ƏBİYEVİN AÇIQLAMASI AZƏRBAYCANA ZƏRBƏ VURDU- Müdafiə nazirilə görüşılərdən imtina edilir

Almaniya və Fransa müdafiə nazirliklərinin nümayəndə heyətlərinin Bakıya səfərləri təxirə düşür

Avropa Birliyinin bir sıra dövlətlərinin müdafiə nazirlikləri Azərbaycana bu ilin sonuna qədər edilməsi planlaşdırılan səfərlərinin təxirə salınması üzərində düşünürlər. Böyük ehtimalla Almaniya və Fransa nümayəndə heyətlərinin bu ilin noyabr ayında Azərbaycana gözlənilən səfərlərinin qeyri-müəyyən ertələnməsi ehtimalı var. Bu barədə “Bizim Yol”a “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi hərbi mənbələrə istinadən məlumat verib. Məlumatda qeyd edilir ki, səfərlərin təxirə salınması bir sıra texniki məsələlərlə əlaqələndirə bilər.

Qeyri-rəsmi mənbələrdən “Doktrina” JHAM-a daxil olan məlumata görə, əslində əsas səbəb kimi Azərbaycan Müdafiə Nazirliyinin ABŞ səfiri ilə görüşdə diplomatik qaydaları pozması, özəl danışıqları gizli şəkildə yazması göstərilir.

Qeyd edək ki, beynəlxalq konvensiyalar çərçivəsində imzalanmış öhdəliklərə görə, rəsmi Bakı təhlükəsizlik sahəsində həyata keçirilən qapalı danışıqların məzmununu heç bir halda açıqlamamalıdır. Bu danışıqların audio və video lentə alınması isə ümumiyyətlə, yolverilməz hesab olunur. Amma göründüyü kimi, son olaylarda Müdafiə Nazirliyi ona olan etibarın itirilməsi təhlükəsi ilə üz-üzə qalıb. “Qərbdə düşünürlər ki, son olaydan sonra Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə təmaslarda həddən ziyadə ehtiyatlı olmaq lazım gələcək” - deyə məlumatda bildirilir.

Yeri gəlmişkən, bu ilin sonunda Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyindən Azərbaycana yüksək səviyyəli nümayəndə heyətinin gəlişi gözlənilir. Bu səfərdə əsas məqsəd Əfqanıstanan qoşunların çıxarılması istiqamətində mövcud vəziyyəti və Xəzərdə enerji təhlükəsizliyi məsələlərini müzakirə etməkdir.

Azərbaycan Müdafiə Nazirliyində baş vermiş son olayldan sonra bu səfərin baş tutub-tutmayacağı da sual altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar