BAKININ MƏRKƏZİNDƏ RƏZALƏT – “Metropark” yüzlərlə ailənin sağlamlığını təhlükə qarşısında qoyub! (FOTOLAR)

“Azərsu” Bakının mərkəzində yaranmış “çirkab bataqlığına” niyə göz yumur?

Yazıya əlavə etdiyimiz bu fotolar hansısa ucqar rayondan və ya Bakıətrafı qəsəbədən çəkilməyib. Bura Bakının mərkəzi küçələrindən biridir – Nəriman Nərimanov metrostansiyasının 50-60 metrliyidir. Yolları, binaların qarşısını, zirzəmiləri basan bu su isə dolub-daşan kanalizasiya xətlərindən axan çirkab sulardır.

AzPolitika.info-nun əməkdaşı bu gün Ağa Nemətulla 39, 40, 42 saylı binaların sakinlərinin çağırışı ilə həmin ərazidə olub. Şikayətçilərin dediyinə görə, onlar 2 ildən artıqdır belə anti-sanitariya şəraitində yaşamağa məhkum olunublar. Problemin yaradıcısı isə Azərbaycanın oliqarx-nazirlərindən birinə məxsus olduğu bildirilən “Metropark” əyləncə və ticarət mərkəzidir. Belə ki, bu ticarət mərkəzi 2 il əvvəl istifadəyə verilərkən onun kanalizasiya xətti yaxınlıqdakı yaşayış binalarının kanalizasiya xəttinə birləşdirilib. Lakin 50-dən artıq yaşı olan bu xəttlər əlavə yükü götürə bilməyib. Bu səbəbdən kanalizasiya tez-tez tutulduğundan çirkab sular yolları, binaların zirzəmilərini və həyətləri basır. Yəni minlərlə insanın həyatı təhlükə altında qalır. Ən dəhşətlisi isə odur ki, kanalizasiya sularının basdığı binalardan birinin birinci mərtəbəsində Nərimanov rayonu 37 saylı Körpələr Evi-Uşaq Baxçası yerləşir. Fotolardan da gördüyünüz kimi, baxçanın uşaqları binanın qarşısını basmış kanalizasiya sularının üstündən keçərək içəri daxil ola bilirlər.

Sakinlər deyir ki, 2 il ərzində şikayət etmədikləri instansiya qalmayıb. Dəfələrlə şəxsən “Azərsu” prezidenti Qorxmaz Hüseynovun adına məktub yazıblar. Lakin bütün bu şikayətlərin heç bir nəticəsi yoxdur. Hər dəfə “Azərsu”nun işçiləri gəlib tutulan xəttləri açıb gedirlər, lakin 2-3 gündən sonra yenidən hər tərəfi çirkab suları basır. Birinci mərtəbələrdə yaşayan sakinlər məcburiyyətdən zirzəmilərə dolan çirkab suları nasoslarla küçəyə vururlar.

Kanalizasi suları azmış kimi, “Metropark” ticarət mərkəzinin zibil qutuları da yüzlərlə ailənin yaşadığı binaların 8-10 metrliyinə qoyulub. Bu zibilxanadan ətrafa yayılan üfunət iyi də əlavə bir problemə çevrilərək ərazini yaşanılmaz hala gətirib.

Bakının mərkəzində yaranmış bu acınacaqlı vəziyyətlə bağlı “Azərsu”nun mətbuat xidməti ilə danışmaq cəhdimiz baş tutmadı.

Ümid edirik ki, “Azərsu” və digər aidiyyatı dövlət qurumları yüzlərlə ailənin, o cümlədən 37 saylı baxçanın körpələrinin həyat və sağlamlığını təhlükə altına atan bu rəzalətə tezliklə son qoyacaqlar.

Vaqif Nəsibov

[caption id="attachment_50178" align="alignleft" width="640"]

"Metropark"ın zibil qutuları[/caption]

[caption id="attachment_50182" align="alignleft" width="640"]

37 saylı baxçanın qarşısı[/caption]

[caption id="attachment_50187" align="alignleft" width="640"]

Kanalizasiya sularının üstündən keçən baxça uşaqları[/caption]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar