan dəyişirsən? Məmurlar deklorasiya versələr, məlum olacaq ki, illik gəlirləri heç 20 min dolları aşmır, amma illik xərcləri azı 2 milyon dolları aşır”.

Hüquqşünas bu addımların tezliklə atılmasının vacib olduğunu da vurğulayıb.

Картинки по запросу Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, sabiq məmurların əmlaklarının, mal-mülklərinin “milliləşdirilməsi” olduqca vacib məsələdir: “Azərbaycanda yerli məhkəmələrin qərarları yetərlidir ki, belə əmlaklar müsadirə olunsun və auksion vasitəsilə satılıb problemli kreditlərə, bir çox digər sosial məsələlərə xərclənsin. Amma ölkədən çıxarılan vəsaitlərlə bağlı vəziyyət bir qədər qəlizdir. Bu istiqamətdə çox ciddi iş aparılmalıdır, dövlətin dəstəyi ilə xüsusi hüquqşünaslar qrupunun yaradılmasına ehtiyac var. Həmin qrup beynəlxalq məhkəmələrdə iddialar qaldırmalı, beynəlxalq hüquq çərçivəsində müvafiq məhkəmə qərarlarının verilməsinə nail olunmalıdır”.

Natiq Cəfərli deyir ki, bu gün vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 700 milyon manatdır. Kredit alanlar arasında imkansızlıq ucbatından borcunu ödəyə bilməyənlərin sayı kifayət qədərdir: “Bu adamlar Azərbaycan vətəndaşlarıdır, hansılar ki, dollarla kredit götürüblər, 2 devalvasiyadan sonra həmin borcları ödəyə bilməyiblər. Dövlət məhkəmələr vasitəsilə sabiq nazirlərin əmlaklarını müsadirə edib, banklara təhvil verə, 1 milyard 700 milyon manat problemli krediti bağlaya bilər”.

Natiq Cəfərli deyir ki, keçmiş məmurların məhkəmələrə çıxarıldıqda şantaja keçə biləcəkləri də göz altına alınmalıdır: “Məhkəməyə çıxarılanda məmur deyə bilər ki, vəsaitləri oğurlayanda ona nəzarət etməyiblər, təkbaşına etməyib. Yerli məhkəmələrdə belə şantajlara əhəmiyyət verilmədən bu proses mütləq gerçəkləşdirilməlidir. Bu, Azərbaycanda korrupsiyanın kökünü kəsmək üçün olduqca vacib qərar ola bilər”.

Natiq Cəfərli adları sadalanan nazirlərin əmlaklarının müsadirəsindən əldə ediləcək məbləğlərin 1 milyard 700 milyon manatı dəfələrlə üstələyəcəyini deyir: “Çox böyük məbləğdə vəsaitləri bu yolla büdcəyə qaytarmaq, xalqın problemlərinə xərcləmək olar. Araşdırmalar, məhkəmə qərarları da mütləq olmalıdır ki, bu gün də vəzifədə olan, həmin oğurluqlara ”göz yuman" şəxslər də müəyyən edilərək cəzalandırılsınlar. Cəza mühiti olmalıdır ki, başqa məmurlar bir daha xalqın cibinə girmək, büdcəni talamaq haqda düşünməsinlər".

635x100

Şərhlər

ZAur-a cavab 2019-02-12 11:52:16

Dövlət içində dövlət yardılıb,adına da YAP qpyublar.Ona görə YAP-çıların bütün ciayətlərinin üstünü özləri örtür.Talançılıq,kütləvi oğurluq, korrupsiya, tərəfkeşlik, yerlibazlıq ,qohumbazlıq YAP-da cövlan edir, cinayətlər açılmaıç saxlanılır,dövlət əmlakı.vari-datı göz önündə dağıdılır..

Zaur 2019-02-12 11:52:16

İnsanları düşündürən odur ki, Məmmədov Ziya yaxın qohum-qardaşlarından ibarət qrup təşkil edib ölkənin milyardlarla ölçülən pulunu, əmlakını, sərvət və vəsaitini mənimsəyibdir yenə də dəstəsi ilə azadlıqda gəzir. Belə də, iş olar? Sovet vaxtı on min rubldan çox pul mənimsəyəni güllələyirdilər heç meyidini də yiyəsinə vermirdilər. Niyə bu adamlar həbs olunmur.

İlham 2019-02-12 11:52:16

TALANÇILARDAN Hamısından millətə atılmış 100-lərlə milyatdları qaytarıb almaq lazımdır. Uzun illər külli miqdarda gəliri olan bir ölkədə kasıb əhalinin vəziyyəti çox çətindir. Əhali də artıq bilir ki məmurlar tərəfindən atılıblar ona görə də narazılıq artıb. Əhalidə bir qaynaşma yaranıbdır.

Sus 2019-02-12 11:52:16

Özünüzü yormayın,onlar çoxdan "təmizə" çıxıblar...İndi bu oliqarxlar təmiz və günahsızdırlar.

hellas 2019-02-12 11:52:16

Sabiq nazirlərdə əvvəlki qədər milyardlar qalmayıb...Əmi canı qorxusu yoxdur.

muellime 2019-02-12 11:52:16

. Axir ki, ........... Oqrudan Kasiba Halaldi ! Ey Mitinq sen nelere Qadirsenmis ! ! ! Qizima Boyrek kocutmusem. 25 000 manat almisam. 23 000 $ kocurtmusem. 30 000$ yene isteyirler. Beyirler devolivasiyada ehali gunahkardi. Gunahkardi ki, bu dovletin Vetendasidi! Kimden kime sikayet etmek lazimdi 3 ildi bir " Kisi " axtaririq tapmiriq. 4 ilde dovlet dialize pul xerclemediyi ucun Budceye 50 000 manat xeyir vermisik. Zahid Orucdan cavab esitmek isterdim. MM dekilardan o daha aktivdi...ifademe gore uzr

Cəfər 2019-02-12 11:52:16

Geçikirsiniz.Bir yiyəsiz adam olsa idi çoxdan həbsə atılıb.əmlakları da möhürlənərdi.Bunlar isə öz keflərində davam edirlər....2-3 adamda illik ölkə büdcəsi necə toplana bilib?

vuqar 2019-02-12 11:52:16

GELIN BU MILLETE BOS.BOS VEDLER VERMEYEK DOVLETIN BEYEM BU ADAMLARIN MALIK OLDUQLARI MLRD.$ SERVETLERINDEN XEBERLERI YOXDUR? ERMENILER RUSLARDAN 3-4 EDED SU-30MKI ALMAQ ISTEYIR BUNU ELE QELEME VERIRLER KI LAP DUNYANIN SONU KIMI! BIR CESARETLI MEMUR CIXIB DEYE BILMIRKI BEYEM AY MILLET QORXMAYIN... MISAL UCUN FAZIL MEMMEDOVUN RUSIYADA VEYA BELARUSIYADA BIR ISTIRAHET MERKEZINE XERCLEDIYI PULA ABS. ISTEHSAL ETDIYI 5.CI NESIL ANALOQU OLMAYAN F-22RAPTOR QIRICILARINDAN 65 E

Analitik 2019-02-12 11:52:16

Bu yaxin vaxtin probLemleri deyildi. Neche iLLerdi imkansiz tebeqe "bankLar"in acgoz-sirtiq buxovLarindan qurtuLa bilmirLer! Insan Chorek pulunu, muaLice vesaitLerini tapa bilmediyi halda, uzu qara "banklar" da bu terefden kasib-kusubun qesdine dayanibLar.. KreditLeri odeye biLmeyenLere de bir (ceynenmish) "siper" qaLdiriblar: "goturmusen, biLmirdin ki, odemeLisen?!" Ancaq nedense onLara bu suaLi veren oLmadi ki: Bes azgin %-Ler qoyanda, bunun bir guzeshti de olmazdi?! Sanki, ali "HEGEMON OEQAN" imishLer!..

Insan 2019-02-12 11:52:16

Hugugshunaz birazda vezifede olanlardan danishsiz. Huner ede bilmir? Ancag vurulandan sonra hamiviz ...

t.ədalət 2019-02-12 11:52:16

Bu adamların oğurladığı pullar ilə Azərbaycan büdcəsini on il yola vermək olar.Özü də ki indiki "dövlətin qəpiyə güllə atdığı" vaxtda bu vacibdir!Mənzil tikintisi ilə məşğul olan deputatların,şəhər icra başçılarının da haram yolla mənimsədiyi bir elə pullara da işıq salmaq lazımdır.Keçmiş müd.naziri və onun komandasının da topladığı haram pullar tayalarladır.Haram pulları halala çevirmək üçün dövlət addım atmasa haramxorlar onu yeyəcək..

rashad haciyev 2019-02-12 11:52:16

Kimdi alan kimdi veren .Vaxtinda Qerbe yatiriblar Qerbde KAddafinin pulunu verdiyi kimi verecek ne de Seddamin pulu kimi evler villar tikendense zavod fabrik acardilar .... baxardiki is yerleri yaradirlar el deymezdi ki , xeyr verirler .Indi ise bizim hesaba avropadakilar kef edir .Ip de getdi Sap da o puldan elinizi uzun mohterem Azerbaycan xalqi ....

EJDER 2019-02-12 11:52:16

HESAB EDIREM KI,HARINLAWMIW MEMURLERI MUTLEQ CEZALANDIRMAQ LAZIMDIR.BARMAQ ,XEBERDARLIQ...XARICI INVESTOTLARI YATIRIM ETMEYE YALVARACAN...MEMURLARDAN ALIN PULU.HAMISIDA ...ESGERLERIDI.MIX KIMI DURUBLAR,LUKAWENKO CANI.YOXSA XARICDE KATAKOMBA REMONT EDIRLER,PUTINCIN MOST TIKIRLER.PUTIN KQB EWNIKDI...ATACAQ...SARIKOZYEL CANI

yengibar 2019-02-12 11:52:16

Niyə keçmiş? Bəs indiki nazirlər, deputatlar, icra, komitə nə bilim nə başçıları? Novruz Məmmədov (A.Rasizadənin atasına rəhmət) çöldə çobanlarla tutaşmışdı ki, əzgil, moruq, gicitkən, göbələk yığırsan vergisini ver.Bəs 2005-ci ildə qəbul edilmiş gəlir bəyannamələri haqqında qanun niyə yada düşmür? Hesab edirəm ki, ilk olaraq Novruz Məmmədov, Oqtay müəllim (ha fikirləşdim familiıni yada sala bilmədim, dağıl ey MM) Vergilər, Maliyyə, Gömrük nazirləri bu bəyannamələri təqdim etməlidirlər.

Bashirov Qarib 2019-02-12 11:52:16

Bu pafoslu rəylər kimə lazımdır?Axı,bu DÖVLƏTDİR.Çıxanların əmlakı alınırsa,bu cinayətlərin təsdiqi deməkdir.Deməli,onlar uzunmuddətli həbslərə atılmalıdır.....

Analitik 2019-02-12 11:52:16

.. Bu hele chox gecikmish bir qerar olardi.. ILLerdi imkansiz tebeqe mecburen bu "bankabenzerler"den kredit goturub, sonra qaytara biLmeyende bu haqda ancaq (praktiki) "kosmetik muzakireLer" apariLdi ve neticede de, "banka"Lar bezediLdi.. Hansi ki, onLaein ucbatindan ne qeder felaketLer bash verib.. intihar eLeyenLer, xesteLiye tutuLanLar, aiLesi dagiLanLar ve hetta omru kesiLenLer de oLdu!.. (( O biri "terezi"de ise kef-damaq ichinde uzen memurLar ve bir chox bezi imkanLi ish adamLari buna Laqeyd olduLar!

Son yazılar