"Demokratık dəyərlərdə biz güzəştə gedə bilmərik"- Litva prezidenti

Oktyabrın 25-də Litvanın Avropa Birliyi Şurasına sədrlik dövrü başlanır.

Azadlıq Radiosunun müxbiri Rikard Jozwiak Brüsseldə Litva prezidenti Dalia Grybauskaitėdən Şərq Tərəfdaşlığı proqramına daxil olan Azərbaycandakı seçkilər barədə fikrini soruşub.

Azadlıq Radiosu: ATƏT-in müşahidə missiyası Azərbaycanda son prezident seçkilərini kəskin tənqid etdi, kütləvi pozuntular olduğunu bildirdi. Azərbaycan bu iddiaları rədd edir. Bəs Sizin fikriniz nədir?

Litva prezidenti Dalia Grybauskaitė: Azərbaycan Şərq Tərəfdaşlığı proqramında spesifik ölkədir. Bu ölkə özünəməxsus mövqedədir. Azərbaycan inteqrasiyaya az meyillidir. Biz onların qərarını qəbul edirik. Avropa Birliyi heç bir ölkəni məcbur edə bilməz, hər bir ölkə özü müəyyən edir. Biz əməkdaşlığa açığıq. Onlar əməkdaşlıq istəsələr, bizim qapılar açıqdır. Ancaq bunlar imkanlardır, məcburiyyət deyil.

Azadlıq Radiosu: Bəs ATƏT müşahidəçilərinin tənqdi barədə nə deyə bilərsiniz?

Litva prezidenti Dalia Grybauskaitė: Əlbəttə, qanunun aliliyi var. Demokratik inkişaf Şərq Tərəfdaşlığı proqramına daxil olan hər bir ölkə üçün vacibdir. Bu dəyərlərdə biz güzəştə gedə bilmərik. Bunu biz hər bir ölkə ilə müzakirə edirik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar