MAHMUDOV ORTAYA ÇIXMASA... - Evinin qarşısında aksiya olacaq

"Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində mağazaları və malları yanan sahibkarlar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun evinin önündə etiraz aksiyası keçirə bilərlər. 

Bu barədə "AzPolitika.info"ya yanğın zamanı zərərçəkmiş sahibkarlardan biri məlumat verib. Onun sözlərinə görə, zərərçəkmişlər "Diqlas”ın sahiblərindən biri olan Eldar Mahmudovun oğlu Anar Mahmudovun nə özünün, nə də Ticarət Mərkəzinə icarə haqqını yığan adamlarının onlarla maraqlanmamasından qəzəbləniblər. Buna görə də Eldar Mahmudovun yaşadığı evin qarşısına gedərək, etirazlarını ifadə etmək istəyirlər.

"Bildiyiniz kimi "Diqlas” Ticarət Mərkəzinin iki sahibi olub. Onlardan birinin hərbi prokurorun qardaşı, iş adamı Şahmar Vəliyev, digərinin isə Anar Mahmudov olduğu bildirilir. Şahmar Vəliyevin Ticarət Mərkəzinin idarəçiliyini tapşırdığı şəxslər sahibkarların önünə çıxaraq, müəyyən vədlər versələr də, Anar Mahmudovun adamları ümumiyyətlə ortadan yox olublar. Bu da haqlı olaraq zərərçəkmiş sahibkarları qəzəbləndirib" - deyə "AzPolitika.info"ya məliumat verən mənbə bildirib.

Mənbə "Diqlas”da yanğının baş verməsinə görə əsas məsuliyyətin təhlükəsizlik qaydalarına əməl etməyən Ticarət Mərkəzinin sahibi olan şəxslərin, o cümlədən Anar Mahmudovun üzərində olduğunu bildirdi. Qeyd etdi ki, bununla əlaqədar Anar Mahmudovla bağlı cinayət işinin açılması da istisna deyil.

Yeri gəmişkən qeyd qeyd ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev də bildirib ki, baş verən hadisədə obyekt rəhbərlərinin də məsuliyyəti böyükdür:“Obyekt tikən zaman tikinti norma və qaydalarına tam riayət olunmalı, artıq yüklənməyə icazə verilməməli, nəzarətçilər olmalıdır. Bura insanların kütləvi ticarətlə məşğul olduğu yerdir. Şükürlər olsun ki, kütləvi tələfat olmadı... Mən hər dəfə ora daxil olanda demişəm ki, bura barıt çəlləyidir. Demişəm ki, burada bir hadisə olsa, insanlar salamat çıxsa, böyük şeydir.”

Rasim

AzPolitika.info

635x100

Şərhlər

махмудов елман 2019-03-28 17:35:29

bas obtektin tikintisina kim icaza verib kim nazarat edib BAKI Kolxoz deyil prospektin genislanma hissasida obyek tikilir hec bir saharsalma ganunlarina riayat edilmir yoxsa bu dafa GUNAHKAR SIRVANSAHDIR

AYRİM 2019-03-28 17:35:29

Belkə deyəsiz ki Diqlası gəncəlilər yandırıb? Yaxud Elmar Vliyev od vurub? Bəs onda bu ərazidən hər ay məvacib alan muhafizə polisi hara baxırdı? Yaxud ictimai asayiş bəyəm polisin üzərində dəyilmi? yaxudda ki polis hec olmasa baş verə biləcək hadisədən nədən xəbərsizdi? daha yaxud nədən dövlətimiz bu qədər polisə əmək haqqı vərirki onların hec nəyə faydası yox ?

EJDER 2019-03-28 17:35:29

O,ELDAR TOXUNULMAZDI...NIYESINI BU ANALOQU OLMAYAN HAKIMIYYET BILIR,YAXWI BILIR.PULUNUZ ARTIQLANASI ILE TEZ BIR ZAMANDA VERILECEK,ANALOQU OLMAYAN HOKUMETIMIZ TEREFINDEN...LUKAWENKO CANI .KEYF ELEYIN...DIV,WUWE MESELESIDI,HEC HARAHAT OLMAYIN,HUMANIST ADDIMIN WAHIDI OAJAQSINIZ

Alı 2019-03-28 17:35:29

Bütün günahlar İMADƏDDİN NƏSİMİNİNDİR.Nəsimi ilində onun dərisini yenidən soymaq lazımdır.Vəssəlam.Probem həll olundu.

Ulviyye 2019-03-28 17:35:29

Orda işdeyen sahibkarlara maraglı deyıl niye yanıb onlara deyen ziyanın ödenmesini etiraz edirler bele menasız melumatları siyasete baglamagın.cox gülmeli bir xeberdi

O.B.N 2019-03-28 17:35:29

Mahmudov vəzifədə olanda sahib olabilərdi,vəzifədən gedənin əlində belə gəlirli sahə qala bilməz,yırtıcılar coxdan özükünüləşdirb.ANS-in arxvinə yaxşı baxın,gecəikən yaşıllığı qrıb yerində Diklası kim tikdı özüdə PA-n əməkdaşı demişkən «halalıqla».Bu yanğında uduzan xırda sahibkarlar və büccə olacaq.Necəki,İES-dəki yanğında oldu.Ola bilsin desinlər ki bu müəssiənin hec sahibi olmayıb,elə deyirdik vətəndaşlarımız dolansın.

Son yazılar