Aydın Bəşirov istintaqa cəlb edilə bilər

Baş Prokurorluqdan anons gəldi: Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb

Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus “İslam Səfərli” yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Bu haqda Baş Prokurorluqdan “Yeni Müsavat”a daxil olan rəsmi məlumatda deyilir: “İslam Səfərli” yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən “Kuban” gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində “Kuban” gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir”.

Xatırladaq ki, “Yeni Müsavat”da XDG-nə məxsus yük gəmisinin oğruluq neftlə Rusiya xüsusi xudmət orqanları tərəfindən saxlanılması və heyət üzvlərinin həbsi haqda ardıcıl yazılar dərc edilib. Artıq prezident sərəncamı ilə ləğv edilmiş XDG mətbuat xidməti bu xəbərləri yalana çıxarmağa çalışırdı. Həmin məlmatlarda XDG-yə məxsus gəmiyə görə Rusiya tərəfinin 5 milyon dollar tələb etməsi və Aydın Bəşirovun həmin məbləği ödəməkdən yayınması haqda iddialar da vardı.

Qeyd edək ki, faktla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə idarəsində il avqustun 4-də Rusiya Cinayət Məcəlləsinin 226.1 - strateji əhəmiyyətli yüklərin qaçaqmalçılığı maddəsi ilə cinayət işi başlanb.

Bu xəbərlə bağlı "AzPolitika.info"-ya ilginc məlumatlar daxil olub. Onları növbəti yazıda təqdim edəcəyik.

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar