SÖYÜN SADIQOV AZƏRBAYCAN HAKİMİYYƏTİNİ İTTİHAM ETDİ-Audio-müsahibə

"Rəsmilər öz vətəndaşlarına iş yeri yaratmaqdansa, gurultulu bəyanatlar verməyi üstün tuturlar!"

"Əgər bu adamlara öz ölkələrində yaxşı şərait yaradılsaydı, onlar burada gəlib işləməyə məcbur olmazdılar"

Rusiya prezidenti nəzdində Millətlər Şurasının üzvü Söyün Sadıqov qətldə ittiham olunan Orxan Zeynalovun ətrafında yaranmış qalmaqalı şərh edib. O, Amerikanın Səsinə müsahibəsində “Belə isterika yaratmaq lazım deyil. Yaxşı olardı ki, Azərbaycan hökuməti öz vətəndaşlarının qeydinə qalsın,” deyə bəyan edib.

Rusiya prezidenti yanında Milli Məsələlər üzrə Şuranın üzvü Söyün Sadıxovla audio müsahibəni aşağıda dinləyə bilərsiniz:

Qeyd edək ki, müsahibəsində Azərbaycanlı icmasının lideri Rusiyada bəzi radikal qüvvələrin situasiyadan sui-istifadə etməyə çalışdığını vurğulayıb. Həmin bu qüvvələr ajiotaj yaratmaqla göstərməyə çalışırlar ki, Vladimir Putin hökuməti ölkəni idarə edə bilmir və miqrantlar Rusiyanı zəbt etmək üzrədirlər. Bu səbəbdən də Rusiya rəsmiləri ictimaiyyətə göstərməyə çalışırlar ki, hər şey nəzarət altındadır. Söyün Sadıqov bildirib ki, Rusiya rəsmiləri ümumilikdə azərbaycanlı ticarətçilərin hüquqlarını pozmur və onlara öz doğma yurdlarından fərqli olaraq sərbəst biznes aparmaq üçün şərait yaradıb.

Cənab Sadıqovun əsas tənqidi bu məsələni şişirtməkdə ittiham etdiyi Azərbaycan hökumətinə yönəlib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun bəyanatlarını şərh edən icma lideri deyib ki, Azərbaycan rəsmiləri bu olaydan siyasi xalq qazanmaq üçün istifadə edirlər. “Onlar Azərbaycan vətəndaşının yanında hər gün olmalıdırlar. Fikirləşməlidir ki, orada çoxlu azərbaycanlı yaşayır,” deyə cənab Sadıqov bildirib.

O, əlavə edib ki, Azərbaycan varlı, neft və qaz ölkəsi olmasına baxmayaraq bu ölkənin vətəndaşları işsizlik və yoxsulluq ucbatından Rusiyaya üz tutublar. Əgər bu adamlara öz ölkələrində yaxşı şərait yaradılsaydı, onlar burada gəlib işləməyə məcbur olmazdılar, deyə Söyün Sadıqov bildirib. O, qeyd edib ki, Azərbaycan hökumətinin Rusiyada yaşayan miqrantlar üçün şəraiti yaxşılaşdırmağa da xeyli imkanları var, lakin rəsmilər bunu etməkdənsə daha çox gurultulu bəyanatlar verməyi üstün tuturlar.

Vaqif

AzPOLİTİKA.İNFO

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar