“İCRA BAŞÇISI MƏNİ HƏBSLƏ HƏDƏLƏYİR...” - İş adamından Qubanın başçısına yeni ittihamlar

"Siz nomenklatur rəhbər işçilərə həmişə insanlarla xoş rəftar etməyi, hər gün, hər saat vətəndaşları qəbul etməyi, onların ərizə, şikayət və təkliflərinə həssas yanaşmağı tövsiyə etdiyiniz halda mən bir ildən artıqdır ki, bütün səylərimə baxmayaraq, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başıma gətirdiyi haqsızlığın və zorakılığın səbəblərinə aydınlıq gətirmək üçün qəbuluna düşə bilmirəm". 

Bu fikirlər Quba rayonundan olan iş adamı Yusif Piriyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı və bir nüsxəsi “AzPolitika.info”ya daxil olmuş şikayət məktubundan götürülüb.

Yusif Piriyev Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevi onun əmlakını ələ keçirməyə çalışmaqda, xeyli sayda insanı işsiz qoymaqda ittiham edir. Ancaq bundan əvvəl sahibkar Birinci vitse-prezidentin fəaliyyətindən məmnunluğunu ifadə edərək, yazır: "Hörmətli Mehriban xanım, Sizin Heydər Əliyev Fondunun prezidenti olaraq 2004-cü ildən başlayaraq bu günlərimizə qədər vətən, xalq qarşısında xidmətləriniz önündə yalnız baş əyməli olursan. Siz həyatımızın bütün sahələrinə nüfuz edir və aramsız uğurlara imza atırsınız. Avropanın ən mütərəqqi ideyalarını, yeniliklərini Azərbaycana gətirir və uğurla tətbiq edirsiniz. Fəaliyyətinizdə ən yaddaqalan məqamlardan başlıcası Sizin ədalət, humanizm, mərhəmət və insanpərvərlik ideyalarını həmişə rəhbər tutmağınızdır.

Ölkə başçımız İlham Əliyev cənablarının və şəxsən Sizin tapşırığınızla nazirlər, komitə sədrləri, habelə hüquq-mühafizə orqanlarının rəhbərləri vaxtaşırı bölgələrə gedir, vətəndaşlarla görüşür və istənilən haqlı şikayətlər və təkliflər elə yerindəcə öz müsbət həllini tapır. Məqamı çatmışkən vurğulamaq yerinə düşər ki, Siz nomenklatur rəhbər işçilərə həmişə insanlarla xoş rəftar etməyi, hər gün, hər saat vətəndaşları qəbul etməyi onların ərizə, şikayət və təkliflərinə həssas yanaşmağı tövsiyə etdiyiniz halda mən bir ildən artıqdır ki, bütün səylərimə baxmayaraq Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin başıma gətirdiyi haqsızlığın və zorakılığın səbəblərinə aydınlıq gətirmək üçün qəbuluna düşə bilmirəm. Onun müavinlərinin və yaxınlarının da vasitəçiliyindən istifadə etmişəm, lakin heç nəyə nail ola bilməmişəm.

Bir vaxtlar mətbuat səhifələrində Ziyəddin Əliyevin adı tez-tez hallanır, onun Çexiyada, Ukraynada, eləcə də Avropanın bir çox ölkələrində biznesinin və nəhəng obyektlərinin olması barədə məlumatlar səsləndirilirdi. Açığını desək, mən inanmırdım. Amma onun talançılığının, acgözlüyünün və tamahkarlığının şahidi olduqdan sonra məndə deyilənlərə və yazılanlara tam inam yaranır".

İş adamı daha sonra müraciətində icra başçısını onun obyektini ələ keçirmək cəhdində ittiham edir: "Hörmətli Mehriban xanım, qısaca məlumat verim ki, ötən illər ərzində manat-manat yığdığım, əlavə olaraq 300.000 (üç yüz min) manat bankdan kredit götürüb və bir çox hissəsini də qohum-əqrəbadan borc alaraq topladığım vəsaitlə Quba Qəçrəş turizm bölgəsində müasir tələblərə uyğun Otel qurub yaratmışam və 16 nəfəri işə cəlb etmişəm. Otel ilk illər mənfəətlə işləyirdi, heç kim narazılıq etmirdi. Lakin Ziyəddin Əliyev rayona başçı təyin olunduğu ilk gündən mənim obyektimə “gözü düşdü”, obyekti əlimdən alıb özününküləşdirmək üçün bütün mümkün variantlardan maksimum istifadə etməyə başladı. Bizi təqib, təzyiq məngənəsinə saldı. Onun tapşırığı əsasında rayonun hüquq-mühafizə orqanlarının məsul əməkdaşları tez-tez otelə gəlir, işlərimizə müdaxilələr edir, işimizin normal keçməsinə maneələr yaradırdılar. Quba rayon Reklam Agentliyinə 2 dəfə otelin ünvanını, məkanını əks etdirən lövhələrin hazırlanması üçün lazım olan sənədlər təqdim etmişəm. Lakin başçının tapşırığına əsasən sifarişim icra olunmayıb.

Ən sonda işləməyin mümkün olmadığını görüb otelin fəaliyyətini dayandırmaq məcburiyyətində qalmışam və beləliklə də özüm də daxil olmaqla 16 nəfər işsiz, çörəksiz qalmışıq. Hörmətli” Ziyəddin Əliyev təkcə bu əməli ilə 16 ailənin ocağını-çırağını söndürmüşdür. Düz il yarımdır otelin qapıları bağlıdır".

Sahibkar icra başçısının onu həbslə, rayondan deportasiya etməklə hədələdiyini bildirir: "Mehriban xanım, təkcə bir faktı qeyd etmək kifayətdir ki, başçı vəzifə səlahiyyətlərindən istifadə edərək bu kimi hiylə və ya zorakılıq yolları ilə çox-çox obyektləri ələ keçirib. Əgər maraq üçün rayonda sosioloji sorğu keçirilməsinə göstəriş versiniz, bunun şahidi olarsınız. Quba sakinlərinin 95 faizi Ziyəddin Əliyevi başçı kimi yox, makler kimi tanıdıqlarını bildirirlər.

Mən bir müddət öncə üzləşdiyim haqsızlıqla əlaqədar ölkə başçısı İlham Əliyev cənablarına müraciət ünvanladım və şikayətimi mətbuat səhifələrində ictimailəşdirdim. Gözləmək olardı ki, icra başçısı özündə məsuliyyət hiss edəcək, Prezidentin adını uca tutaraq əməllərini islah edəcəkdir. Ancaq heç də gözlədiyim kimi olmadı. Əksinə, Ziyəddin Əliyevin mənə qarşı olan anormal münasibəti daha da aqressivləşdi. İndi onun məni həbs, rayondan deportasiya hədələri gəlməkdə davam edir.

Lakin Ziyəddin Əliyev bilsin və agah olsun ki, mən həbsdən yox, heç ölümdən də qorxmuram. O ki qaldı deportasiyaya, mənim özüm də, babam da, babamın babası da Qubalıyıq. Ziyəddin Əliyev qoy, onu da bilsin ki, məni tutduğum mübarizə yolundan heç kim göndərə bilməz. Onun vəzifəsi, var-dövləti var, mənim də Prezidentim, Mehriban xanım kimi qətiyyətli, zəhmli rəhbərim var".

İş adamı müraciətinin sonunda Mehriban xanımın ona kömək edəcəyinə ümid etdiyini bildirir: "Hörmətli Mehriban xanım, əlavə edim ki, sızan məlumatlara görə əgər icra başçısı obyektimi zorla əlimdən alarsa bu zaman baş verə biləcək qarşıdurmada hər hansı bir xoşagəlməz olaya və obyekt bağlandığından bankdan götürdüyüm krediti qaytara bilmədiyimə görə bütün məsuliyyət və cavabdehlik Ziyəddin Əliyevin üzərində qalacaqdır. Başçı sahibkarlara, iş adamlarına zülm edib varlanır, həm də sahibkarlığın, turizmin inkişafını ləngidir. Həzrəti Əli Əleyhüssalam buyurub ki, “Zülm ilə abad olanın axırı bərbad olar”.

Hörmətli Mehriban xanım, mən ümid edirəm ki, heç kimdən əsirgəmədiyiniz köməkliyinizi məndən də əsirgəməyəcəksiniz, talançı başçının zərərsizləşdirilməsi istiqamətində qətiyyətli tədbir görəcəksiniz.

Verdiyim zəhmətə görə üzrxahlıq edirəm".

Qeyd olunan ittihamlarla bağlı Quba Rayon İcra Hakimiyyətinin və şəxsən Ziyəddin Əliyevin mövqeyini işıqlandırmağa hazırıq.

Vaqif

AzPolitika.info

635x100

Şərhlər

Geber 2019-06-19 18:34:33

Qədim bir: "çimmə boğulma " məsəli tək tük boğulmaq ehtimalli şüürlülar üçün çabalamaqdan siğortalanmaq örnəyidir . TV-də ğörmüşəm Prezident dəfələrlə hava limaninda xaricilərin içəri ğirişini pul qoparmalar ilə salamlayanlar haqda xəcalətlə danişib və bu ilğilər yalniz həbslərdən sonra qapanib. İstənilən ötürücü qutu kilidləndisə ötürücünü neytral vəziyyətə ğətirmək haminin yadina düşür lakin sosial kilidlənmələrdə hami hamini neytral sulara deyil basir ki boğulsun . Bəzən elə olur ki doğma anandan əvvlki kilidlərinə ğörə , avtobus pulu ala bilmirsən heç dostlarinda vermir pişiyin də ölür şalvarin yamaqi da cirilir . İqtisadiyyatin kilidlənməməsi üçün isim vacib deyil , kapital kimin adindadir əsla vacib deyil , təki bu kapital iş yerlərinə səbəb olsun cüzi də olsa verği ödənilsin bazar iştirakçilarindan canavarlar təcrid olunsun vəssalam . Bu incə bir zərğər əməliyyatidir . Məqalədən ğörünür ki , İcra Başçisi istedadli iş adamidir ğeniş idarəçilik bacariğina malik insandir o insan sosium üçün daha faydali əmsala malikdir . Lakin şikaiyyətçi haqli da olsa biz iri faydali əmsalin məhf olmasini istəyirik və nəticədə sosiumun ruşeyminin daxilində kilidlənməni seçirik və ötürücünün neytral vəziyyətə ğətirib təmir yerinə aparmaqi yox. Mən nə icra başçisini nə də şikaiyyətçini müdafiyyə edirəm , çünkü hər iksi dağ çayi üstündə körpudə biri birinə yol vermir və onlarin büynüzlaşmasi haminin ziyaninadir kimin kimə qalib ğəlməsi isə həmçinin. 1976 -ci ildə SSSR -inin QOSPLANİNDA dəqiqliklə bilirəm iqtisadi kilidləmənin qarşisina ala bilən həssas bir insan qocaliqindan dünyasini dəyişdi əvəzi tapilmadi və SSSRİ müəyyən tormoz yolunun sonunda iflasa uğradi . Həmin adamin adini Ğenri Kissendjer merd* ləqəbi ilə yada salmiş idi . Kisendjer xatirəsində yazir ki butun proqnozlarla sovetlərin plan iqtisadiyyati və siasi ritorikasi çökməli idi , lakin hər dəfə ötürücünün kilidlənməsi sanki sehirli bir çubuq ilə açilir və bizləri məyyus edirdi . Biz yeni yyeni xərclərə düçar olurduq SSSR-inin inkişaf tempi bizləri üstələyirdi bu ğün sabax sovetlərin ambarlari mal yiğini ilə əhalinin bütün tələblərini ödəyəcəkdi . Lakin bir insanin ölümü və sosial kilidləmələrin həssas məqamlarinin nəbzini tutmamaq hər şeyi məhv etdi .

Son yazılar