"ABEL MÜƏLLİMLƏ ƏLAQƏ SAXLADIM, ZƏNGİMƏ CAVAB VERMƏDİ ..." -  Misir Mərdanov

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun səhhəti ilə bağlı açıqlama verib.

M.Mərdanov Unikal.org-a açıqlamasında Abel Məhərrəmovun xəstəxanaya yerləşdirilməsini təsdiqləyib:“Vallah, mən də bu xəbəri ilk dəfə KİV-lərdə oxudum. Dərhal Abel müəllimin özü ilə əlaqə saxlamaq istədim, ancaq zəngimə cavab vermədi. Narahat olub, yenidən yaxınları ilə əlaqə saxladım. Bildirildi ki, Abel müəllim dünən səhər saatlarında özünü narahat hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib. Hazırda səhhəti normaldır. Həkim nəzarəti altındadır”.

Qeyd edək ki, Abel Məhərrəmov xəstəxanaya ürək çatışmazlığı diaqnozu ilə daxil olub və təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra dünən palataya köçürülüb.

Abel Məhərrəmovun səhhəti ilə bağlı həkimi açıqlama verib. Mərkəzi Klinik Xəstəxanasının baş həkimi, ürək-damar cərrahı Kamran Musayev açıqlamasında bildirib ki, Abel Məhərrəmovun səhhəti hazırda normaldır: “Abel müəllim dünən Mərkəzi Klinik Xəstəxanasına daxil olarkən təzyiqi yüksək idi. Buna görə, ona tibbi müdaxilə etdik. Dünən xəstəxanada həkim nəzarəti altında saxladıq və təzyiqi normallaşdı. Hazırda Abel müəllimin səhətində problem yoxdur, bu gün evə buraxılacaq”.

635x100

Şərhlər

Vuqar Emrullayev 2019-02-13 13:28:54

salam bu Abel muellim kimi pulu cox seven adam yoxdu men AZERTACDA ishleyenden gorurem nece pulu sevir shekile bele pul vermek istamir

Oğru 2019-02-13 13:28:54

Deyilənlərə görə, Misir müəllimin xeyli miqdarda pulu Almaniyada yoxa çıxıbmış, amma hörmətli professor səsini belə çıxarmayıbmış... Bu azmış kimi, ona digər bədbəxtliklər də üz veribmiş, amma Misir Mərdanov təkidlə susmağa üstünlük veribmiş... Görəsən, Misir müəllimi susmağa vadar edən səbəb nədir və hələ nə qədər susa biləcək...

AAgahuseyn 2019-02-13 13:28:54

Allah hec nəyi cəzasız qoymur.

sitare 2019-02-13 13:28:54

3000-4000 manatin bashi agrayirdi.

Son yazılar