“BÖYÜK VƏTƏN MÜHARİBƏSİNƏ BAŞLAMALIYIQ!...” – “Sülh üçün ilk növbədə erməni xalqını məğlub etməliyik”

“Qarabağ məsələsinin həlli ilə bağlı iki variant seçilməlidir”

Vyana görüşündən sonra Ermənistan rəhbərliyi yenidən danışıqların pozulmasına cəhdlər göstərməkdədir. Düzdür, xarici işlər nazirlərinin Rusiyada bir araya gəlməsi ilə bağlı anlaşma əldə olunub, amma rəsmi İrəvan paralel olaraq təxribatlarını davam etdirir.

“AzPolitika”Qarabağ məsələsi ilə bağlı Ermənistanla yox, birbaşa Rusiya ilə danışıq aparmağımızı təklif edən BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Azərbaycan və Ermənistan liderləri arasında Vyanada ilk rəsmi danışıqlar baş tutdu. Amma bu danışıqlardan sonra Ermənistan rəhbərliyi təxribatlara əl atdı. İrəvanın bu davranışlarını necə qiymətləndirirsiniz?

- Mən həmişə demişəm ki, Ermənistanın güc strukturları və xüsusi xidmət orqanları Rusiyaya ciddi şəkildə bağlıdır. Köçəryan da, Sərksiyan da hərbi səhra komandirləri kimi Rusiyanın hərbi sənaye kompleksinin müəyyən dairələri tərəfindən idarə olunur. Ona görə də Ermənistanda nə hərbçilər, nə də artıq “böyük Ermənistan” xəstəliyinə yoluxdurulan erməni xalqı heç bir liderə imkan verməz ki, indiki şəraitdə Dağlıq Qarabağ məsələsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan bir mövqe sərgiləsin və Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxartsın. Hazırda biz nə müşahidə edirik? İşğal olunmuş Dağlıq Qarabağ ətrafındakı rayonlar da ermənilər tərəfindən məskunlaşdırılır, oraya investisiya qoyulur. Ağdam, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər və digər rayonlarda məskunlaşma prosesi sürətlə davam etdirilir. Erməni diasporu da bu işdə yaxından iştirak edir. Ermənistana verilən təminat və onların həyasızlığı imkan verir ki, bu şəkildə məskunlaşma siyasətini həyata keçirsinlər. Dəfələrlə söyləmişəm ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli həlli yoxdur. Yəni biz ən azı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan bir neçəsini azad etməliyik ki, Ermənistan xalqı bu probleminin sülh yolu ilə həllinə razılıq versin. Desin ki, yaxşı, erməniləri Dağlıq Qarabağdan qovub çıxartmayın, onlara orda status verin və biz də sülh bağlayaq. Hazırda bunun başqa alternativi yoxdur. Nəzəri baxımdan əlbəttə, alternativ var ki, beynəlxalq birlik, Minsk Qrupunun həmsədrləri ciddi şəkildə Ermənistana təzyiq etsinlər və Ermənistan geri çəkilsin. Amma bu, heç vaxt olmayacaq. Həm Minsk Qrupunun həmsədrlərinin öz arasındakı ziddiyyətlər, maraqların toqquşması, həm Ermənistanın bir xristian ölkəsi kimi Türkiyə və Azərbaycan arasına girməsi faktı var. Son 100 ildə də Ermənistan öz ərazilərini Azərbaycan torpaqlarının hesabına az qala üç dəfədən çox artırıb. Əgər Dağlıq Qarabağ və ətraf əraziləri də öz nəzarəti altında saxlaya bilsə, artıq öz ərazilərini Azərbaycanın hesabına daha 2 dəfə artırmış olacaq. Dünyada baş verən proseslər də erməniləri ümidləndirir. Zaman Azərbaycanın əleyhinə işləyir. Əgər 25 il ərzində aparılan danışıqlar siyasəti özünü doğrultmursa, o zaman bu siyasət dəyişməlidir.

- Yəni danışıqlar vaxt itkisi deməkdir?

- Bəli, danışıqlar mənasız bir işdir. Ona görə də gedib işğalçılarla üz-üzə oturub vaxt itirməyə dəyməz.

- Paşinyan ilk dəfə idi rəsmi danışıqlarda iştirak edirdi. Bu mənada bir gözlənti var idi ki, onun əlləri qana batmayıb, fərqli simadır...

- Yox. Mən hələ danışıqlardan öncə mətbuata müsahibəmdə demişdim ki, biz erməni xalqını işğal olunmuş ərazilərdə məğlub etməsək, Paşinyan olmur, kim olur-olsun, nə qədər sülhpərvər insan gəlir-gəlsin, ürəyində düşünər, bəli, biz qonşu dövlətin torpaqlarını işğal etmişik, onu azad etməliyik, ancaq ona heç kim imkan verməz. Ya onu fiziki baxımdan terror edib aradan götürəcəklər, ya da ki, həmin şəxsi dərhal hakimiyyətdən devirəcəklər. Bizim də işimiz o olacaq ki, daha bir il gözləyək yeni seçkilər olsun, yeni lider seçilsin, hökumətini formalaşdırsın, sonra onu danışıqlar masası arxasına gətirək və onunla danışıqlara başlayaq. Bundan sonra növbəti hakimiyyət dəyişikliyi olacaq. Yəni bu, sadəcə olaraq zaman itkisindən başqa bir şey deyil.

- Siz konkret olaraq Qarabağ məsələsinin həlli üçün nə təklif edirsiniz?

- Qarabağ məsələsinin həlli ilə bağlı iki variant seçilməlidir... Hazırda Azərbaycanda ciddi islahatlara başlanılıb. Çalışmalıyıq ki, sosial-iqtisadi islahatlar, məhkəmə-hüquq islahatları və siyasi islahatlarla dövlətimizi daha da gücləndirək, onun beynəlxalq nüfuzunu yüksəldək. Bu islahatlar əksər ictimai-siyasi qüvvələri bu prosesə cəlb etməklə, geniş xalq kütlələrinin ictimai dəstəyini qazanmaq yolu ilə davam etdirilməlidir. Paralel olaraq Qarabağın işğaldan azad olunması üçün danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılmalıdır. Ermənistanda Rusiya tərəfdarları Paşinyanın Qərbyönümlü komandasını yaxın vaxtlarda hakimiyyətdən qovacaq. Biz torpaqlarımızı azad etməklə bu işdə onlara kömək edə bilərik. Necə ki, 2016-cı ilin aprel döyüşlərində biz torpaqlarımızın bir hissəsini azad etdik, Rusiya da nüfuzunu itirmiş və Qərbə meyllənmiş Sərkisyandan canını qurtardı, asanlıqla iflasa uğratmaq üçün Qərbyönümlü, naşı Paşinyanın hakimiyyətə yolunu açdı. Vaxtilə Mütəllibovu aparıb AXC-yə yol açdıqları kimi. İndi də çalışmalıyıq Rusiya ilə anlaşaq ki, hərbi əməliyyatlara müdaxilə etməsin, Azərbaycan Dağlıq Qarabağ ətrafındakı rayonların ya hamısını, ya bir qismini azad etsin. Bundan sonra ermənilər sülhə gələcək.

Azərbaycan islahatlar apara-apara beynəlxalq güclərlə də intensiv işləməlidir. Heç vaxt Azərbaycana deməyəcəklər ki, get, müharibə elə, torpaqlarını azad et! Amma Azərbaycan çalışmalıdır ki, müharibəyə başlayanda beynəlxalq təşkilatların və böyük güclərin ölkəmizə qarşı verəcəkləri bəyanatlar, atacaqları addımlar sərt olmasın. Yəni müharibəni pisləsələr də, Azərbaycanın torpaqlarını azad etmək hüququnu tanısınlar. Biz xarici tərəfdarlarımızı, həmsədrləri, böyük gücləri, region dövlətlərini inandırmalıyıq ki, onlar bizə mane olmasın.

- Rusiya Paşinyanın devrilməsi müqabilində bizimlə anlaşacaqmı?

- Biz Paşinyanın devrilməsinə kömək etməklə yanaşı, Rusiyanın bu münaqişədə ədalətli mövqe tutması üçün müəyyən addımlar da ata bilərik. Rusiyanı inandırmağa çalışmalıyıq ki, Rusiya regionu öz nəzarətində saxlamaq üçün bu münaqişədən istifadə etməsin. Yəni biz Rusiyaya elə bir imkanlar tanımalıyıq ki, Rusiya konfliktsiz də regionda özünü rahat hiss eləsin, regionda maraqlarının qorunub-saxlanmasına əmin olsun, təminatlar alsın və münaqişənin həllinə imkan versin. Bu olmayacağı təqdirdə, sözün doğrusu, mən münaqişənin indiki formada danışıqlar yolu ilə həllini görmürəm. Zaman da göstərir ki, danışıqların bu şəkildə davam etdirilməsinin perspektivi yoxdur və heç zaman da olmayacaq. Münaqişənin həlli üçün hazırda dediyim istiqamətlərdə işlər aparılmalıdır: bir tərəfdən islahatların davam etdirilməsi, digər tərəfdən isə beynəlxalq birliklə işlərin ciddi şəkildə gücləndirilməsi.

Digər variant isə Rusiya heç bir halda torpaqlarımızın işğaldan azad olunmasına imkan verməsə, bu barədə xalqımızla açıq danışılmalı, Ermənistana torpaqlarımızdan çıxmaları üçün bir il vaxt verilməlidir. Bu müddət ərzində Neft Fondunun vəsaitləri hesabına daha 4-5 milyard dollarlıq müasir silahlar alınmalı və ordumuz müqavilə ilə istefada olan, döyüş təcrübəsinə malik Cənubi Azərbaycan, Türkiyə, Pakistan generalları və zabitləri hesabına gücləndirilməli, torpaqlarımız və şərəfimiz uğrunda Böyük Vətən müharibəsinə başlamalıyıq. Ermənilər inanmalıdırlar ki, onları kimin müdafiə etməsindən asılı olmayaraq, müharibə başlasa, Ermənistanda daş-daş üstə qalmayacaq və bir dövlət kimi məhv olacaq. Çinlilərin gözəl bir sözü var deyirlər ki, müharibəyə başlamazdan öncə onun sənə nəyin bahasına başa gələcəyini hesabla. Biz erməniləri bu barədə düşünməyə vadar etməliyik. Böyük risklərsiz və qurbanlarsız böyük uğurlardan və qələbələrdən danışmağa dəyməz.

635x100

Şərhlər

Tarixə 2019-04-06 16:13:54

Sən bildin biz bilmədik Nə olsun rus dəyanıb .... çevirək? Rusada az da olsa güc göstərmək lazımdırd fərziyə danışmaq lazım deyil Dünya ictimayəti var indi 90cı il deyil

Əli 2019-04-06 16:13:54

Müharibənin yolunu İ.V.Stalin göstərib .Hamı istinasız olaraq birinci lap yüksək vəzifədən axırıncı vəzifəyə kimi hamı istisnasız olaraq öz oğlanlarını versin qabağa arxadan da hamı özü gələcək.Yoxsa yenə dolmanın dibini bozbaşın üzünü (yağlı yerlərini)yeyənlər xaricdə kef etsin fağır balaları da şəhidlik zirvəsinə yüksəlsin....Elə olsa xaricdən general gətirmək lazım deyil yetərki müharibə hamı üçün olsun istisnasız.

Изгнанники из НКАО 2019-04-06 16:13:54

.... 22 жёртвы за один флажок, параллельно Премьеру-противнику продолжения застройки домов беженцам Карабаха в Баку? А где-же озвучены и каким государствам представлены НОТА кандидатов (включая из ВАХСР) в Президенты с прощлого года? ДЕПУТАТ сам верить в то-что свежим революционно-правовым указом правильно проведут политику хотя-бы по оперативному обеспечению прав беженцов на родные дома и выдавая просроченные зарплаты с индексацией??

Oqtay 2019-04-06 16:13:54

“BÖYÜK VƏTƏN MÜHARİBƏSİNƏ BAŞLAMALIYIQ!…” – “Sülh üçün ilk növbədə erməni xalqını məğlub etməliyik” Bəs ....ə müftə qaz verəndə dedi ki biz erməni xalqı ilə vuruşmuruq .Vuruşaq ya yox aydınlaşdırın xalqa bir söz deyin. Bir də ki bir çox adamlar var ki daxili və xarici siyasəti bəyənir və dəstəkləyir sız isə xarici siyasəti dəyişmək təklif edirsiniz o bəyənən yazıqlar indi neynəsin? onlara bir söz deyin

vidadi 2019-04-06 16:13:54

metanorfoza

TARİX 2019-04-06 16:13:54

ƏGƏR HÖRMƏTLİ DEPUTATIMZ BİLMİR Kİ,QARABAÖI RUSİYA İŞĞAL EDİB.BU GÜN DƏ ERMƏNİLƏRİN ARXASINDA DAYANIB AZƏRBAYCANA QARŞI HÜRDÜRƏN RUSİYADIR.QÜDRƏT BƏY XALQI ALDATMAĞA CALIŞMAYIN.O İNDİ NƏYİN DÜZ NƏYİN YALAN OLDUĞUNU COX GÖZƏL BİLİR.

nadir 2019-04-06 16:13:54

Keçən dəfə bu kişinin dediklərinə şərh yazdım, şərhimi saytda yerləşdirmədiniz.Bir daha yazıram:Sənin üçün müharibədən danışmaq asandır,çünki öz və qohumlarının övladları müharibədə iştirak etməyəcəklər.

EJDER 2019-04-06 16:13:54

BU ANALOQU OLMAYAN HOKUMET,QAJQINA EV VERENEJEN,L A Z I M I TAPIB CAQIRSIN.BOW BOW DANIWIQ YETER...HAYDI IRELI...CAQIRIN LAZIMI GELSIN...NECMEDDIN SADIQOVU, QOHUM KIMI VERIN QABAQA.VPYOD,KEWA...TRUBA ZAVYET

Həsənquliyevə 2019-04-06 16:13:54

Kimlərlə? Bu hakimiyyətlə? Nəticə nə gözləyirsiniz?Az itirmişik?

kluni 2019-04-06 16:13:54

Sizlərlə, Mirzəcan Xəlilovlorla, Yapizmlə, burada yerləşdirilən ... birlikdə Böyük Vətən müharibəsinə başlamağı deyirsən? P.S. Məmurlar da "Norveç Təqaüd Fondu"nun məmələrini (Z.H.) axıra kimi əmsin oylemi??

aysberq 2019-04-06 16:13:54

Sizləri deputat seçdirən .....

Son yazılar