"DEDİ Kİ, PROKUROR 15 MİNDƏN AŞAĞI DÜŞMÜR..." - Prokuror tərəfindən evi zəbt olunan vətəndaş Prezidentdən kömək istəyir

"Sabunçu rayon prokuroru Ceyhun Şirinov məhkəmənin fəaliyyətinə müdaxilə edərək, mənim qanuni şəkildə aldığım mənzilimin üzərində hüquqlarımın tanınmasına, onun tərəfindən zəbt olunmuş evimin geri qaytarılmasına imkan vermir. Buna görə də, mətbuat vasitəsilə səsimi ölkə rəhbərliyinə catdırmaq istəyir, mənə kömək göstərilməsini xahiş edirəm".

Bu fikirlər 6 ildir mənzili əlindən alındığı üçün ailəsilə birlikdə kirayədə yaşamağa məcbur olan İsmayıllı rayon sakini Səfər Soltanovun Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla, səlahiyyətli dövlət orqanlarının rəhbərlərinə, o cümlədən Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Baş prokuror Zakir Qaralova və Bakı şəhər prokuroru İlqar Abbasova müraciətindən götürülüb. Şikayət ərizəsinin surətini  "AzPolitika.info"-ya da təqdim edən Səfər Soltanov artıq kirayə üçün verməyə pul tapa bilmədiyindən, problemini mətbuat vasitəsilə ictimailəşdirərək, qısa müddətdə həllinə nail olmaq istədiyini deyir.

Qeyd edək ki, Səfər Soltanov bir müddət əvvəl də mətbuata müraciət edərək, Sabunçu rayon prokurorunu onun qanuni mülkünü əlindən almaqda ittiham etmişdi. Həmin şikayət də "AzPolitika.info" saytında dərc olunmuşdu.

Xatırladaq ki, Səfər Soltanov Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev 24, mənzil 42-də yerləşən bir otaqlı mənzili 2013-cü ildə evin sahibi Lixovsen Roman Oleqoviçdən alqı-satqı müqaviləsi ilə qanuni şəkildə alsa, əlində "Çıxarış" olsa da, evinə köçə bilmədiyindən şikayət etmişdi. Buna Sabunçu rayon prokuroru Ceyhun Şirinovun imkan vermədiyini bildirmişdi.

Səfər Soltanov şikayəti mətbuatda dərc olunsa da, probleminin həll edilmədiyini, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını bildirir: "Bir daha xatırladım ki, həmin mənzili mən almazdan öncə onun sahibi Oleq Lixovsen bu evdə vəfat etmişdir. Onun oglu Roman Lixovsen varislik hüququ əsasında öz adına "Çıxarış" alaraq, evi mənə satmışdır. Bunun üçün Rusiyanın Rostov şəhərində yaşayan anası Tatarxanova Marina Zulumovna bu məqsədlə Bakıya gələrək evə aid sənədləri qaydasına salmışdı. "Çıxarış"ı qanuni şəkildə oğlu Romanın adına keçirdi və evi alqı-satqı etdik.

Ancaq mən evi alarkən Oleq Lixovsenin ölümü ilə bağlı mənzildə araşdırma hələ başa çatmamışdı. Evi mənə satan ailə üzvləri isə Rusiyada Rostov şəhərində yaşadıqlarından, araşdırmanın qurtarmasını gözləyə bilməyəcəklərini bildirdilər. Ona görə də qanuni şəkildə alqı-satqını edib, pullarını alıb Rusiyaya geri döndülər.  Ancaq Sabunçu Rayon Prokurorluğu araşdırma aparıldığını bildirərək mənim evimə köçməyimə imkan vermədi. Bu araşdırma isə xeyli uzandı. Sonra mənə məlum oldu ki, Sabunçu rayon prokuroru Ceyhun Şirinov araşdırma adı ilə evi zəbt edərək, ora bir-iki nəfər yerləşdirib. Mənim şikayətlərimdən sonra onları çıxarıb başqa bir ailə yerləşdirdi. Deyir ki, şəhid ailəsidir. Mən bilmirəm, düz deyir, ya yox.

Ancaq Ceyhun Şirinov doğrudan da şəhid aləsinə kömək etmək istəyirsə, öz mülklərindən birinə yerləşdirsin. Mən onların siyahısını da verə bilərəm. Niyə mənim bir otaqlı evimi əlimdən alır? Bəs mənim ailəm harda qalsın?

Borc-xərclə ev almışam, ancaq yenə də kirayələrdə qalmışam. Bu illər ərzində kirayəyə 20 mindən artıq pul vermişəm. Borcum elə həddə çatıb ki, artıq kirayə pulu ödəmək imkanında da deyiləm..."

S.Soltanovun sözlərinə görə, Ceyhun Şirinov onun mənzilinə həmin ailəni Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi Adil Vəliyevin tapşırığı ilə yerləşdirdiyini iddia etsə də, bu da yalan çıxıb: "Mən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısi cənab Adil Vəliyevə müraciət edərək, Ceyhun Şirinovla telefon danışığımızın səs yazısını ona göndərdim. Adil müəllim doğrudan da çox dürüst bir məmurdur. Özü şəxsən mənə bildirdi ki, bu ünvanda yaşayan adamlar şəhid ailəsi olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə yerləşmə barədə müraciət etməyiblər. Bildirdi ki, İcra Hakimiyyəti bundan xəbərsizdir və rayon prokurorluğunun da hansısa bir ailəni yerləşdirmə səlahiyyəti yoxdur. Bunun qanun pozuntusu olduğunu da vurğuladı və mənə mənzilimə sahib çıxmağı tövsiyə etdi. Həmin bina Bakı şəhər Mənzil Kommunal Təsərrüffat Birliyinin balansında olduğundan Adil müəllim mənə köməklik edə bilmədi".

Səfər Soltanov müafiq orqanlara şikayətlərinin də nəticə vermədiyini bildirir: "Baş Prokurorluğa müraciət etmişəm. Evi qanuni şəkildə, alqı-satqı müqaviləsi ilə aldığıma dair bütün sənədləri də Baş Prokurorluğa təqdim etmişəm. Evə məxsus sənədlər tam olaraq qaydasındadır. Baş Prokurorluqda araşdırma başlayarkən, Ceyhun Şirinov o mənzildəki adamlarla heç bir əlaqəsinin olmadığını və onları tanımadığını deyirdi. Lakin mən onunla telefon danışığımı Baş Prokurorluğa təqdim etdikdən sonra o, artıq boyun qaçıra bilmədi.  Bu dəfə "mən şəhid ailəsinə kömək etmişəm" deyərək özünü belə bir şəkildə sığortalamağa başladı. Baş Prokurorluqdan da mənə məhkəməyə müraciət etmək tövsiyə olundu".

Səfər Soltanovun sözlərinə görə, bundan sonra o, Ceyhun Şirinova bir daha evini geri qaytarmağı təklif edib, əks halda məhkəməyə müraciət edəcəyini bildirib: "Ötən dəfə də şikayətimdə dediyim kimi, prokuror mənzili təmir etdirdiklərini bildirərək, çıxmaq üçün məndən pul tələb edirdi. Bir tanışı var, onun vasitəsilə xəbər göndərdi. Əvvəl 10 min manat tələb edirdi. Çarəsizlikdən razılaşdım, amma indi yenə işi uzadaraq məni aldatdı. Axırda o adam mənə dedi ki, prokuror 15 min manatdan aşağı düşmür, get özün başına çarə qıl. Mən də məhkəməyə müraciət edim".

Səfər Soltanov qeyd edir ki, Sabunçu Rayon Məhkəməsində işə baxılması iki aydır uzadılır: "Hakim mənə deyir ki, Əmlak Komitəsinə sorgu vermişik, cavab gözləyirik. Ancaq hamı bilir ki, dövlət orqanları məhkəmənin sorgusuna maksimum 15 gün ərzində cavab verir. Deməli, işə baxılması qəsdən uzadılır. Mənim bütün sənədlərim qaydasındadır. İşə baxılsa, mənim xeyrimə qərar çıxarılmalıdır. Buna görə də, prokuror müdaxilə edərək, məhkəmənin işə baxmasına mane olur".

Sonda Səfər Soltanov bir daha ölkə rəhbərindən qanuni mənzilinin geri qaytarılması üçün kömək istəyir: "Cənab Prezidentdən, müvafiq orqanların rəhbərlərindən xahiş edirəm mənə kömək etsinlər. Prokurorun məhkəməyə müdaxilə etməsinin qarşısını alsınlar. Mənim artıq kirayə pulu ödəməyə də imkanım çatmır. Qanuni şəkildə aldığım və rayon prokuroru tərəfindəın zəbt olunmuş evimim geri qaytarılmasına kömək edin. Mən də bu ölkənin vətəndaşıyam. Əgər artıq əlində səlahiyyəti olanlar mənzillərimizi də zəbt edəcəksə, biz bu ölkədə necə yaşayaq?!"

Haqlı sualdır. Yəqin ki, səlahiyyətli orqanlar bu haqda düşünəcək.

Şikayətdəki iddialarla bağlı Ceyhun Şirinovun da mövqeyini işıqlandırmağa hazırıq.

Rasim

AzPolitika.info

635x100

Şərhlər

Hafiz Hacıyev 2019-09-04 15:15:13

Belə vicdansızlara bu hakimiyyətdə yer olmamalıdır .....bunları qəti şəkildə cəzalandırmaq lazımdır xalqa xidmət yox zülüm verir belələri ....deyilənə görə 65 yaşı var ...getsin nəvələrin oynatsın də bir adam 20 il bir rayonda prokuror olanda belə edəcəkdir də ....cənab Zakir Qaralov bunu yola salmaq lazımdır prezidentin gördüyü işlərə kölgə salır

Həci 2019-09-04 15:15:13

Ayıbdır e cənab Prezidentimiz İlham Əliyev hər zaman məmur özbaşınalıqının əlehinə cıxış edib və məmur xalqın xidmətcisidir deyir bu cür ac göz harın ceyhun iysə əksinə ölkə prezidentimizin dediklərinin əlehinə hərəkət edir samazyanalıq edir ümumiyyətlə Baş Prokuror Cənab Zakir Qaralovu ümumiyyətlə saymır məclislərdə rəhbərliyininnhakqında xoşa gəlməz sözlər deyir ..

adəm məmmədov 2019-09-04 15:15:13

bu ceyhunu zamanında məndə ifşa etdim az qala məni xayin eləmişdilər budur haqq ədalət şərikin şərlətdirib həpis etdirə bu ceyhun şirinovdur nə oldu sonu hələdə insanlara zulum verir vətəndaşlarımızın mal mülkünə hakqına girir buna dur deyə biləcək birisi olacaqmı görəsən

Şikar 2019-09-04 15:15:13

Bun ceyhun da nə günah var prokurorluq orqanlarında bahalı maşınla işə gələn 500 azn rüşvət alan tez qovulur işdən ceyhun kimi toxunulmaz əbədi prokurirlara hərşey oar yəqin bir gün bununda ipini kəsəcəklər 70 yaşında pensiyaya cıxardallar

Gəncəli ilham 2019-09-04 15:15:13

Mən bunu gənclik yaşlarından tanıyıram hər zaman zalim ....olub bu ceyhunda günah yoxdur onu bu vəzifədə 65 yaşına kimi saxlayanlar günahgardır.... həryerdə deyir ki uşaq muşaq gəlib bizi idarə etmək istəyir nolmuşdu bizi qoyardılar biz bu uşaqları idarə edərdik 65 yaşı var yapışıb kresloya ordada ölmək istəyir ar olsun xalqa qənim kəsilən kimsəsiz rusların mülkünü ələ kecirən ceyhun (əlim gəlmir şirinov yazam) ....

samandar 2019-09-04 15:15:13

belelerine ne ad vermek olar? qrabitel, tufeyli. hec bit vicdansiz bunu elemezdi bu eledi

Aydin Qaracuxur 2019-09-04 15:15:13

Bu Ceyhun Wirinov ne hakimiyyet sayir ne dovlet buna dur deyen tapilmayacaq yeni bununla bacaran tapilacaq yeni

Vaqıf az yalaq ol 2019-09-04 15:15:13

Bu ceyhun şirinovu deyəsən yaman yaxşı tanıyırsan ay vaqif bəy cox təmiz dürüst korrupsiadan anlayışı olmuyan birisidir ayıb olsun belə məmurlara Ölkə Başcımız axşama kimi məmur xalqın xidmətcisidir deyir bu isə xalqın anasın ağladır kimsəsizlərin ən azı 20 evin zəpt edib indidə bu ...təmizə cıxardırsınız ar olsun belə məmurlara 65 yaşı var da bəsdirsin də getsin evində otursun az girsin xalqın hakqına...

Fəxri Gəncəli 2019-09-04 15:15:13

.... Allah bəlanızı versin gözünüz doysun ....

Camal Əhmədov 2019-09-04 15:15:13

....Belə prokurorlardı ki, hamının zəhmətini yerə vurur. Belələrini məsuliyyətə cəlb etmək lazımdır. ...Qanında Azərbaycan qanı olanlar vətəndaşları incitməzlər

Bayram Nur 2019-09-04 15:15:13

...Allah her weyi gorur.Xahiw edirik cix besdir.... hec kim bacarmir. Amma ucuruma gedirsen....Allah insanları incidənlərin cezasıni verecek. Amin

Əli 2019-09-04 15:15:13

Bu ceyhunun gözü yalnız qəbirdə doyacaq .... birisidir mənim qonşum olmuş russ kimsəsiz kişinin 3 otaqlı özəl evinidə zəpt edib yaxını bir ailəyə peşkaş edib bu ceyhun kimdir belə görəsən Zakir Qaralovun gücü catmır

HARAY HAZİ 2019-09-04 15:15:13

Bakı şəhərində iki rayonun prokuroru (C.Şirinov və Y.İldırımzadə) hələ də qanunların aliliyinə "köhnə üsul"larla nəzarət edir. Deyirlər biri Prezident Administrasiyasının şöbə müdirinin, o biri isə sabiq nazirin qohumudur. Hər ikisinin də yaşı ötüb deyəsən. Bakı şəhərinin hazırki hörmətli gənc prokurorun üsul-idarəsindən nümunə götürmək əvəzinə, vətəndaşlara yuxarıdan aşağı baxırlar, onları həddən çox incidirlər. Bu insanlar yazıqır axı! Onlar barədə tədbir görməyin vaxtı çatıb. İndi söz Baş Prokurorundur!

Vaqif 2019-09-04 15:15:13

Ceyhun Sirinov isini bilen prokurordur Sizin kimiadamlar ona qara yaxirsiz .Bilinir ki,qara yaxir ser atirsiz .Sorinovun nufuzu siziqorxuzur.

Tofiq 2019-09-04 15:15:13

Vaaayyyy bunun gozü doymur

Rasim Razin 2019-09-04 15:15:13

Hələ bu yazıda yazılanlar harasıdır bu ceyhun şirinovun o qədər belə əməlləri var ki gəl görəsən sabuncunun prokuroru vəzifəsindən azad edilsin hamsı üzə cıxacaq prokuror adına ləkədir bununla bacara bilmirlər görəsən bu nəyə görə bir belə toxnulmazdır son zamanlar rayonumuzun icra başcısınında bundan zəhləsi gedir deyilənə görə səbəbi də bunun vətəndaşların mülkünü ələ kecirməsidir cənab Zakir Qaralovu da saymır hər yerdə əlehinə danışır deyir 20 ildir baş prokurordu daha getmək vaxtıdır getsin

Son yazılar