MƏŞHUR FHN GENERALI BORC QALMAQALINDAN DANIŞDI - "Bankdan pul alarlar da..."

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayev barəsində yayılan xəbərlərə münasibət bildirib. O, musavat.com-a açıqlamasında ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu olması haqda xəbərlərin doğru olmadığını deyib.

Şahmar Paşayev bankdan verilən kreditin təyinatı haqda da danışıb. Deyib ki, dostluq münasibətində olduğu Hacı Əli Həziyev bankdan kredit alıb, kredit verilərkən o, zamin dayanıb: “Dostum bankdan kredit alıb, mən də zamin durmuşam. Birincisi, bu adam İqtisadi İnkişaf Nazirliyindən 10 illiyə pul götürüb. Kreditin 10 ilinin tamamlanmasına 7 il qalıb. Hacı Əli pul götürəndən sonra, həmin o bank ləğv olundu. Buna ordan deyiblər ki, sən İqtisadi İnkişaf Nazirliyinə 1 faizini ödə, banka isə ödəmə. Necə deyiblər, onu eləyib və indi də deyirlər ki, belə-belə olmalıdır. Bu yazıq da deyir ki, demirsiz ki, o biri faizləri də ödə, onu da ödəyirəm. Burda Şahmar neyləsin? Qayda belədir ki, kredit götürən şəxsə kimsə də zamin durur. Mən də zamin durmuşam. Mənim şirkətim var? Mənim firmam var? Pulu götürüb, hara xərcləyib, təyinatı hara gedib, araşdırsınlar”.

Şahmar Paşayev deyib ki, kredit veriləndən sonra İqtisadi İnkişaf Nazirliyi pulun təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlayıb: “İqtisadi İnkişaf Nazirliyi onu 100 dəfə yoxlayıb. Orada hamısı var. Hamısı qaydasındadır. Həmin 4 milyonun 1 milyonunu da hələ ödəməyiblər. Bu şikayət edib məhkəmədə ki, bank ləğv olunub, mənim 1 milyonum qalıb orada, həmin pulu ala bilmirəm. Mənim o pulumu verin. Bankdan pul alarlar da. Başqa nə almaq olar ki? Adam girov qoyub, pul götürüb”.

Ş.Paşayev adının hallanmasına etiraz edib: “Pulu götürən var, mənim adım hallanır. Hacı ildə neçə milyon dövlətə vergi verən iş adamıdır. Bu məsələdə mənə aid tək bir şey var, o da zamin durmağımdı, vəssalam. Yazırlar ki, külli miqdarda borcum yaranıb banka... Pul götürmüşəm ki, borcum da qalsın?!”

General kreditin təyinatı haqda da danışıb: “Kredit veriblər ki, zamin durduğum Hacı Əli gedib iş görsün. Dövlət yardım edir ki, get iş gör, bu da gedib görüb. Pulu təyinatı üzrə xərcləyib. Aparıb özünə xərcləməyib ki! Aybaay faizini də verib. Məhkəmə bankın faizi ilə bağlıdır. Burada Şahmar Paşayev nə etsin? Zamin durmaq cinayət etməkdir? Əgər adam dövlətin pulunu verə bilməyəcək, girov var, yönəldəcəklər girova, satıb, dövlətin pulunu götürəcəklər. Qanun bunu deyir. Hacı Əli dövləti istəyən adamdır, çörək verən adamdır. Yüzlərlə adama iş yeri açıb. Bu adam bankdan kredit alıb, iş görür, 100 adamı işə götürüb. Vergisini də verir, 3-5 manatı niyə verməsin?!”

Ş.Paşayev deyir ki, yerli məhkəmə Hacı Əlinin xeyrinə qərar verib, İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi də gəlib məhkəmədə iştirak edib. Məktub veriblər ki, banka pul ödənməsi qənaətbəxş deyil: “Sonradan banklar birləşdirilib, deyiblər ki, faizlər yığışıb, apar keçir. Bu da gedib keçirəcək. Şahmar Paşayevin kimə borcu var? Mənim adımı niyə hallandırırlar?”

 

***

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Şahmar Ənvər oğlu Paşayevin ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-ə külli miqdarda borcu var. AzNews.az-ın məlumatına görə, generalla bank arasında borc məsələsi uzun müddətdir ki, davam edir.

Belə ki, 2018-ci ilin oktyabr ayının 10-da Ali Məhkəmənin hakimi Ənvər Şadıyev aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edərək işi yenidən baxmaq üçün apellyasiya məhkəməsinə göndərib.

Qeyd edək ki, məhkəmə prosesində iddiaçı kimi ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC, cavabdeh qismində isə Paşayev Şahmar Ənvər oğlu, Alza Holding-1 MMC və Həziyev Əli Həsən oğlu tanınıb. İddiaçı məhkəmədə ilkin olaraq borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi qoyub. Qarşılıqlı tələb kimi isə ilkin iddia tələblərinin qanunsuz hesab edilməsi qoyulub. Ancaq Ali Məhkəmə iddiaçının tələbini təmin etməyərək generalın xeyrinə qərar çıxarıb. Çıxarılan qərardan narazı qalan, ləğv prosesində olan Qafqaz İnkişaf Bankı ASC-nin apellyasiya şikayətinə fevral ayının 19-da Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçiriləcək iclasda baxılacaq.

Xatırladaq ki, Şahmar Paşayev ötən əsrin axırlarında Xətai rayonu RPİ-nin 37-ci polis bölməsinin rəisi vəzifəsində işləyərkən gündəmə gəlib. O, uzun illər həmin vəzifədə işləyəndən sonra Yasamal RPİ-nin rəisi vəzifəsinə təyin olunub. Sonrakı illərdə xeyli dəyişikliklər baş verib.

Bakı BPİ rəisinin birinci muavini işləyən Cavadağa Sultanov vəzifəsindən azad olunub və bu posta yenə də Şahmar Paşayev gətirilib. 2007-ci ildə Ş. Paşayev Şirvan şəhərinin, Şamaxı rayon Polis Şöbəsinin rəisi işləyir.

2014-cü ilin aprel ayında müəyyən səbəblərdən Daxili İşlər orqanlarından xaric edilir. Həmin vaxt Ş.Paşayev mətbuata açıqlamasında işdən öz ərizəsi ilə çıxarıldığını, buna səbəb kimi isə səhhətində yaranmış problemləri, artıq işləyə bilmədiyini əsas göstərir.

Lakin cəmi bir neçə ay sonra o tamam başqa bir nazirliyə vəzifə tutur.

Belə ki, fövqəladə hallar naziri Kamaləddin Heydərovun əmri ilə, Ş.Paşayev 2015-ci ilin yanvar ayında FHN-in Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin rəisi vəzifəsinə gətirilir. Bir neçə ay sonra isə (18 noyabr 2015) o daha yüksək vəzifəyə təyinat alır. Nazirin əmriylə Ş.Paşayev Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi təyin edilir. Sonra isə Paşayev FHN sistemində general rütbəsinə layiq görülür.

635x100

Şərhlər

Əli 2019-02-18 13:40:36

Bu milyonlarda milyardlarn yox heç olmasa biz az da bizə verərlərmi? Hamısını özləri yeyir. Doğrudan da düzgün yazıblar yuxarıda bunlar ölkənin,xalqın var dövlətini kredit kimi götürüb atırlar və manadı da çalışıb öldürəcəklər. Sonra 2 şirvanla 2 milyonu,200 şirvanla 2 milyardı ödəyəcəklər. Artıq onlar indiki vəziyyətdə 100 milyon kimsə götürübsə 100 milyon udub. Ona görə hökumət talançılardan milyarları qaytarmaq fikri olsa gərək "dolar 78 qüəpik" hesablaşması olsun.

Miri 2019-02-18 13:40:36

TALANÇILAR ÖZ İŞLƏRİNDƏDSİRLƏR....

Qara 2019-02-18 13:40:36

Alma fagirin ahini,cixar aheste-aheste.Bundan pul almaq olar?....

Moshu 2019-02-18 13:40:36

Еще одно, меня все время угнетает мысль, откуда находятся большие люди, которые дискредитируют власть, назначая таких нечистых на руку людей на высокие должности?

Moshu 2019-02-18 13:40:36

За такую родину даже не в критический момент я бы отдал все. Вы пишете, что не нужно вести такие параллели с другими чиновниками. Если высшее должностное лицо считает себя чиновником, он должен вести себя подобающим образом. А то, что написано в статье «MƏŞHUR FHN GENERALININ BANKA KÜLLİ MİQDARDA BORCU ÜZƏ ÇIXDI – Qalmaqal» конечно должно проверяться скрупулезно правоохранительными органами. А то, что написано в статье это возможно благодаря большим связям и своей должности, и куда не крути и не верти, и на азербайджанском, и на русском и на English называется коррупция и такие субьекты должны понести заслуженное наказание.

Moshu 2019-02-18 13:40:36

Уважаемый (уважаемая) Мархамат я очень даже понимаю Вашу обеспокоенность по поводу г-на генерала Ш.Пашаева. К сожалению Ваши доводы не совсем убедительны и с Вас получится не хороший адвокат. Конечно каждый гражданин имеет право получить кредит и оспорить его в суде. Однако, давайте посмотрим каждый ли гражданин Азербайджана сможет получить кредит? Поверьте мне, никто не собирается создавать ажиотаж. Насчет любви к родине. Никто даже не сомневается в том, что г-н Ш.Пашаев не любит родину и он не настоящий патриот.

lerikden Mehemmed Qasan emi 2019-02-18 13:40:36

bang meselesin hec ibrahim nehremli ve digerleri milyonlari somurdu buda qulaqindan diwleyib bir az, amma esas meseleye siz baxin adam omru boyu polis olur ve birden conur olur FHN generali, hardadir mentiq ,hardadir qanun? tamami ile mewe qanunlari ile Azerbaycanda ekseryeti general olur., Zakir Hesenov oz adamlarina ( hansi ki hec herbici deyil)Necimeddin oz adamlarina ( hansi ki hec laiq deyil) Kemaleddin ise vapwe kime geldi,oz cangudenlerinden tutmuw belencik polis albatroslara qeder dostlarina payladi

Мархамат 2019-02-18 13:40:36

Не могу понять логику авторов аналогических статей . Разве гражданин не имеет право получать кредити оспаривать его в судах . Почему вы хотите создавать ажиотаж . Я лично знаю Пашаева Шахмара как человека любешего свой народ в хорошем смысле без кавычек настоящий патриот . Я уверен что в критический момент он не задумаясь отдать все даша сваю жизнь за наше государство . Ненужно вести такие параллели с другими чиновниками .

sespel 2019-02-18 13:40:36

Adamın, pulun var, nə istəyirsən edə bilərsən.Bir şeyi başa düşmək lazömdır ki, indi biz x111 əsr feodal qurluşunda yaşayırıq.Təki xəzinə dolsun.Belə təlxək millətə bu da azdır!

Bashirov Qarib 2019-02-18 13:40:36

General nə etməliydi ki,bunun da ailəsi,ehtiyacları var. Görub Hacı İbrahim Nehrəmli 850 milyon göturub dənizdə avanturya şəhər salır,dagıda dagıtdır,bu da ucundan qulagından 5-6 milyon göturub.

Pahib 2019-02-18 13:40:36

Dövlətə millətə atılmış miyardların çoxu kredit adı ikə götürüb atılıb. Verənlər də dollar 100-1000 manat olanda verəcəklər. Ona görə talançı məmurlar çalışırlar devalvasiya olsun bir neçə min dollarla milyardlla dollar dəyəri olan manatı ödəsinlər. Bu və bunun kimilər də atacaq idilər heç səsi də çıxası deyildir. Dünyada ölkədə gedən proseslər talançıları məcbur edir bu kimi atım əməliyatları ortaya çıxır.

Son yazılar