Mingəçevirin polis rəisi Ramil Usubovu aldadıb? - Daha bir intihar müraciəti

“Nazir ona əsəbləşib oğruları təcili həbs etməyi tapşırdı. O nazirə söz verdi ki, oğru tutulacaq və qadına dəymış ziyanın odənilməsi təmin olunacaq”

Mingəçevir şəhəri Ə.Vahıd kücəsı ev2, mənzil 75-in sakını Nəbiyeva Gülər Cümşüd qızı “AzPolitika.info” saytı vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu müraciəti son ümid yeri kimi qələmə aldığını bildirən G. Nəbiyeva, nəticəsi olmayacağı halda intihardan başqa çıxış yolunun qalmadığını bildirir: “Cox xahiş edirəm müraciətimi işıqlandırın. Bəlkə buna bir reaksiya verələr. Ayrı çıxış yolum yoxdur. Bundan da bir şey çıxmasa, körpudən özünü atan, ya od vurub özünü yandıranın da biri mən olacağam.”

Vətəndaşın müraciətini qısa ixtisarla və zəruri redaktə ilə təqdim edirik:

“Möhtərəm Prezident!

Siz hər zaman məmurların işının xalqa xidmət olduğunu qeyd edir, onları Sizdən nümunə götürərək, xalqa xidmət etməyə, özbaşınalığa və qanunsuzluğa son qoymağa cağırırsınız .Amma bəzıləri bu cağırışlara məhəl qoymayaraq, xalqın canını boğazına yığır, hətta intihar həddinə belə çatdırır. Mıngəçevir şəhəri acınacaqlı vəziyyətdədir, oğurluq, cinayətkarlıq baş alıb gedir. Buna polis şöbəsinin rəisi Ələsgər Bədəlov şərait yaradıb. Mıngəçevir şəhərində polis şöbəsinin rəisi Ə. Bədəlovun haqsızlığına məruz qalan yuzlərlə vətəndaşdan biri kimi bildirirəm kı, intihar həddindəyəm. Belə getsə korpudə özünü atan və ya özünə od vurub yandıranlardan biri də mən olacam. Mən Sizin seçiciniz, Sizi dəstəkləyən bir qadın kimi bildirirəm kı, 4 uşaq anasıyam. Böyük bir ailənin yeganə qazanc yeri evimizin qarşısında yerləşən mağazadır. Lakin bu mağaza 4 ayda 2 dəfə soyulub. Oğru tutulsa da, rüşvət alınıb buraxılır. Mən də banklara borcumu odəyə bilmirəm. Mağazam ikinci dəfə oğurlananda oğrular tutulmuş, hətta bu haqda mənə məlumat da verilmışdir.

Oğrulardan biri Səttar Elman oğlu adlı şəxs cinayətini boynuna da almışdır. Onu 3 gün polis şöbəsində saxladılar. Polis rəisi şəxsən mənə dedi ki, oğrunu tutmuşuq, boynuna alıb, sənin pulun odənəcək . Lakin sonra oğru buraxıldı və mənə dedi ki, əvvəl boynuna almışdı, indi deyir mən etməmışəm - zorla boynuna qoyası deyiləm ki...

Bundan sonra Mingəçevir şəhər polis şobəsinin yollarında qaldım. Daxili İşlər naziri Ramil Usubov Göyçayda vətəndaşları qəbul edəndə qəbulunda oldum. Mən bu cinayətin gizlədildiyi haqda məlumat verdim. Cənab nazirdən oğurlanan malların pulunun geri qaytarılmasını xahış etdim. Amma maraqlı budur kı, Ramıl Usubovun qəbulunda Mıngəçevirin rəisi Ələsgər Bədəlov əvvəl dediklərinin əksini söylədi. O, naziri aldadaraq oğrulara evdə həbs verdiyini, mənim də bunu bildiyimi dedi. Nazir ona əsəbləşib oğruları təcili həbs etməyi tapşırdı. Rəis nazirə söz verdi ki, oğru tutulacaq və qadına dəymış ziyanın odənılməsi təmin olunacaq.

O, mənımlə yanaşı ölkənin Daxili İşlər nazirini də aldatdı. Rəis nazirin tapşırığına da əməl etməyərək, oğruları yenə də tutmadı. Nazirin qəbuluna min bir əziyyətlə yazılmışdım. Şöbədə yazılmaq istəsəm də, yazmadılar, əksinə rəis mənı cağırıb şıkayət etməkdən çəkindirmək istəyirdi. Açılmayan cinayətlərin çox olduğunu, bunun da onlardan biri olduğunu deyirdi. Mənə ”Qorxmursan, oğlanların var, sən bu şəhərdə yaşamırsan?...”, deyə hədələyirdi.

Minbir əziyyətlə Bakıya zəng edib borcum olduğunu və qəbula salınmayacağım halda özümü yandıracağımı dedikdən sonra məni qəbula saldılar. Amma heç bir nəticə olmadı. Oğrular sərbəst şəhərdə gəzir. Mənim malımı yedikləri bəs deyil, elə bil adama acıq verirlər ...

Mən borcun içindəyəm. Dəfələrlə müraciət etmışəm. Mənə dəyən 5000 manat ziyanım əvəzinə bankda borcum artıq 13 minə çatır. Bu azmış kımı məni rəis ələ salır. Deyirəm nazirlıyinizdən mənə məktub gəlib ki, oğruları tutubsunuz - biri də Səttardır. Deyir “Mən tutmuşam vermişəm məhkəməyə, məhkəmə buraxıb, get ondan şıkayət et. 1 il 6 ayım qalıb, qoy işləyim. Mən kiməm ki, adam tutam, buraxam...”

Gedirəm məhkəməyə, məhkəmənin sədri deyir bizə elə bir iş gəlməyib. Qayıdıb yanına soruşuram ki, məni ələ salmısınız, məhkəmədə elə iş yoxdur. Cavab verir ki, sənə kim dedi get məhkəməyə - get müstəntiqin yanına.

Gedirəm müstəntiq Rəşad müəllımın yanına, o da mənə deyir ki, mən burada danışa bilmirəm, bacı, get mağazana saat 4-də oraya gələcəm. Sonra da gəlmır.

Cənab Prezident! Son ümidim Sizədir. Özümü öldürmək dərəcəsinə çatmışam. Mənim övladım hərbiçidi, yeganə gəlir yerimiz o mağazadır. Neçə dəfə intihar etmək istəmişəm. Bu məktubuma da baxılmasa, ədalət bərpa edilməsə, mənim də körpüyə cıxıb özümü atmaqdan, ya od vurub özümü yandırmaqdan başqa çarəm qalmır.

Cənab Prezident! Sizə inanıram və düşünürəm kı, bu haqsızlığa imkan verməyəcəksiniz. Mehriban xanım Əliyevanın müdaxiləsi ilə ağac kəsimi dayandırıldı. Bu xanıma olan xalq məhəbbətini daha da artırdı. Ağacların kəsilməsi kimi bir haqsızlığa razı olmadığınız halda, bir qadının, ananın intihar etməsinə razı olmazsınız. Sizdən xahiş edirəm mənə və bütün haqqı pozulan mingəçevirlilərə kömək edin. Bütünlüklə nahaqqa bürünmüş biri bizim haqqımızı, hüququmuzu necə qoruya bilər?

Ümidimiz Sizədir.

İmza: Gulər Nəbyeva.”

Şikayət məktubunda adı çəkilən polis rəisi Ə. Bədəlovun da mövqeyini işıqlandıra bilərik.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar