İCRA BAŞÇISININ QƏFİL ÖLÜMÜNÜN SƏBƏBİ AÇIQLANDI - "...orada zəhərlənib"

Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.Bu barədə Axar.az-a başçı ilə eyni binada yaşadığını bildirən ictimai fəal Fimar Asimqızı deyib. O qeyd edib ki, başçı Yasamal rayonunda yaşayırmış.

“Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib”, – o deyib.

Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub:“Həyat yoldaşı Yasamaldakı 286 saylı məktəbdə müəllimə işləyir. Qonşuların dediyinə görə, hadisə baş verən vaxt başçısının həyat yoldaşı evdə olmayıb. Rövşən müəllim özü isə hamamda olub və dəm qazından da orada zəhərlənib”.

F.Asimqızı onu da deyib ki, R.İbrahimovun Londonda təhsil alan oğlu faciə barədə məlumatlıdır və hazırda Bakıya qayıdır.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, R.İbrahimovun dəm qazından dünyasını dəyişməsi barədə onlarda məlumat yoxdur:

“Rəsmi müraciət olunarsa, fakt araşdırılacaq”, – SN mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gecə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, 1967-ci il təvəllüdlü Rövşən İbrahimov dünyasını dəyişib.

***

Azərbaycanda icra başçısı qəfildən ölüb."Report"un bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov gecə saatlarında vəfat edib.

Naftalan şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova "Report"a açıqlamasında faktı təsdiqləyib.

Məlumata görə, o, Bakı şəhərində yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Rövşən İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub.

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2014-cü il tarixli sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 18 may 2018-ci il tarixli sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

NURəddin 2019-02-25 16:40:50

...ÖLÜM ELƏ TƏKCƏ KASIBLAR ÜÇÜN DEYİL HA. TƏKİ ƏSGƏRLƏRİMİZİN CANI SAĞ OLSUN.

N sayli mektebin muellim heyeti 2019-02-25 16:40:50

Allah tehmet elesin. Basci vezife basinda rayonda niye oturmur ki?

Ayzek 2019-02-25 16:40:50

havanı bir az da zırrayın qazın içinə(necə ki benzinə qazı zırrayırlar) camaat daha asan yolla əziyyətsiz- zadsız dünyasını dəyişə bilsin.Əkbərlə mollalar şərikinə işləyirlər.

seymur 2019-02-25 16:40:50

deyecekler ki tecili yardim tez qelib dunyanin her tetinde 911 polis hekim fovqalade birqe ishleyir ona qorede olum hallari azdi bir sozle bu tecili yardim verilmelidi fovqalade nazirliyine

Son yazılar