Gültəkin Hacıbəyli Böyük Britaniya səfiri ilə görüşüb

«Böyük Britaniya üçün Azərbaycanla iqtisadi əlaqələr önəmli olduğu qədər demokratiya, insan haqları da az əhəmiyyət daşımır»

Bu gün Milli Şuranın Beynəlxalq Münasibətlər Komitəsinin sədri Gültəkin Hacıbəyli ilə Böyük Britaniyanın ölkəmizdəki səfiri İrfan Sıddıqla görüşüb. Bu barədə qəzetimizə məlumatı G.Hacıbəyli verib. Görüşdə Azərbaycanda seçkidən sonra yaranan durum, seçkilərə ATƏT DTİHB-nin verdiyi rəy müzakirə olunub. Səfir İ.Sıddıq ölkəsinin ATƏT DTİHB-nin seçkilərlə bağlı verdiyi rəyi bölüşür və Böyük Britaniya üçün Azərbaycanla iqtisadi əlaqələr önəmli olduğu qədər demokratiya, insan haqları da az əhəmiyyət daşımır. Səfir bəyan edib ki, Böyük Britaniya bundan sonra da insan haqları, demokratiya məsələlərində Azərbaycana dəstək verməyə davam edəcək.

Görüşdə eyni zamanda seçki sonrası durum, siyasi həbslər, insanların siyasi baxışlarına görə təqib olunması da geniş müzakirə olunub. Tərəflər vurğulayıblar ki, Azərbaycanda sərbəst toplaşmaq, söz və mətbuat azadlığının təminatı demokratiyanın inkişafı üçün mühüm şərtlərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar