Mitinq meydanı təmirə bağlanmayacaq - TƏKZİB

Bakıda icazəli seçki mitinqlərinin keçirildiyi stadionun – Yasamal rayonundakı “Məhsul” stadionunun təmirə bağlanacağı haqda məlumatlar yayılıb. “Media forum” saytının əməkdaşı oktyabrın 21-də stadionda olub. Saytın əməkdaşı stadionun qapılarının açıq olduğunu, insanların stadionda istirahət etdiyini müşahidə edib.

Stadionun direktor müavini Alik Həsənov “Media forum” saytına deyib ki, bir müddət əvvəl stadionda bəzi təmir işləri aparıblar: “Kiçik meydançanı, stadiondakı oturacaqları, yan divarları təmir etmişik. İndi isə böyük meydançanın ot örtüyünü yeniləmək istəyirik. Amma bunun nə zaman olacağı dəqiq bilinmir. Əgər ot örtüyünü dəyişməyə başlasaq belə, stadion insanların üzünə bağlanmayacaq. Ona görə də stadionun tezliklə təmirə bağlanacağı haqda məlumat doğru deyil”.

A.Həsənov bildirib ki, stadion Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeçiliyindədir: “Bura Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. Həmkarlar İttifaqları Konfederasiyasına tabeyik. Buranın təmirə bağlanacağı haqda bizə heç nə deməyiblər. Əgər belə bir şey olsaydı, bizə məlumat verilərdi”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar