Aqiyə Naxçıvanlı daha 3 kənddə görüş keçirib və şəhid ailəsində olub - FOTOLAR

Yeni Azərbaycan Partiyasının 117 saylı Oğuz-Qəbələ Seçki Dairəsindən deputatlığa namizədi Aqiyə Naxçıvanlı bu gün növbəti təşviqat görüşünü Oğuz rayonunun Qumlaq, Tayıflı və Şirvanlı kənd sakinləri ilə keçirib. 

Görüşlərdə çıxış edən Aqiyə Naxçıvanlı bildirib ki, ölkəmiz bu gün çox böyük sosial, iqtisadi və siyasi islahatlar ərəfəsindədir. "Biz cənab Prezidentimizə bu işlərdə dəstək olmalıyıq".

Namizəd çıxışlarında xüsusi vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmiz 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. "Ötən ilin əvvəlindən sosial istiqamətdə böyük addımlar atılmağa başladı. Fevralda ilk böyük sosial paket qəbul edildi və martın 1-dən minimum əməkhaqqı, minimum pensiyalarda ciddi artımlar oldu, bütün müavinətlər artırıldı, yeni müavinət növlərinin tətbiqinə başlanıldı, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin maaşları artırıldı. İlin ortasında ikinci sosial paketin qəbulu haqqında da sərəncam verildi ki, sentyabrdan qüvvəyə minən dəyişikliyə əsasən, pensiya, maaşlar yenidən artdı. Bütün bunlar Azərbaycan əhalisinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir", - namizəd bildirib.

Görüşlərdə çıxış edən Tayıflı, Qumlaq və Şirvanlı kəndlərindən olan çoxsaylı seçicilər birmənalı şəkildə ölkə başçısı cənab İlham Əliyevin kursunu bəyənərək dəstəklədiklərini, dövlətimizin uğurlarına dəstək olacaqlarını və Yeni Azərbaycan Partiyasının namizədi Aqiyə Naxçıvanlıya səs verəcəklərini ifadə ediblər.

Görüşün sonunda Aqiyə Naxçıvanlı kənd sakinləri ilə fərdi şəkildə söhbətlər apardı, onların problemlərini dinlədi və aidiyyəti qurumlarla əlaqə saxlayaraq yerindəcə həllinə nail oldu.

Bu gün Aqiyə Naxçıvanlı rayonun Qumlaq kənd sakini, birinci Qarabağ döyüşlərinin iştirakçısı, Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuş Araz Abdullayevin ailə üzvlərilə görüşüb. 

Səmimi keçən görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan söz açıldı və xüsusi vurğulandı ki, son 16 il ərzində şəhid ailələrinə və Qarabağ əlillərinə mənzil və fərdi yaşayış evləri, minik avtomobilləri verilib, 18 000-ə dək şəhid vərəsəsi 11 000 manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib. O, bildirdi ki, şəhid ailələri, Qarabağ əlillləri və onlara bərabər tutulan şəxslər bundan sonra da dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunacaq.

Aqiyə Naxçıvanlı görüş zamanı şəhid ailələsinin probleminin həllini təmin etdi. Şəhidin atası Həsən Abdullayev dövlət başçısının daima xalqın yanında olmasından qurur duyduğunu bildirdi və onun rəhbərlik etdiyi partiyanın namizədinə bu seçkilərdə də uğurlar arzuladı.


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar