"Nazirlikdə işimi davam elətdirirəm" - Elnur Kələntərli

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Elnur Kələntərli işdən çıxarılması ilə bağlı yayılan xəbərləri təkzib edib.

AzVision.az-a açıqlamasında nazirlik rəsmisi hazırda iş başında olduğunu, narahatçılığa əsas olmadığını deyib:

“Bütün bu deyilənlər şayiə və yalandır. İşdən çıxmamışam. Hazırda öz işimdəyəm. Nazirlikdə işimi davam etdirirəm. İş başındayam”.

Xatırladaq ki, bu həftə ƏƏSMN rəhbərliyində dəyişiklik olub. Prezident İlham Əliyev Füzuli Ələkbərovun yerinə Səlim Müslümovu təyin edib. Bundan sonra mətbuatda yeni nazirin Elnur Kələntərlini işdən çıxardığı haqda məlumatlar yayılıb.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar