"TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR" - "Başqa variant yoxdur..."
Elxan Şahinoğlu: “Bir gün gələcək, qardaş ölkənin Naxçıvanda və Abşeronda hərbi bazaları mövcud olacaq, başqa alternativimiz yoxdur”
ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə verdiyi geniş müsahibədə maraqlı bir təkliflə çıxış edib. Partiya sədri türk qoşunlarının Azərbaycana gəlməsinin vacibliyinə toxunub. S.Cəlaloğlu işğal altında olan torpaqlarımızın azad edilməsi üçün bundan başqa yol görmür.
Qeyd edək ki, zaman-zaman türk qoşunlarının Azərbaycana dəvət olunması çağırışları səslənir. Ən müxtəlif sahələrin təmsilçiləri tərəfindən bu dəvətə daim dəstək gəlib. Lakin bu qədər tərəfdarı olmasına baxmayaraq, bu istək hələ də həyata keçməyib. Türk qoşunları ölkəmizə gələrsə, bu proses Naxçıvan üzərindən həyata keçiriləcək ki, bu da muxtar respublikamızın təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından çox önəmlidir.
Politoloq bu məsələnin tezliklə reallığa çevrilməsini çox vacib sayır: “Bu məsələnin reallığa çevrilməsi üçün rəsmi Bakı hərəkətə keçməlidir. Türkiyə ordusu rəsmi olaraq Azərbaycana dəvət edilməlidir. Azərbaycanla Türkiyə arasında dəmir hərbi pakt imzalanmalıdır. Bu iki qardaş ölkə hər hansı üçüncü ölkə ilə müharibə, hərbi münaqişədə olduğu təqdirdə dərhal bir-birinin tərəfində ola biləcək savaşda yer almalıdırlar. Türkiyə ilə Rusiya bu məsələdə anlaşacağı təqdirdə Azərbaycan iqtidarı buna gedə bilər. Yəni ortada belə bir ciddi əngəl də var. Bunu da vurğulamalıyıq ki, ilkin etap olaraq indi belə Naxçıvanda Türkiyə hərbi bazası qurula bilər. Fikrimcə, proses ona tərəf gedir. Türkiyənin Naxçıvanda mövcudluğuna Rusiya da mane ola bilməz. Türk qoşunlarının Naxçıvanda peyda olması ermənilərin də birdəfəlik bu regionumuza iddialarına son qoya bilər. Tarixi baxımdan da Naxçıvan türk əsgərlərinin yerləşdirilməsi üçün gözəl fürsətdir. Ümid edirik ki, tezliklə Azərbaycan bu imkandan lazımi səviyyədə yararlanacaq. Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə geniş hərbi təlimlərinin məntiqi gedişatı yuxarıda qeyd edilənlər olmalıdır. Türkiyə ordusunun Azərbaycanda mövcudluğu çox şeyi dəyişə bilər. Qardaş ölkənin Cənubi Qafqazda hərbi bazasının olması region üçün çox ciddi hadisədir. Türkiyənin Cənubi Qafqazda güclənməsi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir. Eyni zamanda Türkiyə qoşunlarının Azərbaycanda olması rəsmi Bakının Qarabağ məsələsində qolunu gücləndirir. Bir nüansı xatırlayaq, Şimali Suriya və İraqda Türkiyə ordusunun anti-terror əməliyyatlarından ən çox narahatlıq keçirilənlər içində ermənilər də var idi. Bu, təbiidir, çünki ermənilər anlayırlar ki, bu gün Yaxın Şərqdə hərbi əməliyyatlar aparan Türkiyə sabah Cənubi Qafqazda hərbi gücünü göstərəcək. Ona görə türk əsgərinin Azərbaycanda olması Qarabağın azad edilməsi yolunda atılacaq mühüm addımdır. Yuxarıda qeyd edilən bütün əngəllərə rəğmən Azərbaycan bu şansdan artıq yararlanmalıdır”.
Şərhlər
Çoxdan olmalı idi bu.
Allah ruhlarin sad elesin mekanlari cennet olsun.Her zaman turk esgerlerinin mezarlarin ziyaret edende ureyimden bu sozler kecir.Ey boyuk esger size yenede ehtiyacimiz var.Temennasiz bizi seven qardaslarimiz. Allah sizon haqqi itirenlere lenet elesin.
Biz hərbi işğalçının saymadığı BMT TŞnin DQMV qərarınının icrasını öz üzərimizə götürmək əvəzinə heç dəxli olmayan xarici dövlət və qurumlara göstərişlər ünvanlayırıq? Belə siyasi-hərbi mülahizələr(sarsaqlıq) özünü güclü elan edən Azərbaycanın potensial imkanlarını düşmənə satmaqdan-lütləməkdir. Bir də ki, Azərbaycan müxalifəti, ya iqtidarı son 25 ildə nə vaxt işğalçı və tərəfdaşlarına kəskin-zaman bəyanatı verib? Bu psevdomilli açıqlamalar Qarabağın qytarılmasına qlobal əngəllər çağırışımı?
gecikirik ve ya rusiya ile turkiye razilasmalidir
Qüdrətli Türk ordusu Azərbaycana buraxılmalıdır. O ordu ki, min illər dünyanı nəzarətdə saxlayıb. O ordu ki, Rus təyarəsini vurub, Cəmil Həsənli demişkən Avropanı rus girovluğundan qurtardı. O ordu ki indi oturb Dünyanın ən qaynar nöqtəsində dünyanın supergüclərinə də imkan vermir nə istəyirlər etsinlər. Döyüşkən Türk ordusu bizi heç vaxt tək qoymaz. Ona görə biz düşmənlə müharibəyə girişib düşmənimizi əzməli və birdəfəlik əsrlərlə davam edən bizə qarşı genosidə işğala son qoymalıyıq.
bu təkliflə 100 faiz razıyam, tam səmimiyyətlə və böyük məmmuniyyətlə. biz həm üzümüzə gələn növbəti dünya müharibəsində dövlətimizi qoruyarıq, həm də rus- erməni fitnələrilə türk qardaşlarımızla çiyin-çiyinə döyüşərik.
“TÜRK QOŞUNLARI AZƏRBAYCANA GƏLMƏLİDİR” Çox düz və yerində deyilmişdir. Türk ordusu elə indicə Naxçıvana girməlidir. Onda düşmənlərimiz belə danışa bilməyəcəklər. Əgər bizimkilər istəsələr Rusların əlaltıları imkan versələr bu olacaq. Türkiyə bunu edəcək.