“Belə “qələbədən” sonra ancaq Minskə getmək olardı”

Cəmil Həsənli: “Seçkidən sonra mən demokratik ölkələrə, İlham Əliyevsə diktatorun ölkəsinə səfər etdi”

9 oktyabrda keçirilən prezident seçkiləri Azərbaycan hakimiyyətini bərk silkələdi. Belə ki, hakimiyyət nüfuzlu beynəlxalq təşkilatların ciddi tənqidinə tuş gəldi və seçkilərin nəticəsi beynəlxalq aləm tərəfindən tanınmadı. Seçkilərin bu səviyyədə keçirilməsindən sonra İlham Əliyevin ilk olaraq hansı ölkəyə səfər edəcəyi maraqla gözlənilirdi. İlham Əliyev isə ilk səfərini Minskdə keçirilən MDB ölkələrinin zirvə sammitinə qatılmaq üçün Belarusa etdi. Avropanın diktatoru kimi ad çıxaran Belarus prezidenti Aleksandr Lukaşenko da onu “inamlı qələbəsi” münasibətilə təbrik təbrik edib, çiçək dəstəsi bağışladı. Çiçək dəstəsini isə özünün dediyinə görə, avtoritarların hamisi olan Rusiya prezidenti Putionlə “atışaraq” alıblar.

İlham Əliyevin seçkidən sonra ilk səfərini məhz Belarusa etməsinə Milli Şuranın prezidentliyə vahid namizədi olmuş Cəmil Həsənldən münasibət öyrəndik. Cəmil Həsənli buna təbii baxdığını söylədi: “İlham Əliyevin bu səfəri seçkilərin necə keçirilməsinin göstəricisidir. Bir qayda olaraq demokratik seçkilərdə qalib gəlmiş prezidentlər ilk səfərlərini demokratik ölkələrə edirlər. 9 oktyabrdakı kimi seçki ilə qalib elan ediləndən sonra isə ancaq Minskə getmək olardı. Yeri gəlmişkən, İlham Əliyevdən fərqli olaraq, mən seçkidən sonra qərb ölkələrinə səfər etdim”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar