Sabah Milli Şuranın mitinqidir

Milli Şuranın növbəti mitinqinə 1 gün qalır. Bazar günü “Məhsul” stadionunda keçiriləcək mitinqin daha izdihamlı olacağı və cəmiyyətin bütün təbəqələrinin mitinqdə fəal iştirak edəcəyi bildirilir. Milli Şurada təmsil olunan bütün partiya və təşkilatlar mitinqlə bağlı hazırlıqlarını davam etdirir. Qeyd edək ki, 27 oktyabr mitinqi “Tələb edirik” şüarı ilə keçirilir və sosial şəbəkələrdə mitinqin “event”i yaradılıb. Artıq 100 mindən çox insan mitinqə dəvət olunub, minlərlə insan mitinqdə iştirak edəcəyinin anonsunu verib.

Gənclər mitinqə çağırır

Gənclər “Tələb edirik” mitinqində iştirakla bağlı vətəndaşlara çağırış ediblər:

Əziz vətəndaşlar!ÿ 9 oktyabrda keçirilən prezident seçkiləri kütləvi saxtakarlıqlarla, qanun pozuntuları ilə keçdi. Vətəndaşların, jurnalistlərin foto-videoları, araşdırmaları, reportajları, müşahidəçilərin aktları, rəyləri göstərdi və siz özünüz də gördünüz ki, ölkə üzrə total saxtakarlıqlar baş verdi. Cəmil Həsənli və Milli Şura seçkilərin nəticələrini tanımadıqlarını bəyan etdilər. Həmçinin oktyabrın 10-da ATƏT, ondan sonrakı günlərdə isə ABŞ, Böyük Britaniya, Avropa Birliyi seçkilərin kütləvi saxtakarlıqlarla müşhidə olunduğunu və sərt reaksiyalar verdiyinin şahidi olduq.

Hörmətli vətəndaşlar! Cəmil Həsənliyə və ümumilikdə demokratik düşərgəyə verilən səslərin arxasında durub etirazımızı bildirməliyik!ÿ Buna görə də 27 oktyabr saat 16:00-18:00-da “Inşaatçılar” metrosunun yaxınlığında yerləşən “Məhsul” stadionunda demokratik qüvvələrin seçkilərin yekunları ilə bağlı etiraz mitinqi olacaq.ÿ Bu, sənin, mənim, BIZim mitnqimizdir! Gəlin, iştirak edin, saxtakarlıqlara birlikdə “Bəsdir” deyək! Etiraz etmək istəyən, narazı olan hər kəs bu mitinqə gəlsin!

Mitinq Bakı Şəhər Icra Hakimiyyəti ilə razılaşdırılıb".

Mitinq hazırlığı yüksək səviyyədədir

AXCP sədrinin müavini Gözəl Bayramlı Azadlıq qəzetnə açıqlamasında bildirdi ki, 27 oktyabr mitinqinin əhəmiyyəti böyükdür və bütün vətəndaşları öz taleyinə biganə qalmamağa çağırırıq: “Mitinqə hazırlıqla bağlı partiyanın bütün şöbələrində iclaslar keçirilib, müvafiq tapşırıqlar verilib. Partiya üzvləri yüksək əhval-ruhiyyədədilər və xeyli sayda yeni insanların mitinqdə iştirakı gözlənilir. Beynəlxalq təşkilatların seçkilərlə bağlı mövqeyi, Azərbaycan hakimiyyətinin etimadsız vəziyyətə düşməsi və digər faktlar şərait yaradır ki, insanlar bu mitinqdə daha kütləvi iştirak etsinlər. Seçkilərdə insanlar Cəmil Həsənliyə səs verib, ancaq nəticələr Ilham Əliyevin xeyrinə saxtalaşdırılıb. Bütün bunlara etiraz etmək üçün hüquqi formalardan biri mitinqlərdi və bu mitinqlər sona qədər davam edəcək. Əhalinin bütün təbəqələri mitinqə dəvətlidir və hər kəsi haqqın yanında olmağa, haqsızlıq qarşısında susmamağa çağırırıq”

Müsavat başqanının müavini Gülağa Aslanlı da mitinqlə bağlı partiyanın bütün strukturlarında ciddi iş aparıldığını və mitinqin təbliğatının prioritet olduğunu bildirdi: “Oktyabrın 27-də keçirəcəyimiz mitinqin mühüm əhəmiyyəti var və bu mitinqdə iştirak etməmək üçün bəhanə yoxdur. Çünki, seçkilərdən sonra beynəlxalq aləm, nüfuzlu təşkilatlar Azərbaycan hakimiyyətinin saxtakar olduğunu bəyan etdi, Azərbaycan xalqına dəstək verdi. Indi növbə xalqındır və yüz minlərlə insan meydanda haqqını tələb etməlidir. Biz üzərimizə düşən işləri görürük, mitinqə ciddi hazırlaşırıq və ümid edirik ki, xalq da üzərinə düşəni edəcək”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar