ŞÖBƏ MÜDİRİ DİREKTORUN OTAĞINA QUMBARA ATDI - Azərbaycanda ŞOK hadisə

Sumqayıtda işdən çıxarılan şöbə müdiri direktorun otağına qumbara atıb. Hadisə bir neçə gün öncə baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətinin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələn həmin idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsində işləmiş Şirin Aslanov R.Baxşəliyevdən onu əvvəlki işinə bərpa etməyi tələb edib.

Direktor yox cavabı verəndən sonra Ş.Aslanov onu döyüb.

Daha sonra Ş.Aslanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxararaq direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıqdan partlayış baş verməyib.

Hadisə yerinə gələn polislər Ş.Aslanovu tutub. Onun barəsində Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi açılıb. (Demokrat.az)

635x100

Şərhlər

antiAbu 2019-03-04 18:32:16

Müstəqil məhkəməsi olmayan ölkədə bu hadisəni normal hesab etmək lazımdır. Hacıbala kimi, bu şəxsin müdiri də beş-altı işçisini bu yazığın üzünə durduracaqdı, sonra pulunu verib, bütün məhkəmələrdə sifarişli qətnamələr çıxaracaqdı. İndi bu oyuncaq qumbaradan sonra bu adam öz işini daha da çətinləşdirdi Onsuz da Azərbaycanda müdirin qanunsuz əməllərinə qarşı çıxmanı dövlət çevirilişi kimi qiymətləndirirlər. Allah özü bu adama kömək olsun! İnsanı gör nə hala salırlar, nəyə vadar edirlər? Allahdan qorxmurlar.

Fikrət Hacıyev 2019-03-04 18:32:16

Artıq 6-cı sutkadır aclıq elan edirəm. Hələ ki, işdən qovmayıblar işə bu vəziyyətdə gedib gələcəm. Amma nə dövlət orqanlarından, nə də siz mətbuatdan bir reaksiya yoxdur. Xahiş edirəm heç olmasa bu linklərdəki canlı efir çıxışlarımı paylaşın: https://www.facebook.com/fikret.hajiyev/videos/2205800406146655/?t=0 https://www.facebook.com/fikret.hajiyev/videos/2207451602648202/?t=0 https://www.facebook.com/fikret.hajiyev/videos/2208842469175782/?t=0

Genc Molla 2019-03-04 18:32:16

Bu qumbaralarla Qarabağa necə gedək.Drektor bu səhnəni quraşdırıb ki,rusiyadan aldığımız silahların duxta olduğunu hamıya bəyan eləsin.Mən belə anladım.Qudrət özü bilər.

Bashirov Qarib 2019-03-04 18:32:16

hansı durumda olub ki,bu addımı atıb.Hamı ailə saxlayır. Bu cur addım atmaga eytiyac yox idi.İşə görə olmaz yəqin.

Son yazılar