“AZƏRPOÇT”DA YOXLAMALAR APARILIR - Talan iddialarının araşdırılacağı gözlənilir(Yenilənib)

“Maliyyə Bazarlarına Nəzarət Palatası milli poçt operatoru olan “Azərpoçt” MMC-də yoxlamalara başlayıb. Təxminən 1 həftədir başlayan yoxlamalar həm “Azərpoçt” MMC-nin özündə, həm də poçt filalı və şöbələrində həyata keçirilir.” Bu barədə “AzPolitika.info”ya “Azərpoçt” MMC-nin adının çəkilməsini istəməyən işçilərindən biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının əməkdaşları “Azərpoçt” MMC-nin Xəzinə Şöbəsinin fəaliyyətini yoxlayır. Yoxlamalarda məqsəd dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditidir.

Qeyd edək ki, son dövrlər “Azərpoçt” MMC-nin fəaliyyətində ciddi qanun pozuntularına yol verildiyinə dair xeyli məlumat yayılıb. Belə ki, iş günü başa çatanda poçt şöbələrində gün ərzində yığılan pulun 500 manatdan artığını saxlamaq qadağan olduğu halda, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevin icazəsi ilə 20-30 min, hətta 60-70 minə yaxın pul saxlanılır. Bu da poçt şöbələrindən oğurluq hallarının artmasına, dövlətin vəsaitinin kriminal şəxslər tərəfindən ələ keçirilməsinə səbə olur.

Bundan əlavə “Azərpoçt” MMC-nin bu ilin mart ayının sonlarında korporativ informasiya sisteminin – “COLVİR Postal System” – CPS sisteminin yeni versiyasına qoşulduğu, bunun isə poçt işçilərinə cox ciddi

Qeyd edək ki, 2015-ci ildə Hesablama Palatası ilə Vergilər Nazirliyinin “Azərpoçt”-da  birgə apardığı yoxlamalar zamanı da MMC-də ciddi qanun pozuntuları, milyonlarla manat vəsaitin büdcədən və təyinatından yayındırılmasını aşkarlamışdı.

Belə ki, “Azərpoçt” MMC-nin poçt filial və şöbələrində alınan malların qiymətinin şişirdilməsi, icarədən əldə edilən vəsaitin büdcədən yayındırılaraq mənimsənilməsi, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilməsi və xəzinə vəsaitlərinin müxtəlif yollarla talanması faktları qeydə alınıb.

Ancaq bu mənimsəmələrə görə heç kimin ciddi cəzalandırılmamasının “Azərpoçt” MMC-də yeni qanunsuzluqlara yol açdığı iddia olunur.  Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının apadığı yoxlamalar nəticəsində bu qanunsuzluqların ortaya çıxarılacağı gözlənilir.   

Xatırladaq ki, “Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

analitik 2019-07-09 11:14:50

İldən-ilə, dövrdən-dövrə korrupsiyanın forması da dəyişir. Palata son bir ildə Azərpoçtun rəyini nəzərə almadan Nazirliyin poçta dürtüşdürdüyü "kadrların" kimliyini və peşə Nazirliyin elə bu cür idarəetməsinin nəticədir ki, poçt zərərlə işləyir.

poçtalyon 2019-07-09 11:14:50

Çoxlarının yadında olan "rabitə işi" baş verməmişdən bir neçə ay əvvəl Hesablama palatasının əməkdaşları Azərpoçtda "yoxlama" aparmışdı. Yoxlamanın nəticəsi isə həmişəki kimi, bütövlükdə normal idi, yalnız bir neçə "xala xətrin qalmasın" nöqsanlar aşkar etmişdilər. Ancaq həmin yoxlamadan qısa müddət sonra, sonrası oxuculara məlumdur.....Ona görə də özünüzü aldatmayın, hansı ölkədə yaşayıb, işlədiyinizin fərqinə varın...

Qərib 2019-07-09 11:14:50

Nə olsunş Hesablama palatasının yoxlaması başqa qurumlarda nə nəticə verib ki,burada versin.

Sabir 2019-07-09 11:14:50

Azerpoctda ozbasnalidi. Mytexesis olmayanlar yuksek.vezifeler tuturlar. ogulug.buradan. yaranir. eger diqqetle yoxlasalar rayonlarda cox шеуler askar olunacaq beli ogurluq davam edir

Rabitəci-yə 2019-07-09 11:14:50

Allah adamın başına vuranda adınıda unudur yaxşıki adını Rabitəçi yox Rabitəci yazmısan sən rabitəçi olsaydın heç zaman yaltaqlıqla məşğul olmazdın insanın vicudluğu nazirlə pulla ölçülmür istiyir o boyda olsun istiyir bu boyda olsun Azərbaycan dövlətinin qanunlarını kimsə pozursa geci-tezi olur o mütləq cəsasını alır belələrinə zuy tutanların axrınəda bilməmiş deyilsiniz.

Rabiteci 2019-07-09 11:14:50

O boyda nazir qalib beleleri elinde

Rabitəçi 2019-07-09 11:14:50

Hesablama Palatasından xahiş edirəm Azərpoçt tərəfindən alınan əşyaların qiymətinə nəzər salsın.... Bir stolun qiyməti qara bazarda 20 manatdırsa, Azərpoçt tərəfindən həmin stol 100 manata qiymətləndirilib filiallara göndərilir... Bu səbəbli Azərpoçtda korrupsiya hökm sürür....

rabite ustasi 2019-07-09 11:14:50

azerpostu yoxlayan tewkilat hesablama palatasi deyil, maliyye bazarlarina nezaret palatasidir

RABİTƏÇİ 2019-07-09 11:14:50

indi yenidən"xoda dümüş"bu kadrlar çox təhlükəli birsiyasi oyunu həyata keçirilər.bu tipli kəslər bəzən özlərini kimlərinsə qurbanları kimidə qələmə verə bilərlər.lakin rabitəçilərimiz ayıq olmalı onların hansı yükü daşıdığlarını dəqiq bilməlidirlər. qurban olum 170 manat maaş alirıq,ehtiyyatlı olaq gözümüzü 4açaq ki, heç olmasa cənab prezidentin yeni artırdığı maaşımızı sentyabrda heç olmaya 1 dəfə almaq nəsib olsun biz zavalılara .

Vətəndaş 2019-07-09 11:14:50

Azərpoçtda gedən biabrçl dırnağarası kadr islahatlarında yol veriləən nöqsanlarda araşdırılsa yaxşı olardı.cünki nazir R.Quluzadə və əlaltısı Ə.Abdullayevin maraqları təmin olunduğundan şikayətlərə baxılmır!

Rabitəçi 2019-07-09 11:14:50

AY ALLAH NƏ OLARDIDA HBESABLAMALAR PALATASI BU İŞBAZ OĞRULARIN ÜSTÜ ÖRTÜLÜ,XALQDAN MİLLƏTDƏN ÇALDIQLARININ ÜSTÜNÜ AÇARDI.BİZİ BU "QARA YARDAN" XİLAS EDƏRDİLƏR. NOLARDI AY ALLAH, XALQIN ÇÖRƏYİNƏ BAİS OLANLARI LAYİQİNCƏ CƏZASINI VER!!!ALLAH MİLLƏTƏ PİSLİK EDƏNLƏRİN SAATINI TEZ DAYANDIRSIN.tƏBİİ Kİ,SAXTAKARLIQDA AD-SAN ÇIXARMIŞ ƏFƏNDİYEV VƏ ONUNKİMİLƏR QURDLA QİYAMƏTƏ QALMAYACAQ,ONSUZDA QAYKALARI BOŞALIB HAMSININ,VƏ "VOT-VOT"XƏBƏR ÇIXACAQ Kİ,FİLANKƏS GETDİ.MƏN ALLAHIMA PREZİDETİMƏ İNANIRAM,HAQQ ÖZ YERİNİ TUTACAQ

Arif Əliyev 2019-07-09 11:14:50

Şəxsən 10 ildən çoxduki poçtda islahatların aparılması haqqında mübarizə aparıram əvvələr bir neçə rabitəçilər bunu şikayət kimi anlayırdı sonradan onlarda məni anlaya bildilər o zamanda işin başında duranların əksəriyyəti maliyə təmir tikinti mal-material bir sözlə qaz vurub qazan doldurmaqla məşğul idilər.Poçtda islahatlar aparmaq üçün adi bir şeydir poçtun qəbulundan çatdırmasını ayırmaq lazımdır bütün dünyada bu belədir sonrasıda özünü doğrutmayan şöbələri birləşdirmək yoxsa işçi çıxart işçi göterolmaz

Arif Əliyev 2019-07-09 11:14:50

Bütün bunların başında nazir müavini Əli Abdullayev və bir neçə nəfər kadır islahatı adıyla ortada olanlardır ən böyük faciyə isə nazirin susmasıdır şəxsən dəfələrlə bu adama müraciyət etmişəm məhkəmə hökümilə işimə pərpa olmuşam mənə və rabitəçilərə edilən ədalətsizliyi Ramin Quluzadəyə çatdırmaq istəmişəm amma nə fayda sanki bu adama göstəriş gəlibki rabitəçiləri qəbul etmə axı ona yazmışdıq poçtlarda limiti pozmaq olmaz bunlar qanun çərçivəsində olmalıdır niyə indi polisdə poçtun əməkdaşları cavab ardı

Arif Əliyev 2019-07-09 11:14:50

Əslində rabitə (NRYT)nazirliyin əksər qurumları bu gündədir Aztelkomda islahatlar adıyla çıxarılan işçilərin 15-20 nəfəri dövlət orqanlarına şikayət ediblər nəticədə onların bir neçəsini Bakıtelekom MMC-də təzədən əsası olmayan müqavilə ilə işə götürüblər təki səsləri çıxmasın Bakıtelekom MMC-dən işdən çıxarılmışları isə hələdə aldadırlar bu gün sabah deyə deyə yola verirlər Azərpoçt isə bəlkədə dünyanın ən rüşvətxor ölkəsində belə bir faciyəli qurum yoxdur bunu tam məhsuliyyətimlə imzamla subut edərəm.

Arif 2019-07-09 11:14:50

ardı verməlidir bəs qanunları ayağının altında tapdalayan Emin Əfəndiyevi niyə polis izahata dəvət etmir niyə nazirliyin əməkdaşlarını dəvət etmir axı bu barədə dəfələrlə yazmışdıq gərək hömən oğurluq olaydı və yaxud poçta bir başa rəis təyin etmək olmaz bu kolxoz deyil burda mütəxəsis olmalısan qanun qaydaları bilməlisən poçtun soğorta sahəsi olduqca çətin bir sahədir ən yaxşı halda bu sahəni beş ildən tez öyrənmək mümkün deyil axırı nə oldu həmin bu rəislər oğrulardanda çox vəsaiti mənimsələyiblər.

Son yazılar