ÖZÜNÜ YANDIRAN APREL QAZİSİNİN BACISI DANIŞDI - "İstəmirik ki, qardaşımızın qanı yerdə qalsın!"

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Baş direktor Könül Ələkbərovun xəstəxanada yaratdığı özbaşınalıqlara dözə bilməyərək özünü yandıraraq ölən keçmiş hərbiçi, Lələtəpə döyüşlərinin iştirakçısı, idmançı, 29 yaşlı İmamverdi İsmayılovun bu gün 3 mərasimi keçirilib.

Mərhumun bacısı Lamiyə İsmayılova sözlərinə görə,“qardaşı Aprel döyüşlərində 2016-cı ildə kəşfiyyatda manqa komandiri olub. Anası da onun o ağır döyüşlərdə iştirakı zamanı dözə bilməyib həyatdan köçüb. Onlar dinli-imanlı oğlan kimi ümidlərini qardaşlarına bağlayıblar .

Aprel qazisinin bacısı Lamiyə İsmayılova “yeniavaz”ın müxbiri ilə söhbətində deyib:”O, özünü yandırıb getdi, bizi də yana-yana qoydu, balasından çox nigaran idi. Biz istəmirik ki, qardaşımızın qanı yerdə qalsın. İstəyirik ki, tədbir görülsün. Hal-hazırda qardaşımın uşağı xəstəxanadadır. Aidiyyatı qurumlar səsimizi eşitsinlər.

Mingəçevir xəstəxanasındakı haqsızlığa, bu zülmə son qoyulsun. Canını vətəninə fəda etmiş bir qaziyə qarşı bu cür haqsızlıq baş verirsə, hansı vətənpərvərlikdən danışmaq olar?! Bizim dağımız yıxılıb, qardaşımızın aman-zaman oğlu 4 yaşında yetim qaldı. Çox xahiş edirik ki, bu məsələ obyektiv araşdırılsın və müqəssirlər layiq olduqları cəzanı alsınlar”.

Bacılar bu işə ədalətlə baxılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və 1-ci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirlər.

635x100

Şərhlər

TARİX 2019-07-01 20:46:22

YƏQİN Kİ, AİDİYYATI QURUMLAR TƏRƏFİNDƏN QİSA ZAMAN KƏSİYİNDƏ ARAŞDIRMALAR APARILARAQ XƏSTƏXANADAN TUTMUŞ NAZİRLİYƏ QƏDƏR GÜNAHKARLAR İFŞA OLUNARAQ ƏN AĞIR ŞƏKİLDƏ CƏZALANDIRILACAQLAR.İNSANI BU HALA GƏTİRMƏK ÜCÜN NƏ QƏDƏR QANSIZ ,ALLAHSIZ, DÖVLƏTİNİ SEVMƏYƏN İNSAN OLMALISAN. ALLAH QAZİMİZƏ RƏHMƏT ELƏSİN.AMİN.

EJDER 2019-07-01 20:46:22

BU ANALOQU OLMAYAN SEHIYYEMIZIN UQURLU INKIWAFIDIR,DEYENLERE AR OLSUN.CAMAATI QIRA QIRA GEDIRLER...OZLERI MUALICEYE XARICE QACIRLAR,YOX WEXSI TEYYELERI ILE UCURLAR,SAQ UCMASINLAR,SALAMAT QAYITMIRLAR

Patriot 2019-07-01 20:46:22

Buda bizim "səhiyyə"(((. Əlbətdə bunu bütün həkimlərə şamil etmirəm! Buraada günahın böyüyü səhiyə naziri Oqtay Şirəliyevdədir!!! Əgər o nazir kimi işini bilən olsaydı Mingəçevirin həkimləri rəhmətliyin başına belə oyun açmazdılar!!! OQTAY ŞİRƏLİYEVƏ İSTEFA!!!

Son yazılar