“HEYDƏR ƏLİYEVDƏN SƏFİR VƏZİFƏSİNİ İSTƏDİ...” – Əli Kərimliyə 5 nazirlik təklif olunubmu?

AXCP sədri Əli Kərimli “Azadlıq Radiosu”na müsahibəsində vaxtilə hakimiyyətin ona koalisiya təklif etdiyini bildirib. Bu təklif, AXCP sədrinin dediyinə görə, Qüdrət Həsənquliyevin vasitəsilə ona çatdırılıb. Əli Kərimli iddia edib ki, hakimiyyət onun özünə parlamentin spikeri, partiyasına isə 5 nazir postunu təklif edib.

“AzPolitika.info”-nun məlumatına görə, partiya sədri 2000-ci ilin parlament seçkilərində hakimiyyətlə gizli sövdələşməsi olduğu, bunun nəticəsində də AXCP-nin bir neçə mandat aldığı haqda suala cavabında bunları deyib: “Həyatım boyu hakimiyyətlə alver içində olmamışam. 2000-ci ildə mənə əməkdaşlıq təklif olundu. Yüksək səviyyədə, beynəlxalq vasitəçilərin iştirakilə. Təfsilatını təbii ki, deməyəcəm, mən siyasətçiyəm. Çox yüksək təkliflər oldu, özümlə də bağlı. Bu alınmayandan sonra Qüdrət Həsənquliyev bir təşəbbüsdə oldu, təzədən bizim guya hökumətlə koalisiyamızla bağlı. Söhbət Xalq Cəbhəsinə 5 nazirliyin verilməsindən, Əli Kərimlinin spiker olmasından gedirdi. Bu qədər böyük təkliflər oldu. Mən ondan imtina eləmişəm. Xalq Cəbhəsinin Rəyasət Heyəti buna şahiddir...”

“Dedi ki, bizi də Heydər Əliyevə qatıb məhv edəcəklər...”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Pariyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev baymedia.az saytına açıqlamasında AXCP sədrinin bu iddialarına münasibət bildirib. O, Əli Kərimlinin iddialarını “gülməli” adlandırıb: “2000-ci ilin parlament seçkilərindən sonra Əli Kərimli Milli Məclisə düşə bilməyən digər partiyalarla birlikdə parlamenti boykot etmək barədə sənədi imzalamağa hazırlaşırdı. Bu zaman ona niyyətinin yanlış olduğunu bildirdim və nəticələrinin partiyamız üçün ağır olacağını söylədim. Niyə belə fikrə düşdüyünü soruşduqda o bildridi ki, “Müsavat partiyası seçkidən iki həftə sonraya, noyabrın 19-na mitinq təyin edib. Bizi də Heydər Əliyevə qatıb məhv edəcəklər”. Həmin vaxt onun otağında partiya rəhbərliyində təmsil olunan 23 nəfər var idi. Onun hazırda baş ideoloqu olan Qənimət Zahid də ciddi şəkildə məni müdafiə etdi. Kərimli bildirdi ki, bu rəsmi iclas deyil, ancaq rəy sorğusu keçirmək istəyir. Soruşdu ki, kim parlamentin boykot edilməsi barədə təklif edilən sənədi imzalamağına razıdır? 12 nəfər məni müdafiə etdi. O da öz növbəsində söz verdi ki, sənədi imzalamayacaq. Amma bir neçə saatdan sonra geri döndü və heç nə deməmiş rəngindən başa düşdüm ki, sənədi imzalayıb. Soruşdum niyə imzaladın? O isə Sabir Rüstəmxanlı barədə ağır ifadə işlədərək dedi ki, mən elə bilirdim o imzalamayacaq, mən də ona istinad edib imzalamayacağam. Amma daha o da imzalayandan sonra mənim başqa yolum qalmadı. Bu zaman ona dedim ki, qorxaq və sürüşkən siyasət heç kimə uğur gətirməyib və sən tezliklə qərarını ləğv etmək məcburiyyətində qalacaqsan. Elə də oldu”.

“Ən yüksək səviyyədə əlaqələri olduğu halda…”

Q.Həsənquliyev xatırladıb ki, Müsavatın mitinqinə xalq ciddi dəstək verməyib və Əli Kərimli də Ali Məclisi çağıraraq imzasını ləğv etdirib, Milli Məclisə gedib. “İclasdan qabaq mənə dedi ki, sən boykotun əleyhinə idin, indi çıxış elə və əsaslandır ki, biz parlamentə getməliyik. Mən imtina etdim və dedim sənədi sən imzalamısan, indi də özün məclis üzvlərini parlamentə getməyin zəruriliyinə inandır. O da elə etdi. Həmin iclasda mən ümumiyyətlə çıxış etmədim. Bu mənim onunla ilk açıq və ciddi fikir ayrılığımız oldu. Mən onun otağından çıxarkən "Speys" TV-nin müxbirləri ilə qarşılaşdım. Onlar məndən bu barədə soruşanda parlamentə getməməyimiz barədə Əli Kərimlinin qəbul etdiyi qərarın yanlış olduğunu söylədim”.

BAXCP sədri iqtidarın onun vasitəsilə Əli Kərimliyə təklif göndərməsini təkzib edib. Sitat: “Onun iqtidarla ən yüksək səviyyədə, həm parlament, həm də Prezident Administrasiyası səviyyəsində birbaşa ciddi əlaqələrinin olduğu halda iqtidar bu təklifi niyə mənim vasitəmlə ona çatdırmalıydı?! Partiyanın Rəyasət Heyətində heç vaxt belə bir müzakirə olmayıb”.

“Heydər Əliyevdən səfir vəzifəsini istədi…”

Q.Həsənquliyev daha sonar bildirib ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum Prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Onun ana müxalifət kimi qalması daha məqsədəuyğun hesab olunmuşdu. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi?”.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Atilla Xan 2022-08-17 15:11:51

Əli Kərimli əslən Saatlıdandır, Qərbi Azərbaycanlı falan deyil! Sadəcə Naxçıvan və Qərbi Azərbaycan klanı yerli Azərbaycanlılara qənim kəsilib! Ona görə də Əli Kərimlini bəyənmirlər.

Şahmar 2019-05-06 08:00:50

Əli Kərimliyə AXC-nə sədrlik vəzifəsi verildi.O da göstəriş alanda (əsasən seçki qabağı ) mitnqlər təçkil edir,göstəriş olmayanda səsi çıxmır. Milli şuranı da idarə edib.(Necə Nemət Pənahov 1988-91 -ci illərdə )Başqa sərbəst adam olsa idii indiyə qədər 5-6 dəfə həbs edərdilər.

Geber 2019-05-06 08:00:50

Məqalənin aktualliq əmsali 2012 -ci ilə qədər olmuşdusa da , indi bu fakt Əli Kərimlinin xeyrinə olan əmsaldir. Deputat özü özüünü aldadir ya yöx bilmirəm. Beləki kecmiş sovet insanlarinin bakirə şuur əmsallari :- hesablamalarima ğörə 1986_ 2014-cü ilə qədər sönmüş kimidir . tək tük bakirə polad necə bərkidi təxəyullu sovet insan tipi dinozavrlar bəlkə də qalib . yoxdur yazmaq ğünahdir . Beləki , kim kimi atsiz qoydu zəmanəmizin Korcaqini , Qorkinin Dankosu da odur , lakin polad necə bərkidi yox , necə əridi adli qəhrəmalarindandirlar. Bu ğünün etik liberal qaydalari ilə , kimisə öz xeyrində ğünahlandirmaq əğstəfurullah Allaha küfr etmək kimidir . Tikinti barinlari həyət bacani qəpik quruşa almaqlarina səbəb şikaiyyət Ərizələrində deyil : qonşu qonşunun ziyanina əl altdan baronla sövdələşməsi və nəticədə isə cəm aldanir , bu real kapitalizmdir dostum, məğər kapitalizmin müxalifət Lideri tikinti baronundan fərqli Pavel Korcaqindirmi dostlar ? Sən qonşuna şans vermirsən , məğər zəncinin arzularini özündə cəmləmiş muxalifət Baronu səndən acizdir yoxsa ? . . . . Sən kecmişini lənətləyəndə rus imperiyasi filan ... . hər nə isə .

t.ədalət 2019-05-06 08:00:50

"Köhnə palan içi tökmək" hakimiyyətin diqqətini məmurların yarıtmaz əməllərindən uzaqlaşdırmaq istəyənlərin metodudur.Ölkədə "yaxşı" və "pis" obrazlar yaratmaqla,fikri gərəksiz və arxivləşmiş hadisələrin üzərinə daşımaq kimə və nəyə lazımdır?Gəlin,rus-erməni hərbiçilərin işğal etdiyi torpaqların , viran qoyulmuş yurd yerlərinin azad edilməsi ,soydaşlarımızın qətlini törədən düşmənlərin balarımıza tanıdılmasının ,Bakıya çağırılan ermənilərin və bulaşıq qanlı məmurların vəzifələrdən uzaqlaşdırılması haqqında düşünək!

Şərurlu Mustafa 2019-05-06 08:00:50

Əla müsahibədir. Vəzifə bölgüsünün heç də Dövlət problemlərinin həlli üzrə aparılmadığı aşkar görünür. Xalqa ümid verən şüarla vəzifəyə, sonrasını da verərik Beynəlxalq Hüquqa, Allah bilər? MV və PSədri cənab Qüdrət bəy, bir il də keçdi namizədlərin ultimatumu səslənmədi? Siz, məqalələrlə, Ə.Kərimli məxarici mitinqlə, XİN S.Lavrovla nə vaxtsa bu ölkənin və xalqın əsas problemlərini nə vaxt həll edəcəksinizmi?

muzaffar 2019-05-06 08:00:50

Bilirsiniz o zamankı və indiki iqtidar yaxşı bilir ki, kimə vəzifə təklif etmək lazımdır. Axı Əli Kərimli də əslən Qərbi Azərbaycanlıdır. Yəni ölkədə heç vaxt ümummilli siyasət olmayıb. Həmişə qəbilə quruluşu səviyyəsində qərarlar olub. Qarabağın erməniyə verilməsinin bir psixoloji alt qatı da burdandır. Qoy Qarabağı verək, onlar da olsun, Ermənistanlıların tayı! Torpaqsız, vətənsiz, öz yurdun da qaçqın. Admin şərhimi verin!

sual 2019-05-06 08:00:50

Azərbaycanda acilmayan o qədər möhtəşəm sirlər var ya. İstər Sabir bəylə isdər Qudrət və ya istərsədə Əli bəy və hətta onlara 2005-ci ildə iqtidardakı qüvələr Sabir bəy Azaldan hər ay 20 min dollar alıb buna onun sürücüsü olmuş və hazırda BTİ nin sədr müavini Zəfər şahiddir. Digərləri də nun kimi. Cənab Prezidentin cörəyii kim yeyir vallahi o da ... Bu cörəyin görən tərkibində nə var ya?Ziyası belə, Eldarı belə, Əlisi belə, dəlidi və Akifi belə daha nə qaldı ya?

Son yazılar