"BƏZƏN ONLARIN SƏSİ GUR GƏLİR, LAKİN..." - Mikayıl Cabbarovdan ittiham

Pərakəndə ticarət və ictimai iaşə sahələrində çox böyük qeyri-formallıq müşahidə edilir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda çıxış edən Vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, Statistika Komitəsi ilə onların göstəriciləri arasında fərq olub: "2018-ci ilin nəticələrinə görə, Dövlət Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında çox böyük fərq olub. Bu fərq təxminən 7 dəfəyə qədər olub. Bu da bir daha kölgə iqtisadiyyatının həcmini göstərir. Bu il qeyri-neft sektoru üzrə vergi yığımları proqnoza qarşı 280 mln manat artıq olub ki, bu da proqnoz tapşırığın 112% icra edilməsi deməkdir".

Nazir əlavə edib ki, əmək bazarında şəffaflaşma prosesi artan dinamika ilə gedir: "Bu ilin ilk 8 ayında özəl sektorda 88 mindən çox yeni əmək müqaviləsi bağlanıb. Dövlət sektoru da nəzərə alınsa bu rəqəm 112 minə çatıb. Hansı ki, onun 78%-i özəl sektorun payına düşür. Əmək müqavilələrinin rəsmiləşdirilməsi əsasən ticarət, xidmət, tikinti, sənaye sahələrində qeydiyyata alınıb. Əməkhaqqında da artım qeydə alınıb. Belə ki, minimum əməkhaqqının artırılması ilə bağlı təşəbbüsləri nəzərə almasaq əməkhaqqının həcmi 20%-dək artıb".

Daha sonra Vergilər naziri Mikayıl Cabbarov çıxışında bildirib ki, kölgə iqtisadiyyatı dövlətin maliyyə strukturunun zəifləməsinə birbaşa təhdidlər yaradır: "Kölgə iqtisadiyyatı özünü ikili mühasibatlığın aparılmasında  göstərir. Gəlirləri tam şəkildə bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur gələ bilər, lakin bu illeqal haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici investorlar üçün vacib amildir. Kölgə iqtisadiyyatı qeyri-neft sektorunda özünü daha böyük formada göstərir. Əmək müqavilələrinin bağlanması sahəsində şəffaflıq artan templə davam edir".

 

635x100

Şərhlər

İ.Mustafaoğlu 2019-09-13 19:08:04

Mikayıl müəllim,hər bir məmur qəlbən dövlətimizi sevirsə, birinci növbədə qanunlarımızın aliliyinə riayət etməlidir ? Belə ki, Şəki-Bazar ASC-i uzun müddətdir ki,ildə ən azı 500,0 - 600,0 min manat vergidən yayınmasına baxmayaraq Vergi əməkdaşları tərəfindən göz yumulur ? Dəfələrlə VN-nə rəsmi müraciət etməyimizə baxmayaraq təhrif olunmuş cavab verməklə kifayətlənirlər ? Bu səbəbli Dövlət büdcəsi Neft sektorundan asılı vəziyyətində qalıb ? Vergidən yayınmanın qarşısını almaq üçün Şəki Bazarıın əsaslı Səyyar

Vergi statusu 2019-09-13 19:08:04

Hər rayonun Stat-idarəsi İcra Başçısının da imzası ilə hər rüb öz ərazisində fəaliyyət göstərən qurum-təşkilatlar və işçi tərkibi haqqında tabe olduğu yuxarı quruma, StatKom-nə, Maaliyyə və lazımsa Ədliyyə nazirliklərinə məlumat verməlidirlər. Loru dildə töycü gözləyən biri özü vergi üçün məlumat verir. Vaxtilə, belə bir təklif vardı-Hansı rayonda bircə naməlum qurum aşkar edilsə, həmin rayonun göz yuman bütün rəhbərləri ömürlük hər hansı dövlət vəzifəsindən azad edilirlər.

Bəşirov Qalibə əlavə 2019-09-13 19:08:04

...Adam çaş-baş qalıb.Gəldiyinə sevinmir.gördüyü heç kimə xoş gəlmir.Sadəcə özünü bataqlıqda hiss edir........

Bashirov Qarib 2019-09-13 19:08:04

Mikayıl muəllim mumkun olan hər şeyi edir,amma,gucu çatmır.Ən ucqar rayonun deputad obyektlərinə girəndə basıb döyurlərsə,şəhərdə yerləşən guc sahiblərinin obyektinə necə girsin. Qoymurlar ,axı.Elə obyektlər var ki, sahibinin adını, belə çəkə bilməzlər.Əlbətdə, DSK ilə 7 dəfə fərq böyuk mutəşəkkil cinayətdən xəbər verir.Hamı da durub muşahidə edir. Hamı qorxur ki, mudaxilə edərlərsə basıb döyərlər.

Hörmətli cənab Cabbarov 2019-09-13 19:08:04

Sentyabr 2019-dan etibarən minimal əmək haqqı 50 manat qaldırılaraq 250 manata qaldırılır. Bu əlavə 50 manatı verməklə sahibkarın işi bitmir. Bu əlavə ilə birlikdə kiçik sahibkar sosial müdafiə fonduna da əlavə vəsait ödəməlidir. Kiçik sahikar üçün bu çətinlik yaradır. Bəlkə də buna görə bəzi sahibkarlar işçilərini rəsmiyyətə salmırlar. Bu barədə Sizin fikrinizi bir daha eşitmək istəyərdik.

Fəhlə 2019-09-13 19:08:04

Dövlət sektorunda 24 min müqaviləsiz necə çalışırmış? Onlar da könüllü(biyara) işləyirmiş və məvacibləri nədən ödənirmiş? Həmin rəhbərlər bu gün də belə "qanunauyğun" çalışırlarmı?

Amon 2019-09-13 19:08:04

Yegane cixis yolu var o da qazaxistandaki kimi kicik ve orta sahibkarligi bir nece illiye vergiden azad etmek.bu budceye elede tesir etmir.bunu etseler iqtisadiyyatimizda tez bir zamanda dircelis bas verer

Son yazılar