"EVİMİZİN ALTINDA 12 ƏXLAQSIZLIQ YUVASI VAR, SAHİBİ DƏ..." – Politoloqdan ŞOK açıqlama

"Obyektlər həmin şəxsin bibisi oğlunun adına qeydiyyatdan keçirilib... Onu bu obyektlərin “mamaroza”sı kimi tanıyırlar"

Bəzi yaşayış obyektlərinin ətrafında əxlaqsızlıq təbliğ olunur və getdikcə adi hal alır. Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, cəmiyyəti bir neçə gündür narahat edən bəzi əxlaqsız videoların yayılması təsadüfi deyil: “Hər şey cəmiyyətin mövcud yaşam tərzinin bu və ya digər formada təzahürüdür. Biz nə vaxt əxlaqsızlıq yuvalarına, pritonlara qarşı geniş mübarizə apardıq ki, indiki nəticədən də təəccüblənək?”

Politoloq qeyd edib ki, son bir neçə ildə bu “biznes” sürətlə inkişaf edir: “Mənim yaşadığım S.Rəhimov küçəsi bina 189-da da bu səpkili obyektlər fəaliyyət göstərir. Sözsüz ki, bu obyektlər gənclərə, uşaqlara neqativ təsir edir. Biz burada yaşamırıq, zülm çəkirik. Bizim yaşadığımız binanın altında ən azı 12 əxlaqsızlıq yuvası fəaliyyət göstərir. MİS-in sənədlərində S.Rəhimov küçəsi bina 189 kimi qeyd edilsə də, bu obyektlər R.Behbudov 98 və R.Behbudov 100 ünvanlarında yerləşir. Bu ərazilərdəki binaların zirzəmiləri bu cür yerlərlə doludur. Əvvəllər bu yerlər “masaj salonu” adı ilə fəaliyyət göstərsə də, artıq daha açıq şəkildə priton kimi çalışdığını gizlətmirlər. Bu yerləri işlədən şəxs Beyləqan rayonundandır və keçmiş gömrük işçisidir. Əvvəllər burada yerləşən bütün obyektlər onun olsa da, artıq bir qismini satıb. Obyektlər həmin şəxsin bibisi oğlunun adına qeydiyyatdan keçirilib. Burada əsas işi görənlərdən biri də çeçen qadındır. Onu bu obyektlərin “mamaroza”sı kimi tanıyırlar”.

Q.Hüseynlinin sözlərinə görə, həmin ərazidə artıq bu cür obyektlərin sayı artmaqdadır: “Belə ki, bu yerlərin yaxşı qazandığını görən ətraf obyektlər də artıq bu cür fəaliyyət yolunu seçirlər. Həmin ərazidə Maştağalı Hacı kimi tanınan biri öz çayxanasını dəyişərək bu cür fəaliyyətə başlayıb. Digər tərəfdən, həmin yerin yanında yerləşən bir kafe var idi. Kafenin də artıq əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərdiyi deyilir. Bir sözlə, ətraf obyektlərin hamısının suyu bir-birinin üzərinə sıçrayıb. Maraqlısı budur ki, buradakı MİS də həmin əxlaqsızlıq yuvalarının birinin yaxınlığında yerləşir, ancaq onların fəaliyyətini məhdudlaşdırmaq üçün heç bir addım atmır”.

Q.Hüseynli vurğulayıb ki, sözügedən şəxsin obyektləri təkcə onların binasının altında deyil: “Onun Təzə bazar tərəflərdə də 20-yə qədər belə obyektinin olması deyilir. Təxminən 1 ay bundan öncə həmin obyektlərdə yoxlama oldu və qapadıldı. İndi yenə hər şey “nizama” düşüb, onlar əvvəlki kimi “çalışırlar”. Biz bina sakinləri olaraq bu barədə rəsmi qurumlara da müraciət etdik. Ümid edirəm ki, qısa müddətdə tədbirlər görülər. Burada hansı qonşuya yaxınlaşsanız, bu problemi deyəcəklər. Açığı, mən həmin şəxsin özü ilə də bu barədə danışmışam. O artıq məni görəndə bu işlə məşğul olmadığını bildirir”.

Maraqlıdır, Azərbaycanda əxlaqsızlıq yuvaları, priton işlətmək nə vaxtdan qanuniləşdirilib? Hüquq-mühafizə orqanları niyə Bakının bəzi kücələrinin gecələr "can bazarına" çevrildiyini görmürlər?  

635x100

Şərhlər

Hüseynliyə 2019-04-03 00:31:14

S Bir ərizəiz necə Ali təhsil almısınız ki, belə halarda kimə müraciət ediləcəyini bilmirsiniz? Bilmirsinizsə deyim:Adresi göstərməklə POlis idarəsinəmüraciət edirsiniz və ərizənizə çavab alırsınız.Cavab sizi qane etməsə DİN-nə,onlar da məhəl qoymasa aldığınız cavabların surəti ilə Baş nazirə şikayət edirsiniz ki,Siz bu biabırçılıq barədə kimlərə müraciət etdiniz.aldığınız cavab Sizi qane etmədi və real araşdırma aparılmasını tələb edirsiniz.Əgər oradan da qane edici cavab almasanız.o zaman Prezidentə yazın

haqq 2019-04-03 00:31:14

ALLAH KAFIRLERE LENET ELESIN

EJDER 2019-04-03 00:31:14

BELE ANALOQU OLMAYAN HOKUMETIN...SENIN KIMI ANALOQU OLMAYAN POLITOLUQU OLMALIDI.POLIS OLAN YERDE MIS NE EDIR.POLIS NE ISTESE EDIR...100 ILYINDE KI,...CIXIWA BAXIN....BIZDE POLIS KIMI QORUYUR,HIYYY.

Elxan 2019-04-03 00:31:14

Bu ölkənin qorxaq politoloqu sözündə deyə bilmir.

AYRİM 2019-04-03 00:31:14

.... bu obyektlərə hec olmasa ayda bir dəfə baş vurmusanmı qaddan alım...

Müfəttiş 2019-04-03 00:31:14

Belə obyektlərin əksəriyyətinin himayəçiləri, polis görəvliləridir....

turan 2019-04-03 00:31:14

Başa düşmürəm politoloq nə düşüb bu MİS-n üstünə. ölkədə insan alverinə qarşı mübarizə idarəsi var..şikayətini MİS-ə yox onlara et ..

nizami 2019-04-03 00:31:14

Bu "savadli" politoloq bilmir ki, Menzil Istismar Sahesi (MIS) bu mesele ile bagli selahiyyet sahibi deyildir. Lazimsiz siyasi sohbetler eden bu politoloq ondansa rayon polis idaresinin adina bir resmi muraciet gondersin.

Q.Hüseyinliyə 2019-04-03 00:31:14

Çox gözəl görürlər və bilirlər.Ancaq ya sahibinə hörmət edirlər,ya haqlarını alıb susurlar.ya da ki,yuxarıdan himayə olunduqlarından bilərəkdən onlara yaxın gəlmirlər. Bura yetim qalmış Azərbaycandır.Kim istəsə və imkan verilirsə soyur. Guya Siz bilmirsiniz?

Bashirov Qarib 2019-04-03 00:31:14

Şair S.Rustəm demişkən sənə yar,səndən yar,şikayətim var. Bu nufuzda olan politoloqumuz da öz ailəsinin şərəfini qorumaq uçun dərdini deməyə yer tapmırsa,hər şey aydındır.Aydın olmayan odur ki,ölkədə nə isə bir şeylər baş verir,amma bunun adını tapa bilmirik

Ilqar 2019-04-03 00:31:14

Daxili Iwlar Nazirliyinin aksar .... amakdawlarin himayasi altinda bu axlaqsizlir yuvalar faliyyat gostarirlar. Polis amakdawlari bela yerlardan ayliq ruwvat alirlar...

Son yazılar