“Sağlam Yaşa” Cəlilabadda tədbir keçirib

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 29 avqust 2014-cü il tarixində Cəlilabad şəhərində “Zərərli vərdişlərin fəsadları barədə gənclər arasında bilik və məlumatların artırılması” mövzusunda tədbir kecirmişdir.

Tədbiri giriş sözü ilə birliyin sədri Həbibə Qəribova açaraq tədbir iştirakcılarını salamladı, narkomaniya, siqaret, alkaqol və s. zərərli vərdişlərin fəsadları barədə geniş məlumat verdi. Sonra Cəlilabad şəhər Şahmat məktəbinin direktor müavini Səməd Mirzəyev çıxış edərək mövzü ətrafında fikirlərini bildirdi və gənclərə öz tövsüyələrini verdi.

Tədbirin sonunda Azərbaycan Respublikasının Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov cıxış edərək bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışdı və öz tövsiyələrini verdi. Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər və zərərli vərdişlərin mövzusu əks olunmuş köynəklər paylanmışdır.

Son olaraq birliyin nümayəndələri şəhər parklarında gənclər və ictimaiyyət nümayəndələri ilə maarifləndirici söhbətlər etmiş və bukletlər paylandı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar