ZİYA MƏMMƏDOVUN 100 MİLYONLAR “SİLDİYİ” ƏMLAKLARA SAHİB ÇIXAN YOXDUR -  Su qiymətinə satılır

Dərc olunub: 11/03/2019 - 15:00

img1641302

Ziya Məmmədovun nəqliyyat naziri olduğu dövrdə alınaraq Bakıya gətirilən avtobuslar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəfələrlə hərraca çıxarılsa da, satılmır. Axar.az xəbər verir ki, vaxtilə istifadə edilən Almaniya və Koreyadan alınan avtobuslar artıq 2 ildir ki, hərraca təqdim edilir. Lakin indiyə qədər alıcı tapılmayıb. Auksiona ümumilikdə 35 avtobus təqdim edilib ki, onlardan 27-si “Daevoo BC212MA”, 8-i isə “Man Lion S Klassik A-74” markalı avtobuslardır. 2008-2009-cu il istehsalı olan bu avtobuslar Azərbaycana 2008-2010-cu illərdə gətirilib.

Dəfələrlə eyni qiymətlə hərraca təqdim edilən avtobuslara alıcı olmadığı üçün qiyməti demək olar ki, yarı-yarıya endirilib. Belə ki, ilk hərracda 22.500 manata təqdim edilən “Man Lion S Klassik A-74” avtobusları sonuncu hərracda 18.750 manata təqdim edilmişdi. Bu hərracda isə 12.500 manata təqdim edilib.

İlkin endirilmiş qiyməti 12.150 manata olan “Daevoo BC212MA” avtobusları isə indi 6.750 manata satışa çıxarılıb.

Xatırladaq ki, fəaliyyəti ləğv edilən Nəqliyyat Nazirliyi tərəfindən ölkəyə gətirilən bu avtobusların satışı üçün hərrac 9 aprel tarixində həyata keçiriləcək.

“AzPolitika.info” onu da əlavə edir ki, bu avtobuslar dövlət sifarişi ilə vaxtilə sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğluna məxsus “Transgate Azerbaijan” şirkəti tərəfindən gətirilib. 2008-ci ildə Bakı şəhərinə 200 ədəd “DAEWOO”, 40 ədəd “MAN”, 20 ədəd “MAZ”, həmçinin 350 ədəd müxtəlif markalı iritutumlu avtobus gətirilərək paytaxtdaxili xətlərə buraxılıb. Bu proses sonrakı illərdə də davam etdirilib. Nəqliyyat Nazirliyinin o zamankı hesablamalarına görə, həmin illərdə Bakı şəhərində orta və iritutumlu 1000-dən artıq avtobusa ehtiyac olub.

2008-ci ildə avtobusların alınmasına və gətirilməsinə dövlət büdcəsindən Nəqliyyat Nazirliyinə 25 milyon manat ayrılıb. 

2010-cu ildə Nəqliyyat Nazirliyi Cənubi Koreyadan 300 “DAEWOO” avtobusu alaraq Bakıdakı marşrut xətlərinə buraxıb.

Ümumilikdə isə Azərbaycan Nəqliyyat Nazirliyinin xətti ilə 2008, 2009 və 2010-cu illərdə Almaniya, Koreya, Çin, Özbəkistan və Belarusdan 948 ədəd iri və orta tutumlu avtobuslar alıb. Bu müddət ərzində müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə 798,3 milyon dollar xərc çəkilib.

Dövlət büdcəsi hesabına Bakıya gətirilən bahalı avtobusların hər birinə ən azı 100 min dollar xərclənib. Hətta bəzi markalardan olan avtobusların alınma və gətirilmə xərclər daha yüksək olub. Məsələn, Almaniya istehsalı olan “MAN” markalı avtobusların biri Azərbaycan dövlətinə 250 min dollara başa gəlib. İrandan gətirilən və “M-trans” şirkətinə məxsus sarı rəngli “Mercedes” markalı avtobuslar əsasən şəhərlərarası, Koreya istehsallı “DAEWOO”, Almaniyanın “MAN” və Belarusdan alınmış “MAZ”lar isə Bakıda sərnişindaşımaya buraxılıb. Bundan başqa, Türkiyə, Çin, Ukrayna, hətta Özbəkistan və Qırğısıztandan da Bakıya orta tutumlu sərnişin avtobusları gətirilib.

Paytaxtda sayına görə birinci sırada olan “DAEWOO” avtobuslarının qiyməti isə 156 min dollar olub. Bütün avtobuslar dövlət vəsaiti hesabına alınsa da, sonradan həmin nəqliyyat vasitələri kredit yolu ilə özəl nəqliyyat şirkətlərinə satılıb.

Ekspertlər avtobuslrın belə başa gəlməsini korrupsiya ilə bağlayıb. Müxtəlif markalı avtobusların xaricdən alınmasına və gətirilməsinə ayrılan 798,3 milyon dolların böyük hissəsinin mənimsənildiyi bildirilir. Araşdırala zamanı da şirkətlərin avtobuslarının satış qiymətləri ilə Nəqliyyat Nazirliyinin ictimaiyyətə açıqladığı qiymətlkər arasında kəskin fərqlər ortaya çıxmışdı…

Bu gün cəmi 10 il əvvəl 250 min dollara alınan avtobusın 10 min dollara satıla bilməməsi 100 milyonların havaya sovrulduğundan xəbər verir.

Xatırladaq ki, Z.Məmmədov nazir olarkən faktiki olaraq, paytaxtda sərnişindaşıma xidməti göstərən şirkətlərin hamısı Nəqliyyat Nazirliyinin patronajlığı ilə yaradılıb. Dövlət büdcəsi hesabına alınan avtobusların böyük əksəriyyəti isə yalnız bir şirkətin – “Transgeyt”in əlində cəmləşmişdi. Dövlətin pulu hesabına ölkəyə gətirilən yüzlərlə avtobusun bir şirkətin əlində cəmləşməsi, az bir hissəsinin isə ağır şərtlərlə ayrı-ayrı sürücülərə verilməsi və onların Nəqliyyat Nazirliyinin çətiri altında işləməyə məcbur edilməsi faktdır. Bu inhisarlaşma Bakıda sərnişindaşımanın keyfiyyət göstəricilərinin ildən-ilə aşağı düşməsi ilə nəticələnirdi.

Ä°lgili resim

Qeyd edək keçmiş Nəqliyyat Nazirliyinin yüz milyonlarla dollar hesabına alıb ölkəyə sırıdığı avtobusların böyük əksəriyyətində heç bir standarta, tələbə uyğunluqdan söhbət gedə bilməzdi. Bunlar sadəcə korrupsiya layihəsi idi ki, “uğurla” həyata keçirilmiş sayıla bilər.

Rasim
AzPolitika.info








loading...


Fikrinizi bildirin